N iftalı koxa atın örüşünü dəyişəndə bir istədi yəhəri-yüyəni də alsın, əvvəllərdə olduğu kimi, arxın suyu ilə belinin tərini yusun, amma fikrini dəyişdi. Atı elə yəhərli-yüyənli örüklədi, həm də örüyü bir az da yaxına, arxın alt tərəfinə çəkdi. Bilirdi:hava isti idi, at qan-tər içindəydi, amma əlacı yox idi. O, əvvəllər atını hara gəldi örüklər, örüşünü də tez dəyişərdi, qoymazdı ki, tərləsin. Yəhərini götürərdi ki, at nəfəsini dərsin, istəyəndə otlasın, istəyəndə kişnəyib şahə qalxsın,

Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Sabir) 1862-ci il 30 may-da Şamaxıda anadan olmuşdur. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə ruhani görmək istəyirdi. Buna görə oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu. Mollaxanada şagirdlərin ilk vəzifəsi Quranı oxumaq idi. Ancaq Ələkbər Quranı oxuyub başa vurmadan yazı yazdığı üçün mollası tərəfindən falaqqaya salınıb döyülmüşdü. Onu sıxan yalnız mollaxanadakı dözülməz qanun-qaydalar, maraqsız keçən dərslər idi.

Nazim Hikmət (15 yanvar 1902-3 iyun 1963) Sadəcə, ədəbi kimliyi ilə deyil, siyasi düşüncələri ilə diqqət çəkən Nazim Hikmətin qələminin qüdrəti bütün dünyaya yayılıb. Salonikidə doğulan Nazim Hikmət ilk şeiri “Fəryadi-Vətən”i 1913-cü ildə – hələ 11 yaşı olanda qələmə alıb. “Məktəbi-Sultani”də təhsil alan gələcəyin şairi bir ailə yığıncağında qəhrəmanlıq mövzusunda yazdığı şeiri oxuyur. İstedadı burada Dənizçilik naziri Camal Paşa tərəfindən kəşf edilir. Məzun olduqdan sonra “Hamidiyə” gəmisində

Aşıq Veysəl Şatıroğlu 1894-cü ilin oktyabr ayında Sivasın Şarkışla səmtinə bağlı Sivrialan kəndində dünyaya gəlmişdir. Anası Gülizar, atası isə Əhməd adlı kəndlilər idi. Veysəlin iki bacısı həmin zamanlarda ərazidə geniş yayılmış çiçək xəstəliyi səbəbindən gənc yaşda vəfat edirlər. Ailənin oğlan övladı da yeddi yaşı olarkən həmin xəstəlikdən hər iki gözünü itirir. Aşıq Veysəl uşaqlıq dövrlərinə təsadüf edən olayı bu şəkildə xatırlamışdır: "Çiçək xəstəliyinə tutulmamışdan əvvəl anam mənim üçün

Eyvaz Əlləzoğlu 1956-cı ildə Gürcüstan Respublikasının Qardabani (tarixi adı Qarayazı) rayonunun Muğanlı kəndində anadan olmuş, Tbilisi Pedaqoji İnistitutunun filoloji fakültəsini bitirmişdir. 1980-ci ildən dövrü mətbuatda hekayələri və publisisstik yazıları ilə çıxış edir. Ali təhsilini başa vurduqdan sonra Kosalı kənd orta məktəbində gürcü dili müəllimi, "Samqor" qəzetində korrektor kimi fəaliyyət göstərmiş,"Gürcüstan", "Borçalının səsi", "Ekspress" və "Xəzər" mətbu orqanlarında əməkdaşlıq

Deyirlər ki, bir gün bir nəfər məşhur filosof Sokratın yanına gəlib deyir: “Sənin dost saydığın filankəsin haqqında bəzi şeylər eşitmişəm. İstəyirəm bunları sənə xəbər verim ki, dostunu yaxşı tanıyasan”. Sokrat onun xahişinə münasibət bildirməzdən qabaq deyir: “Tələsmə, eşitdiklərini mənə danışmağa vaxtın olacaq. Amma istəyirəm bundan əvvəl sənə üç sual verib cavabını öyrənim. Əgər məsləhət olsa, dostum haqqında bildiklərini mənə deyərsən”. Həmin adam razılaşıb Sokratın suallarını gözləyir.

Dalidag.az Sergey YESENİNin şeirlərini təqdim edir: QAFQAZA İTHAF Rusların rübabı əzəldən bəri Uzaq ölkələrə yad olmayıbdı. Ey zirvəsi qarlı, vüqarlı Qafqaz, Gör səndə kimlərin izi qalıbdı. Burada Puşkin də vəcdə gələrək, Yadigar qoymuşdur kövrəkliyini: "Oxuma gəl mənim yanımda, gözəl, Gürcüstanın qəmli nəğmələrini". Lermontov söz açmış Əzəmətdən, Misilsiz at üçün bacıdan keçən Qardaşdan söyləmiş, düzü əymədən, Qızıla dəyərmiş qənirsiz köhlən... Dostu qənim çıxmış sürgün şairə, Acıdil zabitə,

Türk dünyasının müdrik ağsaqqalı Dədə Qorqud haqqında maraqlı faktlar qeydə alnıb. Dalidag.az həmin faktlardan bəzilərini təqdim edir: Əlihüseyn Dağlının “Ozan Qaravəlli” kitabı Dədə Qorqud haqqında ən əsas məxəzlərdən biridir. XX əsrin əvvəllərində yazılan kitab bir çox sirlərlə zəngindir. Həmin sirlərdən biri Dədə Qorduqun məzarı olduğu məkanla bağlıdır. Dədə Qorqudun 4 yerdə məzarı olduğu qeyd edilir. Həmin yerlər Türkiyənin Bayburt, İraqın Mosul, Özbəkistanın Sırdərya, Azərbaycanda Xəzərdən

Məhsəti Gəncəvi orta əsr Azərbaycan mədəni həyatının görkəmli nümayəndələrindən olub. İlk azərbaycanlı şairə, şahmatçı və musiqiçi kimi tanınıb. Tərcümeyi-halı isə rəvayətlər və müəmmalar haləsinə bürünüb... Məhsəti Gəncəvi təqribən 1089-cu ildə Gəncədə anadan olub. Əsl adı Mənicə olub. Məhsəti adını isə özünə təxəllüs kimi götürüb. Təxəllüsün mənşəyi ilə bağlı belə bir rəvayət var. Bir gün Sultan Səncər onu saraya dəvət edir. Səmimi olaraq qarşılayır və yüksək dəyər verir. Şairə isə

Biz Türkləriz... Vətənimiz başdan-başa yer kürəsi Bayrağımız al günəşdir, çadırımız göy qübbəsi. Xəlil Rza Ulutürk 1932-ci il oktyabr ayının 21-də Azərbaycanın Salyan rayonunun Pirəbbə kəndində anadan olmuşdur. Gəlişi ilə ailəyə sevinc bəxş etmiş, körpəyə babası Xəlil öz adını vermişdir. Körpə qayğı və nəvazişlə böyüdü. Yeddi yaşı olanda onu məktəbə göndərdilər. İki saylı Salyan rayon orta məktəbində təhsil aldığı ilk illərdən Xəlil öz çalışqanlığı, fərasəti və davranışı ilə müəllimlərinin
Yazı axını