Esse Görkəmli alimlərdən biri demişdir ki, bəşəri ixtiralar (kəşflər) oyun nəzəriyyəsindən başlayır, həqiqətdir. Bir də ona görə ki, anadan doğulan uşaqlar iməkləyən gündən oyuncaqlara sevgi bəsləyirlər. Bu maraqlı oyuncaqlara o qədər aludə olurlar - ana südünü əmməyə də gecikirlər. Məhz “oyun” sözündən “oyuncaq” anlayışı yaranmışdır. Bu bəşəri hissi bir analar daha həssas duyurlar, bir də şairlər. Maraqlı instiktivdir. Çağdaş şairlərimizdən Zahid Xəlil, Mir Sabir, Aləmzar Əlizadə - peşəkarlar;

Xəbər verdiyimiz kimi bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. Ruhu şad olsun! Dalidag.az tanınmış şair Ayaz Arabaçının milli öndər M.Ə. Rəsulzadəyə həsr etdiyi şeiri təqdim edir: *** Ayaqlarımın ucuna basaraq keçdim, Adın çəkilən hər yerdən... Tarix müəllimindən soruşdum kim bu adam,ilk

Şeirlərinin özəlliyi, dünyəviliyi, fərqli düşüncəsi... və eşq dolu ruhu onun SÖZ adlı möhtəşəm dünyaya təsadüfən gəlmədiyinə sübutdur. Sevgi şeirlərinə özünəməxsus orijinallıq qatan şair Namiq Dəlidağlı həm də yurd həsrətli, torpaq nisgillidi. Kəlbəcərsizdi, Laçınsızdı, Şuşasızdı.., Qarabağsızdı, Dərbəndsizdi, Təbrizsizdi... Şeirlərinə toxunmuş ağrının, göynəyin rəsmini görməmək, duymamaq, o ağrıyla ağrımamaq mümkün deyil. Soyadını unutsa da, çopur daşını unuda bilməyəcək qədər dərin yaddaşı

Azərbaycanlı yazıçı Məhəmməd Əsəd bəyin (Qurban Səid) daha bir kitabının orijinalı tapılıb. Dalidag.az xəbər verir ki, Fransada yaşayan azərbaycanlı naşir Nicat Kazımovun kulis.az-a verdiyi məlumata görə “Çar II Nikolayın bioqrafiyası” kitabını Fransa dövlət arxivindən əldə edib. Kitab 1935-ci ildə nəşr edilib. Naşir qeyd edir ki, bu Məhəmməd Əsəd bəyin Fransada nəşr olunan ilk kitabıdır. Bundan əlavə onun bu ölkədə “Stalinin bioqrafiyası” və “Neft ölkəsi” kitabları da nəşr edilib. Nicat

Ordan başladı həsrətim...qanlı, faciəli başladı həm də...Xocalısız qaldım, sonra Şuşasız, sonra Laçınsız və sonralar uzandı... Nə zaman bitəcək, nə zaman bu ağrılar... 28 il...Bu qədər niyə dözmüşük, niyə? Ləkələnmiş namusumuzun, itirilmiş qeyrətimizin qisasını nə vaxt alacağıq, nə vaxt bizim olanı bizə qaytaracağıq?... Dalidag.az Sevinc Qəribin Xocalı soyqırımına həsr olunmuş şeirini təqdim edir: *** Allah bu nə yanğıdı belə, içimdə bir dərd ağlayır, göynəyirəm göyüm-göyüm... Qalmışam əli

H enrinin yeməkxanasının qapısı açıldı. İki adam içəri girdi və masa arxasında oturdu. – Nə sifariş verəcəksiz, – Corc soruşdu. – Özüm də bilmirəm, – adamlardan biri dedi. – Sən nə götürəcəksən, El? – Bilmirəm, – El dedi. – Bilmirəm, nə götürüm. Hava artıq qaralmışdı. Pəncərə arxasındakı fənərin işığı yandı. İçəri keçmiş adamlar menyuya baxırdı. Nik Adams onları piştaxtanın küncündən seyr edirdi. Adamlar içəri girərkən o, Corcla söhbət edirdi. – Mənə alma sousu ilə donuz filesi və kartof ver, –

Bu gün XX əsr Azərbaycan poeziyasının ən parlaq nümayəndələrindən birinin – Əliağa Vahidin anadan olmasından 125 il keçir. Dalidag.az xəbər verir ki, Əliağa Vahid 1895-ci ildə Bakının Masazır kəndində Məmmədqulu İsgəndərovun ailəsində dünyaya gəlib. Atası dülgər, anası evdar xanım idi. Balaca Əliağa o dövrdə Bakıda və Azərbaycanın əksər bölgələrində “dəbdə” olan mollaxanada üç ilə yaxın təhsil alır. Ancaq ehtiyac ucbatından bu təhsilini yarımçıq qoyub, Bakıdakı tütün fabrikində çilingər kimi

Fiziki qüsur yazıb-yaratmaq, hər-hansı bir nailiyyət əldə etmək üçün maneə deyil. O, görmə əngəlli olsa da, şeirləri bəsirət gözünün necə nurlu olduğunu sübut edir. Şərəfli bir nəsil şəcərəsinin nümayəndəsi olan Seyid Əli təəssüf ki, çox az yaşadı. Atasının ölümünə dözə bilməyən gənc şair yeməkdən imtina edərək günbəgün ölümünü yaxınlaşdırdı. 1962-ci ilin martında dünyaya gəlmişdi. 1988-ci ilin iyununda 26 yaşında bu dünyaya göz yumdu... Bioloji övladı olmasa da, mənəvi övladları- şeirləri onu

Dalidag.az İsmayıl Şıxlının “Ölüləri qəbiristanda basdırın” hekayəsini təqdim edir. Ş əhərin mərkəzindəki bağ Rəşidin ürəyinə hər yerdən çox yatırdı. Dörd yolun kəsişdiyi və bütün küçələrin birləşdiyi bu bağda həmişə qış-yay adam olurdu. İsti günlərdə ağacların kölgəsində sərinləməyə bura gəlir, soyuq havada evdə darıxan yaşlılar özlərinə həmsöhbət tapmaq üçün yenə buraya çayxanaya toplaşırdılar. Elə cavanların çoxu da burada görüşürdülər. Rəşidə şəhərin kənarında, çay sahilində güllü-çiçəkli

Şairlər, qələm adamları, ömrünü sözə bağışlayanlar ölmür. Cismani yoxluqları hər oxunan kitablarında, şeirlərində... yaşayan ruhlarında təzədən var olur,əbədiləşir. Bu gün şair, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycanın Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət Mükafatı laureatı
Yazı axını
 
 
 
 
 
29 / 04 / 2024