Reklam
Şair Ələkbər Sönməz yeni kitabını təqdim edəcək
12-04-2023 10:56
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış el şairi Ələkbər Sönməz yeni şeirlər kitabını oxucularına təqdim edəcək.Dalidag.az xəbər verir ki, bu günlərdə Ələkbər Sönməzin növbəti şeirlər kitabı çapdan çıxıb. "Bir ömrü mən də belə yaşadım" adlı şeirlər toplusu şairin oxuculara təqdim etdiyi sayca 6-cı kitabdır. Bundan əvvəl şairin "Tarixin qan yaddaşı", "Heydər baba, yurda qaytarın eli", "Vətənə borcum qalır", "Qayalarda qalan səs", "Kəlbəcərə gedən yol" kitabları işıq üzü görüb.
Vurğulayaq ki, Ələkbər Ələsgər oğlu Ələsgərov (Sönməz) 1948-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində seyid aləsində anadan olub. Şeir yazmağa orta məktəbdə oxuduğu illərdən başlayıb. Şeirləri müntəzəm olaraq dövri mətbuatda çap olunub. 1993-cü ildə Kəlbəcər rayonu erməni işğalçıları tərəfindən zəbt olunan zaman ailəlikcə mühasirəyə düşüb, dörd ay orada qalıb. Həmin vaxtlar ermənilərin törətdikləri vəhşilikləri öz gözləri ilə görüb. 30 nəfər insanın həyatını xilas edib. Şair mühasirədə qaldığı zaman işğalçıların törətdiyi vəhşilikləri "Tarixin qan yaddaşı" kitabında əks etdirib. Şəhid ailəsidir.
P.S.Qeyd edək ki, aprelin 14-ü saat 14.00-da Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda şairin yeni kitabının imza günü və oxucularla görüşü keçiriləcək!
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 12-04-2023 10:56
Baxış sayı: 31 592Yazı axını
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
Ən çox oxunanlar
18-05-2026 18:20

17-05-2026 13:15




























