İstəkli qələm dostlarım, sözə-sənətə dəyər vermyi bacaran söz sərrafları! Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsində və çoxsaylı oxucular arasında istedadlı şair, nasir və esseist kimi tanınan Namiq Zaman Novruz Bayramı ərəfəsində “Qanun” nəşriyyarının “köynəyindən” çıxan “Səni düşünürəm” adlı şeirlər kitabıyla hamımıza unudulmaz anlar bəxş etmişdir. Bəri başdan deyim ki, redaktoru və ilk xeyir - duaçısı olduğum kitab, insanlara bəşəri duyğular, nəcib hisslər bəxş etmək baxımından

Dalidag.a z gənc yazar Eşqin Məmmədovun üç kiçik hekayəsini təqdim edir: AY TUTULDU X alqımın başına dönüm. Bu xalqın yengə kimi, cin çıxartma kimi, baş qırxmaq kimi qəraib adətləri var. Sizlər də az- çox bu adətlərlə tanışsınız. Bu adət və ənənələrmizin sırasına birini də mən daxil edim. Dəqiq yadımda deyil, hansısa fəlsəfə kitabında oxumuşdum ki, eramızdan əvvəl Yunan alimi Fales sübut etmişdir ki, Ay özü işığa malik deyil . Onu işıqlandıran günəş şəfəqləridir. İndi gəlin o hadisədən nə az-

N oyabr ayının 12-ci günü idi. Hava çox soyuq idi. Amma hələ qar əlaməti görsənmirdi. Həkim axırıncı dəfə xanın naxoş övrətini yoluxub, cavab verdi ki, dəxi naxoşun əhvalı yaxşıdır; belə ki, bir həftəyədək səfərə çıxmaq mümkün olar. Xan çox tələsirdi İrəvana getməyə; çünki xanı orada çox vacib işlər gözləyirdi. Və bir də ki, qorxurdu qar yağa və hava dəxi də soyuya və naxoş üçün yola çıxmaq qeyri- mümkün ola. Xan götürdü qələmi, irəvanlı dostu Cəfər ağaya bu məzmunda bir müxtəsər kağız yazdı:

Tanınmış şair-publisist Rəfail Tağızadənin “Su üzərində bahar” adlı növbəti kitabı çap olunub. Dalidag.az xəbər verir ki, kitabda şairin son dövrlər yazdığı şeirlər və iki poeması – “Adam Mitskeviçin xatirəsinə on nəğmə” və “Qara-qırmızı Xocalı (muğam üstündə oxunan ağı)” yer alıb. Qanun Nəşriyyatında çap olunan kitab 280 səhifədən ibarətdir. Yaxın zamanlarda kitabın təqdimat məqasimi keçiriləcək. Bu barədə öncədən məlumat veriləcək. Dalidag.az

Dalidag.az Afaq Məsudun hekayəsini təqdim edir: GECƏ E lə bil çovğunun sonu olmayacaqdı. Bir həftəydi, ya on gün idi, ac canavar kimi ulamaqdan yorulmurdu. Son üç günü şəhərin əksər məhəllələrində işıq xətləri qırılmışdı deyə, şəhərin bir tərəfinə soyuq qaranlıq çökmüşdü. Qaz çovğun başlayan gündən kəsilmişdi. İndi də, deyəsən, su boruları donurdu… dar ayaqqabının içində sıxılan kimi, şaxtanın donundan sıxılıb çıq-çıq çıqqıldayırdı. ...Hava qaraldıqca, qaranlıqla bir Talıb kişinin canına

Dalidag.az kulis.az-a istinadən Sülyman Rüstəmin 19- ci ildə “Gənclik jurnalı”nın ilk sayına verdiyi son müsahibəni təqdim edir. Müsahibəni tənqidçi, ədəbiyyatşünas Məti Osmanoğlu götürüb. Sevindirici hadisədir ki, Azərbaycan komsomolunun yeni bir jurnalı dünyaya gəlir. "Ulduz" jurnalı indiki orta nəslin ədəbiyyata gəlişində, ədəbi nəsil kimi formalaşmasında, həqiqətən, çox iş görüb, ədəbiyyatımızın inkişafında layiqli rol oynayıb. Ancaq son vaxtlar gəncliyimizin qarşısında duran vəzifələri

Bu gün Azərbaycan teatrının yaradılmasından 147 il ötür. Dalidag.az xatırladır ki, böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü il martın 10-da Bakıda M.F.Axundovun “Lənkəran xanının vəziri” komediyasının tamaşaya hazırlanması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyulub. Bu xəbəri “Qafqaz” jurnalından öyrənən M.F.Axundov Həsən bəy Zərdabiyə göndərdiyi məktubunda bunları yazmışdı: “Mən artıq qocalmışam və

Solmaz Qəribelin yeni şeirlər kitabı işıq üzü görüb. Dalidag.az xəbər verir ki, bu barədə xanım şair özü məlumat verib. "Qərib Küləklər" adlanan 300 səhifədən ibarət kitabın redaktoru tanınmış şair Balayar Sadiqdir. S.Qəribel bildirib ki, kitabda "ürəyimlə söhbət" silsiləsinə aid şeirlər yer alıb. Müəllif kitabın təqdimatı haqqında məlumat veriləcəyini də vurğulayıb. Dalidag.az

Onu bəzən gülə, bəzən günəşə, bəzən aya... dünyaya gözəlliklərlə yanaşı həyat bəxş edən nələrə bənzətmədilər ki... Ətirlidi, hərarətlidi, işıqlıdı, yaradandı... Bütün gözəlliklərin, şəninə yaraşdırılan ən şairanə adların boyu çatmayan bir adı var onun - QADIN! Tanrının cisminə, ruhuna biçdiyi ən mükəmməl ad. Bu gün onların günüdü. Mələklərin üzünə nəfəs üfürdüyü qadın, cənnətin ayaqlarına sərildiyi ana adını daşıyan varlıqların. Bir adı segi, bir adı eşq, bəzən anlaşılması çətin fəlsəfə, bəzən

"...Artıq həqiqət idi Qarşımda yeni dünya Bilirdim, Vətən qalıb, Məndən çox-çox uzaqda..." Dalidag.az gənc şair Eşqinin şeirlərini təqdim edir: SON ÜMİD Payız məni darıxdırır, İlahi! Qəribliyim sanki yenə qalıbdır. Sevinc addım-addım ötür yanımdan, Arzularım çiskin-çənə qalıbdır. Nə zalımmış bu ömrümü düzəldən, Bir ömür ki, düz çıxmayıb yüz əldən... Mənim bəxtim belə gəlib əzəldən, Sabahlarım min dünənə qalıbdır. Axı necə çıxım, gedim xoş yerə? Bəsdi ruhum, bəsdir, məndən düş yerə. Ümidləri
Yazı axını
 
 
 
29 / 04 / 2024