Daha uca zirvələrə, qardaşım! İndi Bakı Dövlət Universiteti deyilən ali təhsil ocağının geoloji-coğrafiya fakültəsinin 4-cü kursunda oxuyurdum. Hərbi dərs keçdiyimizdən bizi, yay tətili ərəfəsində – 1971-ci ildə Naxçıvanın Qıvraq kəndinə 3 aylıq təlimlərə apardılar. Bizimlə eyni qrupda Qubadlıdan İxtiyar adlı bir yoldaşımız da vardı. Yataqxanada qonşu otaqda qalırdı. Qıvrağın bal suyundan içib, istisindən kölgələnəcəkdə uzanıb dincəlirdik. Gərək ki, İxtiyar dedi, bizim də yerlimiz şairdi, şeir

Çox yorma özünü, ha yaz, ha oxu, Öz başı çəkməsə, anlamaz çoxu... Bir yuxu istərəm, əbədi yuxu, Ölüb qollarında uyacaq qədər.. Dalidag.az mərhum gənc şair Şaiq Sadıqzadənin şeirlərini təqdim edir: ANA Sən oğul doğmadın şeir yazmağa, Bəlkə arzuların çox idi ana. Alnıma yazılan bəxti pozmağa, Bəs niyə pozanın yox idi ana ?! Mənim hər ağrımı kəsdi qucağın, Yuxusuz gecələr min əcir oldu. Vətənsiz böyüdüm, isti qucağın, Mənə vətən oldu, Kəlbəcər oldu. Bəd söz eşitmədim sənin dilindən, Həmişə hamıya

“Qurban оlum pir sana! Nə yatıbsan, dursana!” Mirzə Cavad bərk yоrulmuş, hıqqına-hıqqına qapıdan evinə daxil оlub, əbasının altından bir yeşik çıxardıb qapının ağzına qоydu. Bir dəsmala da bağlı üç-dörd kitab pəncərənin taxtasının üstünə qоyub, özünü yıxdı оcağın qırağına. Arvad əlində tоxuduğu cоrabı atıb, qalxdı ərinin başı altına bir mütəkkə qоydu. Mirzə başını mütəkkənin üstünə qоyub uzanmaqda оlsun, biz də оnun kim оlduğunu nəql edək. Mirzə Cavad küçə mirzəsi idi. Böyük şəhərlərdə,

Məmməd Aslan haqqında çox eşitmişdim! İlk görüşümüz isə, mənim hələ dünyaya, Səriyyə xalanın qəzet-jurnal köşkünün, sanki avropaya açılan pəncərəsindən içəri boylanan vaxtlar oldu. İndi düşünürəm ki, o vaxtlar rəhmətlik, yaşına, müəllimliyinə, şairliyinə ümumiyyətlə ziyalılığına xələl gətirə biləcək və ona yaraşan uzun saçlarını, sovetlər rejimində necə qoruyub saxlıyırdı? Əgər görüşümüz baş tutsaydı, ilk sualım ona bu olacaqdı. Təəssüflər!! Deyirəm uşaqlıq...Gəldim sevincək evə, dedim ki,

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində nəşr edilmiş “Vətən, Bayraq, Millət” şeirlər antologiyasının fiziki imkanları məhdud istedadlı şəxslərin iştirakı ilə təqdimat tədbiri keçirilib. Dalidag.az xəbər verir ki, tədbirdə əlilliyi olan şəxslərin, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial müəsissələrinin sakinlərinin əl işləri də təqdim edilib. Tədbir “Azərbaycan üçün oxu” layihəsi çərçivəsində xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeiri əsasında hazırlanmış

Ədəbiyyatdan, şeir-sənətdən söz düşəndə xatırlananlar dünyanın bəxtəvərləri hesab ediliblər. Lakin bu “bəxtəvərlər”in taleyi heç də həmişə həsəd aparılası olmur. Qısadan-qısa, lakin əbədi ömür sahiblərindən biri də “dağların bəxtəvər dustağı” - tərcüməçi-alim, şair Ənvər Rza olub: cəmi 48 illik ömründə milli və bəşəri hisslərlə yaddaşlara yazılıb. Şairin anadan olmasının 80 illiyinə həsr edilən “Ənvər Rzanı xatırlayarkən” kitabının Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda təqdimat

Azərbaycan Yazıçılar Birliyində "Ənvər Rzanı xatırlarkən" kitabının təqdimat mərasimi keçirilib. Dalidag.az xəbər verir ki, Əli İsmayılovun müəllifi olduğu kitab şairin 80 illik yubileyinə həsr olunub. Ənvər Rzanın həyat və yaradıcılığına yaxından bələd olan müəllif kitabda şairin tərcümeyi-halından, doğulub boya-başa çatdığı ictimai-ədəbi Kəlbəcər mühitindən bəhs edib. Tədbirdə mərhum şairin tələbələri , dostları, tələbəlik yoldaşları Ənvər Rza ilə olan xatirələrindən danışıb, həyat və

BALTASARIN HƏYATINDA UNUDULMAZ GÜN Q əfəs hazır idi və Baltasar adəti üzrə onu evin qabağındakı çardaqdan asdı. O, səhər yeməyini hələ yeyib qurtarmamışdı, ətrafdakılar isə onun düzəltdiyi qəfəsin gözəlliyindən danışırdılar. Evin qabağına çoxlu adam yığışmışdı, hamı qəfəsi görməyə tələsirdi, axırda adamlar o qədər çoxaldı ki, Baltasar qəfəsi çardaqdan açıb gizlətməli oldu. Ursula ona: – Üzünü qırx, – dedi. – Yoxsa lap rahibə oxşayırsan. – Yeməkdən sonra həvəsim gəlmir. Onun iki həftədən qalma

Qoy özümü gendə görüm, Bəlkə yağış, gün də görüm... Bir iş tapşır, mən də görüm, - Nə vaxtdır bekaram, Allah. Dalidag.az Elman Tovuzun şeirlərini təqdim edir: QAYITMA Özün də bilmirsən bu nə dərd idi - Mən üzə çıxıram, sənsə batırsan… Nə oldu: tapanda – gözü dörd idin, Atanda – gözünü yumub atırsan? Bu boyda günahı üstünə yığıb - Bu ürək indicə daş olar, qorxma… Yanına düşmüşəm – yadından çıxıb, Gedərəm, yanın da boşalar, qorxma… İsti nəfəs, – deyə axtarma hədər, Qar düşər başımı qatdığın yerə.

Azərbaycan ədəbiyyatı tarixinə 60-cılar adı ilə daxil olan ədəbi nəslin ən istedadlı nümayəndələrindən sayılan, ilk qələm təcrübələrindən öz yolunu, poetik mənini uğurla təsdiq edən şair Məmməd Aslan ədəbiyyatımıza möhürünü vurmuş istedadlı söz adamıdır. O, çoxşaxəli ədəbi-bədii yaradıcılığı ilə ədəbi dilimizin və poeziyamızın zənginləşməsində böyük xidmətlər göstərmişdir. Uzun və zəngin bir yaradıcılıq yolu keçmiş ədib poeziya yaradıcılığı ilə paralel olaraq bədii publisistika sahəsində də
Yazı axını
 
 
 
29 / 04 / 2024