Peyğəmbərlər Allahın dünyadakı elçiləri sayılır. Dini rəvayətlərə görə, onlar Allahın sözünü insanlara çatdırırdı. Əsrlər əvvəl yaşayaraq vəfat etmiş bu insanlara hələ də inananlar var. Dalidag.az peyğəmbərlər haqda məlumatları təqdim edir. Adəm peyğəmbər Dini rəvayətlərə görə, Allah ilk insan Adəmi torpaqdan yaratdı. Adəmdən sonra Həvva – qadın xəlq olundu. Adəm və Həvva doğulan uşaqları ilə nəsil artırmağa başladı. İlk cinayəti də onların böyük oğlu Qabil kiçik qardaşı Habili öldürməklə

Əfşan Yusifqızı yaradıcılığında saf sevgi, əbədi məhəbbət aparıcı mövzulardandir. Onun sevgi şeirlərindən Nizaminin saf sevgisi, Füzulinin əbədi eşqi, Mövlanə Cəmaləddin Ruminin eşq fəlsəfəsi duyulmaqdadır. Yazdığı Müşviqanə " Yenə o çağ olaydı " şeiri də bu müqabildəndi; Deyirəm, vaxt-- o vaxtlar, Günlər o gün olaydı. O görüşlər, sevgilər, O gün " Bu gün " olaydı. Yenə o çağ olaydı... Və ya; Sənsiz tellərimdə qardı, ya dəndi, Gözlərim doluxub,kipriyim nəmdi, Başım buludludu, qəm evim çəndi,

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki. Oxşadığın qonur ağızlı quzular hər an təlaşlandığın o qorxunun rızqı ola bilirdi. Aylı gecədə sərin dağ mehi ilə birgə gələn və böyük bir simfoniyanı xatırladan qurdların ulartısı yaddaşını oyadar, eləcə qorxuya sarılıb dinşiyərsən içindəki səssizliyi... Atam bir az ağızdan pərtöy

Viktor Hüqo həyatı boyu sevgililərini əlcək kimi dəyişirdi. Yalnız bircə qadını-Culyetta Drueni həqiqi qadını adlandırdı. Düzdür, o Hüqonun qanuni həyat yoldaşı ola bilmədi, yazıçı artıq evli idi və boşanmaq istəmirdi. 50 il müddətində Drue Hüqonun kölgəsində qaldı-onunla yatağını bölüşdü və saysız sevgi macəralarını müşahidə elədi. Onların tanışlıqları ərəfəsində 31 yaşlı Viktor Hüqo artıq bir çox uğurlara imza atmışdı. Əsilzadə ailədən çıxmış yazıçı özünün ən məşhur əsəri “Paris Notrdam

Y ay qurtarmışdı. Plyaj boşalmışdı. Qum soyumuşdu. Onlar qumun üstünə xalça salıb yanaşı uzanmışdılar. Arada Şərqiyyə başını qaldırıb ağır- ağır gözlərini onun üstündə gəzdirirdi. Murada elə gəldi ki, dənizlə, sahillə birgə bu ala gözlərin dərinliyində də sükut və rahatlıq vardır. O, xəyalən bu gözlərdən öpüb qımışdı. — Şərqi, səssizliyə fikir verirsən? — Mənim fikrim sənin maşınındadır. Ağ “ Volqa”dan yaman xoşum gəlir. Bir dön bax. Səncə nəyə oxşayır? Murad yanakı boylanıb çiynini çəkdi: —

Dalidag.az Məlahət Yusifqızının şeirlərini təqdim edir: NƏ UMACAQSAN Gündə, hər dəfə dönüb, başından çıxan huşam, Demə, göz yumacaqsan. Dağılmış yuvasının üstündən uçan quşam, Məndən nə umacaqsan?! Qanad çala bilmirəm bir səmtə, bir tərəfə, Bircə can daşısam da, gəlirəm çox hədəfə. Yuvam balalarım tək dağılanda hər dəfə, Tanrıya qaçacaqsan. Ümidin anasını düşmən ağladıb çoxdan. Varmı yaradacaqsan hər var olmayan yoxdan?! Boynun kəndirdən tutur, əl-ayağın çarmıxdan, Sən də unudacaqsan. Susmur,

Dalidag.az Nazilə Gültacın bir hekayəsini təqdim edir: STABİLİZATOR E vdəki 200 manatı pəncərənin ağzındakı jurnalın altından götürüb çantasına qoydu. Pulunu həmişə o jurnalın arasına niyə qoyurdu, özü də bilmirdi. Evdə ən güvəndiyi, ona yaxın olan o jurnal idi. Ondan başqa o jurnalı heç kim oxumurdu. Ucqar bir məhəllədə yaşayırdı. Əynini geyinib evdən çıxdı. Sədərək ticarət mərkəzinə gedən avtobusa mindi. Düsunurdü ki, 120 manata stabilizator, özunə də ucuz bir çəkmə alar. Havalar soyumusdu.

Bu gün saz-söz sənətinin görkəmli nümayəndəsi , ustad aşıq Dədə Şəmşirin yadigarı Qənbər Şəmşiroğlunun doğum günüdü. Qənbər Şəmşir oğlu Qurbanov 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1950-ci ildə Kəlbəcər rayonunun Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək, Kəlbəcər

Gördüm ki,bir az da ümiddi yollar, aldadıb keçsə də həyat çox vədə. Dalidag.az Qədiməli Əhmədin şeirlərini təqdim edir: *** Sən mənim içimdə qəhr olan şəhər, Bəlkə də,ünyetməz uzaq yoldu bu. Vaxtın qismətində qəzadan qədər... Belə istəmədik,belə oldu bu. Durmuşam fikirlər astanasında, Soyuq divarlar da sıxır qatarda. Bir yarpaq arzu da tükənir sonda, Bağlı ümidlərə yoxdu açar da. Yenə eşidilir ağır fit səsi, Bir səsin ağrısı ömrümə bəsdi. Mənim xəyalımda yıxılan yollar Elə bil sinəmdə susan

G ünlərin bir günü Günəbaxan insanla söhbətə başlayır. Günəbaxan:"Mən gün işığından ilham alıb böyüyürəm, bəs sən?" İnsan:"Mən Allahın rəhmət və mərhəmətindən ilham alıb mənən yüksəlirəm." Günəbaxan:"Əgər gündən üz çevirərəmsə, kimsə mənə günəbaxan deməz. Əkinçi toxumu yerə basdırdıqda onun böyüyüb günü tapacağına əmin olar və mən günü heç nə ilə səhv salmaram." İnsan(təəssüflə):"Mən də Allahın əzəmətli varlıq olduğuna əmin olar, lakin Onu Ondan qeyri varlıqla səhv salaram" Günəbaxan:"Mən
Yazı axını