Reklam
"İlahi sözün möcüzəsi" - Məhəbbət Kəlbəcərlinin yeni kitabı barədə....
24-05-2024 13:37
Milli ruhumuzu sazın tellərində yaşadan, türkün böyüklüyünü çaldığı havalarda "dilə gətirən", sazı sinəsinə sıxaraq mizrabı simlərə toxundurub könlümüzün uçuşunu -Turan dünyasına yönləndirən, can evimizi ağappaq işıq selin bürüyən Məhəbbət Kəlbəcərli "Aşıq təcnis deməsən…" kitabıyla (Bakı, 2024) - cığalı təcnislərlə, təcnis gəraylılarla, bir sözlə, ürəyə təsirsiz ötüşməyən təcnislərlə görüşümüzə gəlib və xoş gəlib.
O, bu görüşüylə də əvvəlki görüşləri kimi sevincimizə sevinc qatmağı bacarıb, bizi sözün sehrində gah aşıq Ələsgər, gah Dədə Şəmşir dünyasında, gah da Azaflı Mikayıl, aşıq Əkbər dünyasında "gəzdirərək" ruhumuza sığal çəkə-çəkə, beynimizin qırışlarını sözlə aça-aça torpağa, yurd yerinə, vətənə daha qırılmaz tellərlə bağlaya bilib. Bizi fikir dünyasına qərq edərək dünyanın açılmayan sirlərilə üz-üzə qoyub və biz bu "sirləri" onun təcnislərində tapdığımıza sevinir, tapmayanda da ruhdan düşmürük, çünki Məhəbbət Kəlbəcərli ruh şairidir, könül adamıdır, eşq adamıdır və həm də Qorqud öyüdlü bir ağsaqqaldır. O, həm də dünyamızın dərviş şairidir, sufi şairidir. Onun dərvişliyi də, sufiliyi də eşq adamı, könül adamı olduğunu heç kimdən yox, qələmə aldığı və bizə ünvanladığı təcnislərdən öyrəndim.
Təcnislə "baş-başa" qalmaq, hər təcnisin hər misrasında gizlənmiş mənanı, fikri, fəlsəfi düşüncəni üzə çıxarmaq, arayıb-araşdırmaq, necə deyərlər, bu "dolaşıq kələfin" ucunu tapmaq üçün gərək dünya fəlsəfəsindən, dünya bilgilərindən az-çox xəbərdar olasan. Məhəbbət Kəlbəcərli həm öz fəlsəfi baxışlarını, fəlsəfi fikir və düşüncələrini sazda "gizlənən" milli qaynaqlardan alır, həm də aşıq elminə dərindən bələd olduğu üçün bildiklərinin üstünə dünya fəlsəfəsindən öyrəndiklərini də əlavə edib qələmilə möcüzələr yarada bilib. Bu möcüzələr onun inci kimi ipə-sapa düzülmüş təcnisləridir. Gəlin aşıq-şairin "Qəm şirə çəkdi" cığalı təcnisindən bu misralara diqqət yetirək:
Ürəyim bağlandı kaman telinə,
Naləsi nə dedi, görün ğeli nə?
Teldən salar…
Pərdədən, teldən salar.
"Payız" gəlib çatdımı,
Yolunu teldən salar.
Vaxtsız Məhəbbətin qumral telinə,
İllərin əliylə qəm şirə çəkdi!
Bu misralarda bir insan ömrü təsvir edilib. İnsanın yaz ömründən payız ömrünə qədərki vaxtı poetik sözün gücüylə təsvir edən şair az sözlə romanlara sığmayan fikri qələmə alıb. Payız - insan yaşa dolanda yolunu teldən salır, yəni insanın saçını ağardır,belini bükür, ömrün sonunun yaxınlaşdığını bəyan eləyir. İllərin əliylə qumral tellərə qəm şirə çəkir, qayğısız günləri qayğılı günlər, sevincli günləri kədərli günlər əvəz eləyir. Vaxt ötüşdükcə kaman telinə bağlanan gənclik eşqi, gənclik həvəsi də pərdədən, teldən düşüb əlçatmazlığa qərq olur. Bu, misralar adi misralar deyil, şeirlə yazılmış olum və ölüm haqqında fəlsəfi fikirlərdir.
Ustadcasına, aşıq Alı, aşıq Ələsgərcəsinə deyilmiş bu misraların fəlsəfi yükü ağırdır, çox ağırdır.Şairin təcnisləri dərdə, sevincə, təsəlliyə, təskinliyə çevrilir, ona görə də şeir olur. Bu təcnislər ürəyə o qədər yaxındır ki, ruhu o qədər doğmadır ki, sanki hər misranı sən özün yazıbsan, sən özün qələmə almısan. Bax, əsl şeir belə olur və şairin təcnislər toplusunda sözlərin tərpəndiyini, diri olduğunu, nəfəs aldığını yüz ildən sonra da görəcəklər. Görəcəklər ki, Məhəbbət Kəlbəcərlinin oxuculara ünvanladığı, ədəbiyyat xəzinəmizə ürəklə, cəsarətlə daxil etdiyi kitabları - eləcə də «Aşıq təcnis deməsən…» təcnislər toplusu bir günlük, bir aylıq, bir illik oxunmaq üçün deyil, əbədilikdir, günəş sönənəcən oxunmaq üçündür. Belə bir cinaslar toplusunun müəllifi xoşbəxt taleli şair deyilmi? Xoşbəxtliyi maddiyyatda yox, mənəviyyatda görən şairin bir təcnisinin qiyməti şah xəzinəsindən daha dəyərli deyilmi? Pul xərclənib qurtarar, dəyərini itirə bilər, amma Məhəbətin təcnisləri heç vaxt dəyərdən düşməyəcək, öz əhəmiyyətini, məna zənginliyini həmişə qoruyub-saxlayacaq və özü ilə bərabər şairi də yaşadacaqdır. Xalqın yaddaşında, sazın ruhunda yaşamaq hər kəsə qismət olan xoşbəxtlik deyil və hər şair də «təcnis meydanı»nda Məhəbbət Kəlbəcərli ilə üz-üzə gələ və bu misraları qələmə ala bilməz:
"Haq" dedim - gözümə barmaq uzandı,
Yalan doğru çıxjı, düzümdən mənim.
Şair təcnislərində təkcə özünü yaşatmır, həm də Aşıq Alının, aşıq Ələsgərin, Dədə Şəmşirin, Azaflı Mikayılın, aşıq Əkbərin… ruhunu yaşadır. Çünki onun təcnislərini oxuyanda o qüdrətli və ölməz sənətkarları da istər-istəməz xatırlamalı olursan.
Məhəbbət Kəlbəcərli sözün həqiqi mənasında söz adamıdır, sözə könül verən, sözlə nəfəs alan söz ustadının misraları sevgilə, məhəbbətlə, vətən həsrətilə, olum və ölümlə, insan iztirabları, insan qayğıları ilə…eləcə də xalqın dərdilə, kədərilə yüklənib. Bu yükün ağırlığını ürəyində gəzdirən şair yazdıqları ilə mənəvi təskinlik tapır, ruhən sakitləşir, yeri-göyü az qala yandıra biləcək odlu nəfəsi sözlərə, misralara hopub oxucuya böyük təsir göstərir, onun dünyasına nüfuz edir, onu dərin düşüncələrə qərq edir və oxucu hər misrada «gizlənən» mənanı, fikri tapmaq üçün filofsofsayağı fikrə gedir:
İfadə tərzinin gözəlliyi, obazlılıq və bədiilik Məhəbbət Kəlbəcərli şeirinin əsas xüsusiyyətlərindən biridir. Onun şeir dilinin məziyyətlərindən gələn poetik ifadələr şair sözünün qüdrətindən, mötəşəmliyindən xəbər verir:
Axır Məhəbbəti o gözlər əydi,
Toxundu qəlbimə göz "dəydi", gülüm!
Bu misraları oxuduğum zaman mənə elə gəldi ki, sevgi, məhəbbət haqqında bundan qüvvətli söz demək mümkün deyil.
Bəli, Məhəbbətin şeirlərində dəbdəbəli sözlərə, yersiz ifadələrə rast gəlmədim. Şairin misralara hopmuş hiss və duyğuları, fikir və düşüncələri şeirə bir gözəllik qatır, təravət və istilik gətirir.
Bədii sözdən bacarıqla istifadə edən şair misralarında sözlər inci kimi elə düzülüb ki, onların birinin yerini dəyişsək, bu nizam pozular və nəticədə məna da dəyişilər, fikir də.
Özünəməxsus ifadə tərzinə malik olan şairin şeirləri də özünəməxsus qəribə bir səmimiyyətlə səslənir. Şeirin gözəlliyi də elə onun səmimiyyətindədir.
"Aşıq təcnis deməsən…" təcnislər toplusunu düşünə-düşünə, hər misranın məna yükünü araşdıra-araşdıra oxudum və düzü, heyrətdən əllərim üzümdə qaldı. Məni heyrətləndirən şairin nadir poetik tapıntıları, nadir cinasları, cinaslı qafiyələri idi. Mən heyrətləndirən həm də şairin ustad aşıqlara məxsus ifadə tərzi, ifadə üslubu, tanıdığım təcnis ustalarından heç də geridə qalmaması, əksinə onlarla bir sırada, həm də birinci sırada dayanması oldu.
Görəsən, bu misraları aşıq-şair Məhəbbət Kəlbcərdən savayı kim yaza bilər?
Mənim işim sənlə deyil, bağladı,
Zəncir zülfün divanə tək bağladı.
Sənin həsrətinlə «kitab bağladı»,
De, duydunmu Məhəbbət tək yazarı?
Məhəbbət tək yazarı duymaq üçün öncə gərək aşıq Ələsgəri, Dədə Şəmşiri, aşıq Əkbəri… duyasan!
Bu misraları yazmaq üçün gərək aşıq Ələsgər ruhunu öz ruhunda daşıya biləsən. Bu, hər şairə qismət olan işdirmi? Hər halda bu qismət Məhəbbətin payına düşüb və bu gözəl tale payına görə şair Tanrıya şükür eləməsin, bəs neyləsin?!
"Aşıq təcnis deməsən…" təcnislər toplusunu hər şairin, hər aşığın, aşıq ədəbiyyatı ilə məşğul olan hər bir tədqiqatçının, folklorşünasın, bir sözlə, saza-sözə könül verən hər kəsin stolüstü kitabı olacağına ürəkdən inanıram. Bu inam ürəyimdə şairin ilk təcnisinin ilk misralarını oxuyan zaman yarandı və kitabı oxuyub başa vurandan sonra bu inam daha da möhkəmləndi. Elə bu inamla da Məhəbbət Kəlbəcərliyə üzümü tutub deyirəm: "Azərbaycan aşıq ədəbiyyatı xəzinəsini qiyməti olmayan incilərlə - təcnislərlə daha da zənginləşdirdiyinə görə sağ olun! Sağ olun ki, varsınız! Sizin varlığınız elə aşıq ədəbiyyatının varlığı deməkdir. Aşıq ədəbiyyatı dünya var olduqca yaşayacaq və deməli, siz də yaşayacaqsınız…".
Hüseyn İsaoğlu,
AYB-nin və AJB-nin üzvü,
yazıçı-publisist.

Kateqoriya: Poeziya-nəsr
Tarix: 24-05-2024 13:37
Baxış sayı: 2317
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02