- G örəsən, bu uşaq harada qaldı? Arvad cavab əvəzinə köksünü ötürdü. Fərrux yorğanı üstündən atıb dikəldi. Ayaqlarını çarpayıdan salladı. Xeyli sükutdan sonra üzünü yanında uzanmış arvadına tutdu: - Əminə, sən də bilmirsən Tahir bu vaxtacan haralarda gəzir? Əminə yorğanın altında büzüşüb böyrü üstə çevrildi. - Bilmirəm, kişi, bilmirəm. - Bəs niyə xəbər almırsan? - Deyir, yoldaşlarımnan imtahana hazırlaşıram. Fərrux başını buladı. Otağa süzülən ayın solğun işığı onun qansız sifətinə bir sarılıq

"...Sevmə ağılsız sevgini, Ağla ağrısız sevgini. Dilsiz-ağızsız sevginin Ağrısı gözə çəkilir..." Dalidag.az Firuzə Məmmədlinin şeirlərini təqdim dir: İLLƏRİN Birdən-birə nə düşmüşdü yadına, Vərəqlədin keçmişini illərin. Saydın, seçdin, seçmələdin nə yaxşı Əllisini, yetmişini illərin... Bu seçdiyin ürəyincə deyilsə, Ələ gələn gərəyincə deyilsə, Donluq olub, çörəyincə deyilsə, Nə gəzirsən itmişini illərin??? Nəyi vardı xəlbirlədin, ələdin, Acısını, şirininə caladın. Çagaydımı laylaladın,

Əli və Nino — ilk dəfə 1937-ci ildə Vyanada alman dilində E.P.Tal Verlaq tərəfindən nəşr edilən və indiyədək dünyanın 27 dilinə tərcümə edilən məhəbbət romanıdır. Əsərin ilk nəşrində müəllif kimi Qurban Səid göstərilmişdir. Rəsmi sənədlərə əsasən Qurban Səid avstriyalı baronessa Elfrida fon Ehrenfelsin təxəllüsüdür. Buna görə də uzun illər əsərin həqiqi müəllifi Elfrida fon Ehrenfels hesab olunurdu. Lakin, amerikalı şərqşünas Tom Rayz əsərin əslən Azərbaycandan olan yəhudi mənşəli yazıçı Lev

"...Uzun oldu bu qafaya fikirlərin ən qısası. Yazdığın beş - altı şeir sözlərin abort masası..." Dalidag.az Mahir Mehdinin şeirlərini təqdim edir: Noyabrlı dərs Susduqlarımın açması qədim çin heroqlifi. Kəsilib dörd üzündən də, keçmədim bu sinifi. İrəli çəkildi geri, qıraq qopdu ortadan. Kağız bir eşq quşu uçdu ortaya dal partadan. Sözsüz oxuduq, qurtardı son dərsin son bölümü. Hər gün yaşayıb, özümə öyrəşdirdim ölümü. Çölü birləşdirib içə, iki ömrü bir sürdüm. Əzbərləyib yerişini, səni zildən

Dəlixana ancaq dəlilər üçün nəzərdə tutulmayıb. Dəlixananın yolundan dahi yazıçılar, filosoflar, şairlər də keçməli olub. Fridrix Nitsşe İddialara inansaq F. Nitsşe 1889-cu ildə ağlını itirəndə dostlarına qısa və cəfəng məktublar göndərib. Sahibi tərəfindən qırmanclanan bir atın boyuna sarılıb ağlamaya başlayıb, sonra da huşunu itirib. Dəliliyin şagirdlik illərində yoluxduğu sifilis mikrobunun nəticəsi olduğu təxmin edilib. Dostlarının xəstəxanaya yerləşdirdiyi Nitsşe həkimlər və tarixçilər

Təsəvvür edək ki, hansısa kanalda süjetə baxırıq, məşhur mahnı səslənir: – "Vətən oğlu, çoban qara, yay sürünü yaylaqlara...” Aparıcı çıxışına başlayır: – Çoban nəğmələri şifahi xalq ədəbiyyatı nümunələrindən biridir. Uşaqkən necə həvəslə oxuyurduq: Göydәki göy buludlar Yorğanıdır çobanın. Yastı-yastı tәpәlәr Yastığıdır çobanın. Yumru-yumru qayalar. Yumruğudur çobanın... Çoban adı çəkilincə Abdulla Şaiqin "Keçi” şeirini, "Kitabi-Dədə Qorqud”un Qaraca Çobanını, "Pəri ilə çoban” əfsanəsini,

Morze əlifbasıyla yazılan - ayrılığa hökm oxuyan, sevda dolu, Sən xitablı, vüsal sığallı, həyəcan siqnallı, məhəbbət ünvanlı... Özündən-özünə ünvanlı yazı: şairin xoş avazı, xəzana dönən baharı-yazı Sülhiyyə Musaqızına belə bir namə yazıram: özündən-özünə ünvanlı. Niyə bəs sual vermirsiz ki, sözünmü olmadı, özünün sözünü özünə ünvanlayırsan?! Əziz oxucu, səbrin olsun. Mən də elə bu istedadlı qələm sahibini oxuyanda bu sualla qarşılaşmışdım. Özündən-özünə ünvanlı yazılarını bir neçə ildir ki,

Bu gün görkəmli Azərbaycan şairi Məmməd Arazın cismani yoxluğunun 15-ci ili tamam olur. İbrahimov Məmməd İnfil oğlu (Məmməd Araz) — şair, tərcüməçi, publisist, 1957-ci ildən AYİ-nın üzvü, Əməkdar mədəniyyət işçisi (1978), Əməkdar incəsənət xadimi (1984), Azərbaycan Dövlət mükafatı laureatı (1988), Azərbaycanın xalq şairi (1991) 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb.

«İnsan yalnız ölümə yaltaqlana bilmir…» İtin dediklərindən Jurnalistlik fakültəsinin birinci kursunda oxuyurdum. Sentyabrın əvvəlləri idi. Günortaüstü dərsimiz qurtaran kimi özümü verdim universitetin yaxınlığındakı redaksiyaya, düz baş redaktorun otağına girdim. - Jurnalistəm, - dedim, sonra salam da verdim. Baş redaktor məni təpədən dırnağa süzüb, - məqalə gətirmisən? – dedi. - Yox… - Bəs onda nəyə gəlmisən? - İstəyirəm ki, sizin qəzetlə əməkdaşlıq eliyəm… sonra da yavaş-yavaş gedəm qabağa.

Dalidag.az Əli bəy Azəririnin hekayəsini təqdim edir: QURD AĞZI U cqar bir dağ kəndində yaşayırdım. Kəndimiz iyirmi bir evdən ibarət idi. Çox mehriban dolanırdıq, daha doğrusu, o vaxtlar mehribançılığın nə və necə olduğunu bir o qədər də dərindən dərk etmirdik, yəni mehribançılığı elə o vaxtkı ölçülərə görə qiymətləndirirdik. Həm uşaqlıq, yeniyetməlik çağlarımız idi, qayğısız və şən böyüyürdük, mehribançılığı bundan artıq dərk etmək qabiliyyətində deyildik, həm də hər bir ailə öz fərdi
Yazı axını
29 / 04 / 2024