Reklam
"İllər boyu susdun, niyə birdən-birə dindin, dəli sevda?" - Fərid Muradzadə
20-12-2022 21:53
"...Pərvanə tək səbat ilə şəm hicrinə yandım və dayandım,
İnsaf elə, agah elə sirdən, axı kimdin dəli sevda?"
Dalidag.az Fərid Muradzadənin yeni şeirlərini təqdim edir:
* * *
Vallah necə gəldin, gücə gəldin, məni yendin, dəli sevda,
Döndün nura, hopdun ruha, sən qəlbimə endin, dəli sevda!
Bilməm nə kəramətdir ki, gənclikdə tamam lal-kar oldun
İllər boyu susdun, niyə birdən-birə dindin, dəli sevda?
Hər naləsi daşlar əridən, qəlbi didən simi-kaman tək,
Gizlin szıldayan, inildəyən demə səndin, dəli sevda!
Söylə, nə səbəbdəndir ki, mən aşkarı, sən batili seçdin
Neyçün gecə gizlincə gəlib sinəmə sindin, dəli sevda?
Pərvanə tək səbat ilə şəm hicrinə yandım və dayandım,
İnsaf elə, agah elə sirdən, axı kimdin dəli sevda?
Hər gün biçarə Zülgüqarın dərdini dostlar soruşanda
Bir qətrə yaş oldun yanağından səpələndin, dəli sevda!
* * *
Ömrün payızındayam
Duyğularım üşüyür.
Dünənim bahar idi,
Bu günüm xəzan oldu
Ömür hara şütüyür?
Ömrün payızındayam,
Dəli, çılğın gəncliyim
Əlçatmaz, ünyetməzdir.
Vücudum da kiçilib
Köhnə vərəqlər kimi
solub, saralıb indi,
Zaman sürətlə keçdi
İllər xəzələ döndü…
Ömrün payızındayam,
Ağıl, ürək savaşır,
Beynimdə, ürəyimdə
fırtınalar dolaşır.
Ürək hissə qapılır
Ağıl"hakim ol"deyir.
Ürək kövrək, ürəkdir
Tez allanır, tez küsür.
Ömrün payızındayam
Ömür öz yükün çəkir
Ölüm yükün daşıyır.
Ömrün payızındayam
Ürək sözümə baxmır,
Arzuları oxşayır,
Artır hiss-həyəcanı,
Döyüntülər çoxalır,
Can usanır, tövşəyir
Ömrün payızındayam,
Duyğularım üşüyür…
Fərid Muradzadə
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 20-12-2022 21:53
Baxış sayı: 3385
Yazı axını
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02