"Tanrı olmaq - yaratmaqla məhv etmək arasındakı məsafədir..." Dalidag.az Tural Turanın şeirlərini təqdim edir: *** Tanrı olmaq - özünə inanmaqdı, Tanrı olmaq - özünə aldanmaqdı... Tanrı olmaq - birinci özünü yaratmaqdı. Tanrı olmaq - təklikdən həzz almaqdı. Tanrı olmaq - bütün dillərdə başa düşməkdi... Tanrı olmaq - gücünü gücsüzlər üzərində sınamaqdı. Tanrı olmaq - qəlibə girməkdi... Tanrı olmaq - insan ömründə ölümsüzləşməkdi. Tanrı olmaq - tünd rənglərdən imtinadır. Tanrı olmaq - Son günə

Dalidag.az dahi Azərbaycan şairi Seyid Əzim Şirvani haqqında maraqlı faktları təqdim edir. Seyid Əzim Şirvani Seyid Məhəmməd oğlu Mir Cəfərzadə Şirvani 1835-ci il iyul ayının 10-da Şamaxı şəhərində Qalabazar məhəlləsində, ruhani ailəsində anadan olub. Ona babası Əzimin adını veriblər. *** Əzimin 7 yaşı olanda atası Seyid Məhəmməd vəfat etdiyinə görə, o, anasının himayəsində yaşayır. Daha sonra Dağıstanın Yaqsay kəndində yaşayan ana babası Molla Hüseyn qızını və nəvəsini yanına gətirir. Oğlu

Dalidag.az Xalq şairi Rəsul Rza ilə bağlı 8 faktı təqdim edir: 1. Rəsul Rza 1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində doğulub. Atası məşhur Məmmədxanovlar nəslindəndir. 2. O, atasını erkən itirdiyinə görə anasının və yaxın qohumlarının himayəsində böyüyüb. 3. Böyük bacıları Bakıda yaşadığı üçün 1930-cu ildə paytaxta köçüb. Burada məktəb yoldaşı və şair Abdulla vasitəsilə ədəbi aləmdə yaxşı tanınan Mikayıl Müşfiq, Süleyman Rüstəm, Mehdi Hüseyn, Səməd Vurğun, Mikayıl Rəfili, Əli Nazim,

Y ay fəsli təzə daxil оlmuşdu. Şəhərin havasının qəlizliyindən, tоzundan, zəhmətinin kəsrətindən bir qədər asudalaşmaq və yоrulmuş bədəni кöhnə halətinə gətirməк üçün kəndə rəvan оldum. Qəndablı кəndinin havası, ələlxüsus gecələri cümləyə məlumdur. Bu кəndin aydınlıq gecələri nə qələmlə və nə dillə vəsfə gələn deyil və məni кəndə çəкən ancaq оnun gecələrinin səfası idi.Gözəl gecələrin birində bir evin qabağında bir taxt qоyub bir tərəfində mən və bir tərəfində, imperatоr Birinci Niкоlayın

V axt nənəmi götürüb apardı, müharibə isə hələ də davam edir... Yaddaşımı qurdaladım, nənəmin boğçası çıxdı. Boğçadan rəngi qaçmış, dörd qatlanmış bir kağız tapdım. Kağızda kiril əlifbası ilə alt-alta bu sözlər yazılmışdı: ... Qarabağın ölüm tarixləri çoxdur... ... Qarabağ - bir ovuc torpaq da deyil... ... Qarabağ - Vətəndir, dağı-daşı, kolu-kosu, odu-ocağı, eli-obası, pisi-yaxşısıyla... Şuşa-Laçın əldən gedəndə baharın oğlan çağıydı. Bu vaxtlar Qarabağda qan qaynayır. Amma Xocalı qanımızı elə

Cəfər Cabbarlı 35 illik qısaca həyatında 35 insanın görə biləcəyi işi görüb Azərbaycan üçün. Yaşasaydı, daha nələr edə bilərdi… Və 35 illik həyatının hər anı elə şəhid həyatıdır. Bu düha qısnaqlar, sıxıntılar, əzablar, tənələr içində deyil, sakit, rahat həyat sürüb yaradıcılığı ilə məşğul olsaydı, qoyub getdiklərindən beş artıq əsər, iş qalardı ondan. Şair, nasir, dramaturq, ssenarist, teatrşünas, kinoşünas, tərcüməçi, jurnalist, aktyor, rejissor – daha hansı sahəni sığışdırardı o 35 illik

Sözün Allahı dedilər, magikanı dedilər ona. Mənsə sadəcə MUSA YAQUB deyirəm, SÖZ ADAM deyirəm. Adı bütün titullardan yüksəkdə duran, sözü söz ucalığına qovuşan, ruhundan sevgi ələnən Şairin 83 yaşı oldu bu gün. Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967) işləyib. ADU-nun filologiya fakültəsində qiyabi

"Sən çiçək ol... Amma solma, Mən ölüncə qoxulayım Ləçəyinin qoxusunu Cənnət gülü..." Dalidag.az Fərid Muradzadənin yeni şeirini təqdim edir: *** Sən dəniz ol... mən sahilin Ay ulduzlu, qar boranlı gecələrdə Asta-asta, çılğın-çılğın, dəli-dəli Ləpələri vur sinəmə Sənin həzin ləpələrin Şirin-şirin, nəğmə desin ürəyimə... Sən yağış ol... Göy üzündən narın-narın damlaların Qoy qarışsın göz yaşıma, Qoy islatsın yanağımı, Hərarətdən tir-tir əsən dodağımı, Qoy doldursun sənə həsrət qucağımı. Sən külək

"...Çətin sevinc tapar ömrüm, Bəsdi, nolar qurtar ömrüm... Gizlin - gizlin bahar ömrüm, Qərib qışlarda ağlarmış..." Dalidag.az Eşqin Məmmədovun yeni şeirlərini təqdim edir: *** Əzrail da, bekar qalıb, Day qocalıb, yad itirir. Saat da, əqərəblərində, Dərd aparıb, dərd gətirir. Acı- acı şirinliklər, Zil ucuna bəm calayır. Ulu karvan cığırları, Ah ağlayır, zar ağlayır. Axtarma o xoşbəxtliyi, Dünyanın heç harasında. Gəzir bədbəxt kişilərtək, Bir qadının arxasınca. İblislərə əl uzadır, Mələk olan o

Bu gün ulu yurdun ürəyi sayılan Şuşanın işğalından 28 il ötür. Bu 28 ildə Şuşa dərdini, göynəyini hərə bir cür yaşadı. Kimi dözüb, bir gün qovuşacağına ümid etdi, kimi dözməyib cismini torpaqlara tapşırdı. Ruhu didərgin oldu neçə-neçə qəribin. Qələm adamları yanğısını misralarla söndürməyə çalışdı,göynəyinə misra-misra sığal çəkdi...ağrıdı... Dalidag.az ayrı-ayrı müəlliflərin Şuşaya həsr olunmuş şeirlərini təqdim edir: BU GECƏ YUXUMA GİRMİŞDİ ŞUŞA Bu gecə yuxuma girmişdi Şuşa, Cabbar ağlayırdı,
Yazı axını