Reklam
Qədiməli Əhməd:"Payız məndən sonra gəldi dünyaya..."
15-11-2019 11:46
Gördüm ki,bir az da ümiddi yollar,
aldadıb keçsə də həyat çox vədə.
Dalidag.az Qədiməli Əhmədin şeirlərini təqdim edir:
***
Sən mənim içimdə qəhr olan şəhər,
Bəlkə də,ünyetməz uzaq yoldu bu.
Vaxtın qismətində qəzadan qədər...
Belə istəmədik,belə oldu bu.
Durmuşam fikirlər astanasında,
Soyuq divarlar da sıxır qatarda.
Bir yarpaq arzu da tükənir sonda,
Bağlı ümidlərə yoxdu açar da.
Yenə eşidilir ağır fit səsi,
Bir səsin ağrısı ömrümə bəsdi.
Mənim xəyalımda yıxılan yollar
Elə bil sinəmdə susan nəfəsdi.
Sən mənim içimdə qəhr olan şəhər...
* * *
Gedirsən,arxanca boylanar şəhər,
Qəlbin burda durar,olsan harada.
Bir yol ayrıcıdı tale əzəldən,
Ağrısı yazılar baxışlara da.
Ayaq izlərinə yağışlar yağar,
Çəkər bu həsrəti kimlər,nələr də...
Arxanca tuşlanan tənha gözlərin
Şəkli düşüb qalar gölməçələrdə.
...Orda biləcəksən uzaqdı yollar,
Yaza da bilməzsən tək bircə kəlmə.
Neyləsən,iki söz qaxınc olacaq-
Üstündə "ayrılıq",adında "gəlmə"...
Bilirsən,heç nəyi unutmaq olmaz,
Mənimçün bir ayrı ocaq da yanmaz.
Bilirsən,ömrümdə payız başlanıb,
Buludu,yağışı durmaz,dayanmaz.
Gedirsən, arxanca boylanar şəhər...
ÜŞÜMƏZ SAÇLARIMDA
Saçlarına toxunmaq
sözlə olur,əzizim.
Susan baxışlarındı
sakit axan dənizim...
Dolubsan gözlərimə
dolu buludlar kimi.
Sevdalı xəyalların
sərxoş ümidlər kimi
sərgərdandı taleyin
kimsəsiz küçəsində.
Üşüməz saçlarımda
yuva quran əllərin.
Getmə,eşqin yuvası
boş qalmasın içində...
NƏ GÖZƏL AYRILIQDI...
yenə susur,susursan,
susduqca uduzursan,
ürəyinə düzürsən
ağrını-acını da...
bax,
ümid də gözəldi,
bir az ayrılığı var.
son yarpaqlar düşəndə
köçüb gedir durnalar.
ruhu payız olan qız,
bir gün sən də köçərsən
durnaların köçündə.
mənsə durub baxaram,
nə gözəl ayrılıqdı...
***
nə gözəl qar yağır
üşüdür xatirələri...
sənsə
uzaqdan baxır,
baxırsan
yaddaşımda üşüyən
soyuq xatirələrə...
qayıda bilmirəm,
gözləmə...
yıxılıb içimdəki yollar.
indi qərib duyğular
qışlayır ürəyimdə...
SƏN...
Sən unudulan
qadın ola bilərsən...
Zamanın üzünə tüpürür
məhbus olduğun gecələr.
Unutma,
divarlar da
azadlıq himnini oxuyur gözlərindən.
Sən küçə qadını deyilsən,
ayaq izlərində
xəfiyyə kimi
sümsünən vaxtın qadınısan.
İçindəki qətiyyət,
ruhundakı ağrı,
gözlərindəki ümidsən.
Sən unudulan
qadın ola bilərsən....
Yaddaşlardasa böyüyən
zamanın qadınısan...
BU ŞƏHƏR...
İlk dəfə sənə gələndə
bir kərə də bildim ayrılıq nəymiş.
Yaxşı ki,dilində danışır şəhər,
danışır adamla ağacların da.
Quşların səsi də doğmadı burda,
Şirindi...
Qəmlidi
ayrılıq nəğməsi kimi.
Gözlərdən asılan uzalı yollar
Sonda qapanır
keçilməz
sərhəd dirəkləriylə...
Bir az isti gəlir,
bir az soyuqdu,
Bu şəhər həm doğma,həm yad şəhərdi...
Arzular puç olan ümidlər kimi
bu axşam
uçulan bərbad şəhərdi...
***
Payız məndən sonra gəldi dünyaya,
İlk dəfə oxşadı gözəlliyiylə,
sonra saçlarıma düşdü,
sonra alnıma...
Bir tərəfdə payız,
bir tərəfdə eşq,
Gördüm ki,bir az da ümiddi yollar,
aldadıb keçsə də həyat çox vədə.
Nədənsə hər şeyə bir xəyal qurub
bir az inanıram,bir az hələ də...
Payız məndən sonra gəldi dünyaya,
əvvəl gözlərimə düşdü,
sonra qəlbimə...
***
səndən sonra
bir durna qatarı
ötüb keçdi
kəndimizin səmasından.
qu-səsində qəm vardı,
qa-səsində ayrılıq...
o gün
kəndimizlə
o qatar arasında
əlvida sözü vardı.
hamı uşaq kimi baxırdı
o sözün arxasınca.
sanki heç nə yox idi,
təkcə durna qatarı,
bir də ayrılıqdı dünya...
səndən sonra
bir vədəsiz payızdı
haqlamışdı ömrümü...
GƏLƏ BİLMƏDİM
hələ gözləyirəm, vaxt boşa gedir,
ağrıyla hicranım tən,qoşa gedir,
günlər də əriyir, yol qışa gedir,
bu bahar da bitdi,gələ bilmədim.
bu,ayrılıq yolu,bu,sevgi yolu,
adlayıb ömrümün pillələrindən.
bu,qəmə köklənib,o,əzab dolu,
qoşulub yanına,çıxıb getmisən.
sükutum içimə gömüb özünü,
üzü yalnızlığa dururam belə.
doğmamsan,
yadımsan,
tənhalığımsan,
özümdə bir xəyal qururam belə..?
üzünü yollara çırpır gözlərim,
həsrətimin alnı qırış-qırışdı.
qarışan dünyada yolum qarışdı,
bu bahar da bitdi,gələ bilmədim...
HƏR GECƏM
Sənin xatirənlə gəlir hər gecəm,
Hər səhər açılır gözümdə sənsiz.
Bilmirəm bu qədər həsrəti,qəmi
Necə pünhan edim özümdə sənsiz?
İçimdə gizlənib yollar ayrıcı,
Yollar da,
getdiyin o ağrı yollar...
Elə bu çətindi,bu ayrılıqlar
Üzümdə qoymayıb bir azacıq ar.
Gecədir,
yenə də xatirən gəlir,
Susan divarlar da görür hər şeyi.
Bəzən əvvəlkitək gözlərin gülür,
Bəzən gözlərində eşqin gileyi.
Pəncərəmdə durub baxıram yenə,
Ay dolsun gözümün təkinə barı.
Susuram hələ də,
susuram,bəlkə,
Qova içimdəki qaranlıqları.
Sənin xatirənlə gəlir hər gecəm...
Qədiməli Əhməd
Dalidag.az
aldadıb keçsə də həyat çox vədə.
Dalidag.az Qədiməli Əhmədin şeirlərini təqdim edir:
***
Sən mənim içimdə qəhr olan şəhər,
Bəlkə də,ünyetməz uzaq yoldu bu.
Vaxtın qismətində qəzadan qədər...
Belə istəmədik,belə oldu bu.
Durmuşam fikirlər astanasında,
Soyuq divarlar da sıxır qatarda.
Bir yarpaq arzu da tükənir sonda,
Bağlı ümidlərə yoxdu açar da.
Yenə eşidilir ağır fit səsi,
Bir səsin ağrısı ömrümə bəsdi.
Mənim xəyalımda yıxılan yollar
Elə bil sinəmdə susan nəfəsdi.
Sən mənim içimdə qəhr olan şəhər...
* * *
Gedirsən,arxanca boylanar şəhər,
Qəlbin burda durar,olsan harada.
Bir yol ayrıcıdı tale əzəldən,
Ağrısı yazılar baxışlara da.
Ayaq izlərinə yağışlar yağar,
Çəkər bu həsrəti kimlər,nələr də...
Arxanca tuşlanan tənha gözlərin
Şəkli düşüb qalar gölməçələrdə.
...Orda biləcəksən uzaqdı yollar,
Yaza da bilməzsən tək bircə kəlmə.
Neyləsən,iki söz qaxınc olacaq-
Üstündə "ayrılıq",adında "gəlmə"...
Bilirsən,heç nəyi unutmaq olmaz,
Mənimçün bir ayrı ocaq da yanmaz.
Bilirsən,ömrümdə payız başlanıb,
Buludu,yağışı durmaz,dayanmaz.
Gedirsən, arxanca boylanar şəhər...
ÜŞÜMƏZ SAÇLARIMDA
Saçlarına toxunmaq
sözlə olur,əzizim.
Susan baxışlarındı
sakit axan dənizim...
Dolubsan gözlərimə
dolu buludlar kimi.
Sevdalı xəyalların
sərxoş ümidlər kimi
sərgərdandı taleyin
kimsəsiz küçəsində.
Üşüməz saçlarımda
yuva quran əllərin.
Getmə,eşqin yuvası
boş qalmasın içində...
NƏ GÖZƏL AYRILIQDI...
yenə susur,susursan,
susduqca uduzursan,
ürəyinə düzürsən
ağrını-acını da...
bax,
ümid də gözəldi,
bir az ayrılığı var.
son yarpaqlar düşəndə
köçüb gedir durnalar.
ruhu payız olan qız,
bir gün sən də köçərsən
durnaların köçündə.
mənsə durub baxaram,
nə gözəl ayrılıqdı...
***
nə gözəl qar yağır
üşüdür xatirələri...
sənsə
uzaqdan baxır,
baxırsan
yaddaşımda üşüyən
soyuq xatirələrə...
qayıda bilmirəm,
gözləmə...
yıxılıb içimdəki yollar.
indi qərib duyğular
qışlayır ürəyimdə...
SƏN...
Sən unudulan
qadın ola bilərsən...
Zamanın üzünə tüpürür
məhbus olduğun gecələr.
Unutma,
divarlar da
azadlıq himnini oxuyur gözlərindən.
Sən küçə qadını deyilsən,
ayaq izlərində
xəfiyyə kimi
sümsünən vaxtın qadınısan.
İçindəki qətiyyət,
ruhundakı ağrı,
gözlərindəki ümidsən.
Sən unudulan
qadın ola bilərsən....
Yaddaşlardasa böyüyən
zamanın qadınısan...
BU ŞƏHƏR...
İlk dəfə sənə gələndə
bir kərə də bildim ayrılıq nəymiş.
Yaxşı ki,dilində danışır şəhər,
danışır adamla ağacların da.
Quşların səsi də doğmadı burda,
Şirindi...
Qəmlidi
ayrılıq nəğməsi kimi.
Gözlərdən asılan uzalı yollar
Sonda qapanır
keçilməz
sərhəd dirəkləriylə...
Bir az isti gəlir,
bir az soyuqdu,
Bu şəhər həm doğma,həm yad şəhərdi...
Arzular puç olan ümidlər kimi
bu axşam
uçulan bərbad şəhərdi...
***
Payız məndən sonra gəldi dünyaya,
İlk dəfə oxşadı gözəlliyiylə,
sonra saçlarıma düşdü,
sonra alnıma...
Bir tərəfdə payız,
bir tərəfdə eşq,
Gördüm ki,bir az da ümiddi yollar,
aldadıb keçsə də həyat çox vədə.
Nədənsə hər şeyə bir xəyal qurub
bir az inanıram,bir az hələ də...
Payız məndən sonra gəldi dünyaya,
əvvəl gözlərimə düşdü,
sonra qəlbimə...
***
səndən sonra
bir durna qatarı
ötüb keçdi
kəndimizin səmasından.
qu-səsində qəm vardı,
qa-səsində ayrılıq...
o gün
kəndimizlə
o qatar arasında
əlvida sözü vardı.
hamı uşaq kimi baxırdı
o sözün arxasınca.
sanki heç nə yox idi,
təkcə durna qatarı,
bir də ayrılıqdı dünya...
səndən sonra
bir vədəsiz payızdı
haqlamışdı ömrümü...
GƏLƏ BİLMƏDİM
hələ gözləyirəm, vaxt boşa gedir,
ağrıyla hicranım tən,qoşa gedir,
günlər də əriyir, yol qışa gedir,
bu bahar da bitdi,gələ bilmədim.
bu,ayrılıq yolu,bu,sevgi yolu,
adlayıb ömrümün pillələrindən.
bu,qəmə köklənib,o,əzab dolu,
qoşulub yanına,çıxıb getmisən.
sükutum içimə gömüb özünü,
üzü yalnızlığa dururam belə.
doğmamsan,
yadımsan,
tənhalığımsan,
özümdə bir xəyal qururam belə..?
üzünü yollara çırpır gözlərim,
həsrətimin alnı qırış-qırışdı.
qarışan dünyada yolum qarışdı,
bu bahar da bitdi,gələ bilmədim...
HƏR GECƏM
Sənin xatirənlə gəlir hər gecəm,
Hər səhər açılır gözümdə sənsiz.
Bilmirəm bu qədər həsrəti,qəmi
Necə pünhan edim özümdə sənsiz?
İçimdə gizlənib yollar ayrıcı,
Yollar da,
getdiyin o ağrı yollar...
Elə bu çətindi,bu ayrılıqlar
Üzümdə qoymayıb bir azacıq ar.
Gecədir,
yenə də xatirən gəlir,
Susan divarlar da görür hər şeyi.
Bəzən əvvəlkitək gözlərin gülür,
Bəzən gözlərində eşqin gileyi.
Pəncərəmdə durub baxıram yenə,
Ay dolsun gözümün təkinə barı.
Susuram hələ də,
susuram,bəlkə,
Qova içimdəki qaranlıqları.
Sənin xatirənlə gəlir hər gecəm...
Qədiməli Əhməd
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 15-11-2019 11:46
Baxış sayı: 3865
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23