Reklam
"İstəsən dünyanı sərbəst gəzəsən, düz yolun kəc olar, bəxtın olmasa" - Molla Nəbi Kəlbəcərli
25-04-2023 11:13
Dalidag.az Molla Nəbi Kəlbəcərlinin (Nəbi Dilsuz 1898-1969) şeirlərini təqdim edir.
Baxtın olmasa
İstəsən dünyanı sərbəst gəzəsən,
Düz yolun kəc olar, baxtın olmasa,
Xalqın dəhanına şəkər əzsən də,
Acı zəhər olar, baxtın olmasa.
Süleyman tək olsa şövkəti-şanın,
Harun kimi olsa dövlətin-varın,
Bir gün gələr, sənin əhli-əyalın
Nana möhtac olar, baxtın olmasa.
Nəbi, mərd yolunda sərdən keçsən də,
Hatəm kimi geniş süfrə açsan da,
Dost boyuna ağır xələt biçsən də,
Zəhmətin puc olar, baxtın olmasa.
Dünyada
Möhtərəm, hörmətli, əziz qardaşlar,
Yaxşılıq bir güldür, solmaz dünyada.
Həqiqət sarsılmaz, möhkəm qaladır,
Ədaləti danmaq olmaz dünyada.
Çoxları aldanıb, çərxi-gərdişə,
Arzusuna həsrət qalıb həmişə.
Heç kəs bir dövranla getməyib başa,
Yəqin ki bir kimsə qalmaz dünyada.
Mərd adam namərdə möhtac olanda,
Müşkülü həll olmaz, düşər kəməndə.
Möhkəm saxla əldə qabın dolanda,
Məsəldir: tökülən dolmaz dünyada!
Nəbi, daha sözün yetir tamama,
Namərd sayəsində yetmərsən kama.
Dərdin söylə bir dərdbilən adama,
Dərdbilməz qayğına qalmaz dünyada.
Olmadı
(Vəfasız dostlara)
Bir ildir yatıram tamam sərbəsər,
Davasız dərdimi bilən olmadı.
Can deyən qohumdan, can deyən dostdan
Çox çəkdim intizar, gələn olmadı.
Hər kəs sürür dövranını, dəmini,
Qardaş çəkmir qardaş dərdi-qəmini.
İmtahan eyləsin dostun cəmini
Canı yanan, qeydə qalan olmadı.
Xəstə könül su tək axır hər yana,
Arayıb dostları seçir bir yana.
Dost yolunda deyim mərdi-mərdana:
Mənsim kimi möhkəm duran olmadı.
Nəbi, sən küsənmə dost aşınadan,
İmdad istə kərəm-kanı Xudadan.
Nicat versə qurtararsan bəladan,
Ondan qeyri mətləb verən olmadı.
Gərək
Gəl sizə söyləyim igid nişanın,
İgidlərdə namus, qeyrət ar gərək.
İmran dilli ola, göhər kəlməli,
Beh bazarı, etibarı var gərək.
Hatəm təki ola açıq süfrəli,
Hər yaxşı kəlməyə söyləyə bəli.
Çalışıb razı edə özündən eli,
Hər babətdə ola baxtəvar gərək.
Dosta şirin ola, düşmənə acı,
Hər nakəsə uyub verməyə bacı.
Cəhd edib olmaya düşmən möhtacı,
Dostuna həmdəmlə bərabər gərək.
Namərdlərin körpüsündən keçməyə,
Binamusun şərbətini içməyə,
Gördüyü sirlərin birin açmaya,
Saxlaya qəlbində canı var gərək.
İşi müddəm ola yaxşı sənətlər,
Yaxşılığa, pisə verə qiymətlər,
Həqiqi dost ilə çəkə ləzzətlər,
Arada sərf ola dövlət var gərək.
Kəm olmaya gərdişində, işində,
Əqli müddəm düzgün ola başında,
Nəbi deyər, uyğun olan yaşında,
Özünə bab olan dosta yar gərək.
Olmasa
Mərd igidlər qovğa günü xar olar,
Vətəni, arxası, eli olmasa.
Gen dünya başına müdam dar olar,
Vətəni, arxası, eli olmasa.
Arxalı sayılar eldə, obada,
Arxasızlar heç vaxt düşməzlər yada,
Şah olsa da bir kəs sayılar gəda,
Vətəni, arxası, eli olmasa.
Arxalının sözü heç yerə düşməz,
Arxasız qaynasa, həddini aşmaz.
Hörməti tutulmaz, nə sözü keçməz,
Vətəni, arxası, eli olmasa.
Nəbi, sən də gəl arxalan Xudaya,
Hər yerdə çağırsan yetər haraya.
Dar günündə ömrün gedər fədaya,
Qohumun, qardaşın, elin olmasa.
Düşəndə
A bimurvət, məni salma nəzərdən,
Bu pünhan dərdimi ara, düşəndə.
Təbibimsən məlhəm eylə əlinlə,
Dərdindən sinəmə yara düşəndə.
Arif gərək hər mətləbi qanmağa,
Yaxşını, yamanı seçib-sanmağa,
Pərvanə aşiqdir oda yanmağa,
İnciməz, yansa da nara düşəndə.
Ağlı olan baxmaz hərcayi sözə,
Yaman söz hər zaman çəkilər üzə.
Gözəl ləkələnsə bənzər kağıza,
Ha pozsan silinməz, qara düşəndə.
Dost gərək danışa dostun özüynən,
Hər sözü eşidə, görə gözüynən.
Vəfalı yar müxənnətin sözüynən,
İlqarından dönməz, dara düşəndə.
Nəbi mərdi vəsf eyləyər dilində,
Şeyda bülbül xarı qoymaz gülündə.
Aşiq olan məşuqunun yolunda
Sərdən keçər, namus, ara düşəndə.
Olarmış
Bəxt tərəqqi edib, yüksəlsə işin,
Tənəzzül tapanda nə pis olarmış.
Dövlətin olarsa, ucalar başın,
Var əldən gedəndə, nə pis olarmış.
Varı olan çörək verər, ad alar,
Olmayanda qohum-qardaş yad olar.
Üstündə nanəcib, alçaq gədalar
Aslana dönəndə, nə pis olarmış.
Qafil olma, Nəbi, əl üzmə haqdan,
Qismət verən haqdır, küsənmə baxtdan.
Yaradan, şərməsar etmə qonaqdan,
Qonaqdan şərbəndə nə pis olarmış.
Döndü, nə döndü
Çərx dolandı, baxtım tapdı tənəzzül,
Xoş günüm ah-vaya döndü, nə döndü!
Xudam kəsdi məndən nəzər, iltifat,
Gözüm yaşı çaya döndü, nə döndü!
Bu fani dünyada çox çəkdim cəfa,
Səd heyif, neyləyim, görmədim səfa.
Dostlarım bəd oldu, hərəm bivəfa,
Yazıq ömrüm zayə döndü, nə döndü!
Gələcək nə yaman gəldi üzümə,
Qohum-qardaş baxmaz oldu sözümə.
Dərd əlindən yuxu gəlmir gözümə,
Əlif qəddim yaya döndü, nə döndü!
İşrətim dünyada oldu zəhrimar,
Qalmadı cismimdə namus, qeyrət, ar.
Tükəndi taqətim, əldən getdi var,
Əməyim bicayə döndü, nə döndü!
Mənə həmdəmdi bir bu telli sazım,
Dostlara yetişmir ünüm, avazım.
Qiymətli dediyim nəsihət sözüm,
Eşidilməz hayə döndü, nə döndü!
Mən Nəbiyəm, soran yoxdu əhvalım,
Müttəsil çaşqındı sər-sər xəyalım.
İdrakım, fikrim, əqlim kamalım,
Müxtəsər ki, suya döndü, nə döndü!
Danış
Aşıqam, söyləyib, ölkəni gəzən,
Etdiyin söhbətin varından danış.
Millətlər uğrunda ədalət qanun,
Yaradıb başında, durandan danış.
Aşıq məclislərdə çalanda sazı,
İnsana xoş gəlsin sözü, avazı.
Aşıqlıq elminin olun qəvvası,
Bu azad həyatı qurandan danış.
Nəbi sözün söylər qanıb bilənə,
Toxunmaram mahir aşıq olana.
Aşıqlıq adilə girsən meydana,
Azadlığı bizə verəndən danış.
Mədətkar olmaz
Namərd ilə ülfət qılma dünyada,
Dar günündə sənə mədətkar olmaz.
Süfrə üstə laf eyləyər dost kimi,
Dosta riya olar, xoş əfkar olmaz.
Əhdinə kəc olar, düz olmaz sözü,
Dünyanın malından heç doymaz gözü.
Gözləməz hörməti, çörəyi, duzu,
Sirrin yada verər, vəfadar olmaz.
Şair Nəbi, ha gəz dayaz-dərini,
Sadiq dost taparsan yüzdə birini.
Axtarıb tap dostun vəfadarını,
Boş deyil bu dünya sənə dar olmaz.
1953
İstisu
Qış ayları gedib, bahar gələndə
Köksündən ha qalxır duman, İstisu.
Sinəndən car olan sərin çeşmələr
Atlanıban olur ümman, İstisu.
Arandan ellərin üz tutub gəlir,
Boz sürülər damənindən çəkilir,
Ətrafında ağ çadırlar tikilir,
Yaz, yay olur səndə mehman, İstisu.
Yığılır başına xubların cəmi,
İşvəyi-naz ilə çəkirlər dəmi.
Səndə şəfa tapır xəstələr hamı,
Edirsən dərdlərə dərman, İstisu.
Bu əsərin düzdü qabaq var idi,
Qazma hovuz yandırıcı nar idi.
Xəstələr düşməyə çox bezar idi,
Eylərdin əhvalın yaman, İstisu.
Bax indi qurğuna, bu xub gərdişə,
Zəhmətkeş dövləti eyləyib inşa.
Şosse yol çəkilib düşübdür işə,
Qatar işlər bir az zaman, İstisu.
İnşaat işlərin eyləyib gülşad,
Gülüstan sayəndə tez olar abad.
Təbiət bu yerə eyləyib barat,
Sənsən xalqa xoş dadaman, İstisu.
Nəbi vəsfin müddəm söylər hər yana,
Şöhrətin bəllidir cümlə cahana.
Sənə gələn xəstə tez gəlir cana,
Həm həkim, həm təbib, loğman, İstisu.
Gedər oldum
Qürbətə düşdü güzarım,
Halal eylə, gedər oldum.
Haqdan savay yox pənahım,
Halal eylə, gedər oldum.
Cavan ikən qəddi-dalam,
Həsrətimdən yanar aləm.
Ya qismət ki, öləm, gələm,
Halal eylə, gedər oldum.
Nəbi gedir yana-yana,
Qara bağrım döndü qana.
Ağlayıb gəlmə fəğana,
Halal eylə, gedər oldum.
Nə pis olarmış
Əməl məhbus ola, xəyal asuda,
Ürək döyünəndə nə pis olarmış.
Dil hökmün itirə, məqsəd danışa,
Düşmən sevinəndə nə pis olarmış.
Saat kimi qəlb vuranda dalbadal,
Öz yornuq atını minərək xəyal.
Həmsöhbət olanda hicranla məlal,
Vüqar əyiləndə nə pis olarmış.
Həyat qanunundan bezaram inan,
Bəzən sar önündə baş əyir tərlan.
Bülbülə ustalıq edə sağsağan,
Qarğa öyünəndə nə pis olarmış.
Ey imdad pərisi, imdadıma yet,
Söz üçün etməyim heç kəsə minnət.
Nəbinin taleyi göstərməz hikmət,
Talesiz deyəndə nə pis olarmış.
Dalidag.az
Baxtın olmasa
İstəsən dünyanı sərbəst gəzəsən,
Düz yolun kəc olar, baxtın olmasa,
Xalqın dəhanına şəkər əzsən də,
Acı zəhər olar, baxtın olmasa.
Süleyman tək olsa şövkəti-şanın,
Harun kimi olsa dövlətin-varın,
Bir gün gələr, sənin əhli-əyalın
Nana möhtac olar, baxtın olmasa.
Nəbi, mərd yolunda sərdən keçsən də,
Hatəm kimi geniş süfrə açsan da,
Dost boyuna ağır xələt biçsən də,
Zəhmətin puc olar, baxtın olmasa.
Dünyada
Möhtərəm, hörmətli, əziz qardaşlar,
Yaxşılıq bir güldür, solmaz dünyada.
Həqiqət sarsılmaz, möhkəm qaladır,
Ədaləti danmaq olmaz dünyada.
Çoxları aldanıb, çərxi-gərdişə,
Arzusuna həsrət qalıb həmişə.
Heç kəs bir dövranla getməyib başa,
Yəqin ki bir kimsə qalmaz dünyada.
Mərd adam namərdə möhtac olanda,
Müşkülü həll olmaz, düşər kəməndə.
Möhkəm saxla əldə qabın dolanda,
Məsəldir: tökülən dolmaz dünyada!
Nəbi, daha sözün yetir tamama,
Namərd sayəsində yetmərsən kama.
Dərdin söylə bir dərdbilən adama,
Dərdbilməz qayğına qalmaz dünyada.
Olmadı
(Vəfasız dostlara)
Bir ildir yatıram tamam sərbəsər,
Davasız dərdimi bilən olmadı.
Can deyən qohumdan, can deyən dostdan
Çox çəkdim intizar, gələn olmadı.
Hər kəs sürür dövranını, dəmini,
Qardaş çəkmir qardaş dərdi-qəmini.
İmtahan eyləsin dostun cəmini
Canı yanan, qeydə qalan olmadı.
Xəstə könül su tək axır hər yana,
Arayıb dostları seçir bir yana.
Dost yolunda deyim mərdi-mərdana:
Mənsim kimi möhkəm duran olmadı.
Nəbi, sən küsənmə dost aşınadan,
İmdad istə kərəm-kanı Xudadan.
Nicat versə qurtararsan bəladan,
Ondan qeyri mətləb verən olmadı.
Gərək
Gəl sizə söyləyim igid nişanın,
İgidlərdə namus, qeyrət ar gərək.
İmran dilli ola, göhər kəlməli,
Beh bazarı, etibarı var gərək.
Hatəm təki ola açıq süfrəli,
Hər yaxşı kəlməyə söyləyə bəli.
Çalışıb razı edə özündən eli,
Hər babətdə ola baxtəvar gərək.
Dosta şirin ola, düşmənə acı,
Hər nakəsə uyub verməyə bacı.
Cəhd edib olmaya düşmən möhtacı,
Dostuna həmdəmlə bərabər gərək.
Namərdlərin körpüsündən keçməyə,
Binamusun şərbətini içməyə,
Gördüyü sirlərin birin açmaya,
Saxlaya qəlbində canı var gərək.
İşi müddəm ola yaxşı sənətlər,
Yaxşılığa, pisə verə qiymətlər,
Həqiqi dost ilə çəkə ləzzətlər,
Arada sərf ola dövlət var gərək.
Kəm olmaya gərdişində, işində,
Əqli müddəm düzgün ola başında,
Nəbi deyər, uyğun olan yaşında,
Özünə bab olan dosta yar gərək.
Olmasa
Mərd igidlər qovğa günü xar olar,
Vətəni, arxası, eli olmasa.
Gen dünya başına müdam dar olar,
Vətəni, arxası, eli olmasa.
Arxalı sayılar eldə, obada,
Arxasızlar heç vaxt düşməzlər yada,
Şah olsa da bir kəs sayılar gəda,
Vətəni, arxası, eli olmasa.
Arxalının sözü heç yerə düşməz,
Arxasız qaynasa, həddini aşmaz.
Hörməti tutulmaz, nə sözü keçməz,
Vətəni, arxası, eli olmasa.
Nəbi, sən də gəl arxalan Xudaya,
Hər yerdə çağırsan yetər haraya.
Dar günündə ömrün gedər fədaya,
Qohumun, qardaşın, elin olmasa.
Düşəndə
A bimurvət, məni salma nəzərdən,
Bu pünhan dərdimi ara, düşəndə.
Təbibimsən məlhəm eylə əlinlə,
Dərdindən sinəmə yara düşəndə.
Arif gərək hər mətləbi qanmağa,
Yaxşını, yamanı seçib-sanmağa,
Pərvanə aşiqdir oda yanmağa,
İnciməz, yansa da nara düşəndə.
Ağlı olan baxmaz hərcayi sözə,
Yaman söz hər zaman çəkilər üzə.
Gözəl ləkələnsə bənzər kağıza,
Ha pozsan silinməz, qara düşəndə.
Dost gərək danışa dostun özüynən,
Hər sözü eşidə, görə gözüynən.
Vəfalı yar müxənnətin sözüynən,
İlqarından dönməz, dara düşəndə.
Nəbi mərdi vəsf eyləyər dilində,
Şeyda bülbül xarı qoymaz gülündə.
Aşiq olan məşuqunun yolunda
Sərdən keçər, namus, ara düşəndə.
Olarmış
Bəxt tərəqqi edib, yüksəlsə işin,
Tənəzzül tapanda nə pis olarmış.
Dövlətin olarsa, ucalar başın,
Var əldən gedəndə, nə pis olarmış.
Varı olan çörək verər, ad alar,
Olmayanda qohum-qardaş yad olar.
Üstündə nanəcib, alçaq gədalar
Aslana dönəndə, nə pis olarmış.
Qafil olma, Nəbi, əl üzmə haqdan,
Qismət verən haqdır, küsənmə baxtdan.
Yaradan, şərməsar etmə qonaqdan,
Qonaqdan şərbəndə nə pis olarmış.
Döndü, nə döndü
Çərx dolandı, baxtım tapdı tənəzzül,
Xoş günüm ah-vaya döndü, nə döndü!
Xudam kəsdi məndən nəzər, iltifat,
Gözüm yaşı çaya döndü, nə döndü!
Bu fani dünyada çox çəkdim cəfa,
Səd heyif, neyləyim, görmədim səfa.
Dostlarım bəd oldu, hərəm bivəfa,
Yazıq ömrüm zayə döndü, nə döndü!
Gələcək nə yaman gəldi üzümə,
Qohum-qardaş baxmaz oldu sözümə.
Dərd əlindən yuxu gəlmir gözümə,
Əlif qəddim yaya döndü, nə döndü!
İşrətim dünyada oldu zəhrimar,
Qalmadı cismimdə namus, qeyrət, ar.
Tükəndi taqətim, əldən getdi var,
Əməyim bicayə döndü, nə döndü!
Mənə həmdəmdi bir bu telli sazım,
Dostlara yetişmir ünüm, avazım.
Qiymətli dediyim nəsihət sözüm,
Eşidilməz hayə döndü, nə döndü!
Mən Nəbiyəm, soran yoxdu əhvalım,
Müttəsil çaşqındı sər-sər xəyalım.
İdrakım, fikrim, əqlim kamalım,
Müxtəsər ki, suya döndü, nə döndü!
Danış
Aşıqam, söyləyib, ölkəni gəzən,
Etdiyin söhbətin varından danış.
Millətlər uğrunda ədalət qanun,
Yaradıb başında, durandan danış.
Aşıq məclislərdə çalanda sazı,
İnsana xoş gəlsin sözü, avazı.
Aşıqlıq elminin olun qəvvası,
Bu azad həyatı qurandan danış.
Nəbi sözün söylər qanıb bilənə,
Toxunmaram mahir aşıq olana.
Aşıqlıq adilə girsən meydana,
Azadlığı bizə verəndən danış.
Mədətkar olmaz
Namərd ilə ülfət qılma dünyada,
Dar günündə sənə mədətkar olmaz.
Süfrə üstə laf eyləyər dost kimi,
Dosta riya olar, xoş əfkar olmaz.
Əhdinə kəc olar, düz olmaz sözü,
Dünyanın malından heç doymaz gözü.
Gözləməz hörməti, çörəyi, duzu,
Sirrin yada verər, vəfadar olmaz.
Şair Nəbi, ha gəz dayaz-dərini,
Sadiq dost taparsan yüzdə birini.
Axtarıb tap dostun vəfadarını,
Boş deyil bu dünya sənə dar olmaz.
1953
İstisu
Qış ayları gedib, bahar gələndə
Köksündən ha qalxır duman, İstisu.
Sinəndən car olan sərin çeşmələr
Atlanıban olur ümman, İstisu.
Arandan ellərin üz tutub gəlir,
Boz sürülər damənindən çəkilir,
Ətrafında ağ çadırlar tikilir,
Yaz, yay olur səndə mehman, İstisu.
Yığılır başına xubların cəmi,
İşvəyi-naz ilə çəkirlər dəmi.
Səndə şəfa tapır xəstələr hamı,
Edirsən dərdlərə dərman, İstisu.
Bu əsərin düzdü qabaq var idi,
Qazma hovuz yandırıcı nar idi.
Xəstələr düşməyə çox bezar idi,
Eylərdin əhvalın yaman, İstisu.
Bax indi qurğuna, bu xub gərdişə,
Zəhmətkeş dövləti eyləyib inşa.
Şosse yol çəkilib düşübdür işə,
Qatar işlər bir az zaman, İstisu.
İnşaat işlərin eyləyib gülşad,
Gülüstan sayəndə tez olar abad.
Təbiət bu yerə eyləyib barat,
Sənsən xalqa xoş dadaman, İstisu.
Nəbi vəsfin müddəm söylər hər yana,
Şöhrətin bəllidir cümlə cahana.
Sənə gələn xəstə tez gəlir cana,
Həm həkim, həm təbib, loğman, İstisu.
Gedər oldum
Qürbətə düşdü güzarım,
Halal eylə, gedər oldum.
Haqdan savay yox pənahım,
Halal eylə, gedər oldum.
Cavan ikən qəddi-dalam,
Həsrətimdən yanar aləm.
Ya qismət ki, öləm, gələm,
Halal eylə, gedər oldum.
Nəbi gedir yana-yana,
Qara bağrım döndü qana.
Ağlayıb gəlmə fəğana,
Halal eylə, gedər oldum.
Nə pis olarmış
Əməl məhbus ola, xəyal asuda,
Ürək döyünəndə nə pis olarmış.
Dil hökmün itirə, məqsəd danışa,
Düşmən sevinəndə nə pis olarmış.
Saat kimi qəlb vuranda dalbadal,
Öz yornuq atını minərək xəyal.
Həmsöhbət olanda hicranla məlal,
Vüqar əyiləndə nə pis olarmış.
Həyat qanunundan bezaram inan,
Bəzən sar önündə baş əyir tərlan.
Bülbülə ustalıq edə sağsağan,
Qarğa öyünəndə nə pis olarmış.
Ey imdad pərisi, imdadıma yet,
Söz üçün etməyim heç kəsə minnət.
Nəbinin taleyi göstərməz hikmət,
Talesiz deyəndə nə pis olarmış.
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 25-04-2023 11:13
Baxış sayı: 2480
Yazı axını
06 / 11 / 2024
06 / 11 / 2024
05 / 11 / 2024
05 / 11 / 2024
04 / 11 / 2024
04 / 11 / 2024
02 / 11 / 2024
02 / 11 / 2024
01 / 11 / 2024
30 / 10 / 2024
30 / 10 / 2024
29 / 10 / 2024
28 / 10 / 2024
28 / 10 / 2024
26 / 10 / 2024
26 / 10 / 2024
25 / 10 / 2024
22 / 10 / 2024
21 / 10 / 2024
21 / 10 / 2024
Ən çox oxunanlar