Reklam
Aydın İbrahimoğlu:"Əfşan Yusifqızı ədəbiyyata gec gəlsə də..."
23-11-2019 20:08
Əfşan Yusifqızı yaradıcılığında saf sevgi, əbədi məhəbbət aparıcı mövzulardandir. Onun sevgi şeirlərindən Nizaminin saf sevgisi, Füzulinin əbədi eşqi, Mövlanə Cəmaləddin Ruminin eşq fəlsəfəsi duyulmaqdadır. Yazdığı Müşviqanə " Yenə o çağ olaydı " şeiri də bu müqabildəndi;
Deyirəm, vaxt-- o vaxtlar,
Günlər o gün olaydı.
O görüşlər, sevgilər,
O gün " Bu gün " olaydı.
Yenə o çağ olaydı...
Və ya;
Sənsiz tellərimdə qardı, ya dəndi,
Gözlərim doluxub,kipriyim nəmdi,
Başım buludludu, qəm evim çəndi,
Çəkilmir önümdə dumanım mənim.
Əsl şeir odur ki, o, sərhədlərə, çərçivələrə meydan oxuyur... Əsl şair odur ki, o məhdud çərçivələrə qarşı üsyan edir, hayqırır. Belə olanda poetik novatorluq aydınca görünür. Ona görə ki, əsl şair şeiri ilə yenilik gətirir və bununla da bəhs olunan məsələlərdən, problemlərdən asılı olmayaraq poetik fikir də, misralar da müasir səslənir. Elə bu mənada da Əfşan xanımın bəxti gətirib;
"Bəlkəni əkərsən bitməz " demişlər,
Sən demə həm bitib,həm çoxalarmış...
Bəlkələr ömrümə qənim kəsildi,
Bəlkənin " bəlkə"si nə çox olarmış...?
Xalq yaradıcılığında deyişmələr xüsusi yer tutur. Bu baxımdan da Əfşan xanımın yaradıcı insanlarla deyişməsi çox ürəyəyatımlıdır və aşıq poeziyasının ahənginə uyğun səslənir. Onun "Kimə görə qayıtdım", "Görmüşəm" və sairə deyişmələri buna bariz nümunədir. Əfşan Yusifqızı ədəbiyyatımıza gec gəlməsinə baxmayaraq atdığı addımlar möhkəm dayaqlar üzərində qurulub. Qədəmləri uğurlu olsun!.. Ona uğurlar, bol-bol oxucu sevgisi arzulayıram!İnanıram ki, o gələcəkdə oxucularını daha mükəmməl şeirlərlə sevindirəcəkdir.
Aydın İbrahimoğlu,
AYB və AJB-nın üzvü, AMEA-nın elmi işçisi,
"Qızıl Qələm" mediya mükafatı laureatı
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 23-11-2019 20:08
Baxış sayı: 31 599Yazı axını
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
Ən çox oxunanlar





























