Reklam
Mahir Mehdi: "Mənə bir kətan ver, şeir çəkməyə..." -ŞEİRLƏR
03-12-2019 22:17
"...Uzun oldu bu qafaya
fikirlərin ən qısası.
Yazdığın
beş - altı şeir
sözlərin abort masası..."
Dalidag.az Mahir Mehdinin şeirlərini təqdim edir:
Noyabrlı dərs
Susduqlarımın
açması
qədim çin heroqlifi.
Kəsilib dörd
üzündən də,
keçmədim bu sinifi.
İrəli çəkildi geri,
qıraq qopdu ortadan.
Kağız bir eşq quşu
uçdu
ortaya dal partadan.
Sözsüz oxuduq,
qurtardı
son dərsin son bölümü.
Hər gün yaşayıb,
özümə
öyrəşdirdim ölümü.
Çölü birləşdirib içə,
iki ömrü
bir sürdüm.
Əzbərləyib yerişini,
səni zildən
yüyürdüm...
***
.. Gecənin içində
son şəhər,
şəhərdə sonsuz mən...
Məndə dolu bir sükut,
sükutda susdurulmuş
qışqırıq -
qırıq - qırıq...
Qışqırıqda axsayan yol,
yolda
yüyürə - yüyürə
arxamca səpələnən
məğlub baxışlar,
lampasız işıq dirəkləri
və gecələməyə
yer gəzən yağışlar...
***
... Dekabr belə başladı -
səssiz - küysüz,
dəvətsiz - fılansız
doldu otağa.
Boyayıb hər şeyi
qış rənginə,
qar ritminə
oturtdu səsimi...
Əynimə çəkib
söz gödəkçəsini,
özgə bədəndə,
dikdaban bir ümidlə
pillələri üç - üç enib,
küçə işıqlarından
girdim gecəyə -
dekabra...
***
... Burda hər kəs
bir adamın
kopyasıdı, əsli deyil.
Bu boş ömrü
məndən qabaq
kimsə işlədib elə bil.
Sevgi, min birin içindən
birində üzünü bulmaq.
Çətin peşəymiş
hər dəfə
yuxudan durub
mən olmaq...
Barmaqlarım
sevə - sevə
tapdı zəif yerlərini.
İlk dəfə ayaqlarında
yüyürdüm
şeirlərimi...
Bircə giriş qalıb mənə,
yoxdu
çıxışım - fılanım.
Nəyim varsa, üstümdədi,
götür,
özüməm olanım.
***
...Hərdən
mənim dilimdə danış,
yürü ayaqlarımla,
gözlərimdən gör.
Hərdən də
təpədən - dırnağacan
əvəz elə -
sev,
düşün,
yaşa yerimə.
Dolu saxla məni...
***
... Əvvəlki şəklini tərk eləyəsən,
yerinə yuxudan başqası dura.
Köhnəni dəyişib
təzə baxışla,
ayrı bir adamda
dönəsən bura...
Sevəcəyin
üzü yapasan
özün:
uzun yox, cəmisi ikicə sətir,
Şeirləri daha sən yazmayasan,
səni şeirlərin yazalar bir - bir...
Baxıb çoxaldıqca gördüklərində,
kecəsən ən uzun
sıfırlı saya.
satıla biletlər bütün günlərə,
dolasan, özünə yerin qalmaya...
***
...Ayağın
yola dartılıb,
uzandı qulağın səsə.
Sayıb çoxaltdın üzünü,
demədim,
səni heç kəsə.
Uzun oldu bu qafaya
fikirlərin ən qısası.
Yazdığın
beş - altı şeir
sözlərin abort masası.
İşıqlaşdı hər yan gecə,
qaranlıq
açıldı səhər.
Sözlərin boyda kiriyib,
danışdın
sükutun qədər.
... Yığışdır,
olanlarını
bir - bir elə özünə cəm.
Ayaqlarımı geyinib,
ötür məni
özüməcən...
***
... Olmayan bir şeyi
qəfil itirmək qorxusudu
qorxun.
Sevgin sevirmiş kimi görünmək.
Yaşamağın
minillik bir ölünü diriltməkdi
hər gün,
hər gecə...
Görməkçün baxmağa
ehtiyac duymadın,
hiss etməklə
kifayətləndin həmişə.
Çatmadın,
heç vaxt
bəs eləmədin özünə...
***
...Çıxarıb
gecə donunu
çökdü
diz üstdə səhər.
Ən yüngül çəkidə belə,
ağır oldu bu xəbər.
İki cümlə əvəzinə,
çaşıb yüz söz danışdım.
Nə yalan söyləyə bildim,
nə də ki,
düz danışdım.
Ayaqlar durub
yüyürdü
irəliyə gerini.
Yerdə özüm qalanacan
soyundum
söz dərimi.
Sərxoş olub, vərəqlərim
kəlmə - kəlmə uğundu.
Bu roman
yazdığım deyil,
sənin oxuduğundu...
***
... Keşik çəkib
hər üzünə,
qaldı oyaq dörd tərəfin.
Özünü güzgüdə görüb,
qəşş elədi dərd tərəfin.
Axıb,
qoşuldun beynimə
çölümdəki nazik simdən.
Üfürüb gətirdim nitqə,
formalaşdın
nəfəsimdən.
Enişini,
şərhsiz - zadsız,
anlaya bildim bir təhər.
Doldun yerdə qalanıma
anlamının həcmi qədər.
Çəkisizlikdən qurtulub,
qayıtdın Yer sürətinə.
Ayrı şəkildəydin,
səni
saldım qadın surətinə...
***
...Büründüyü deyil...
Göründüyü də deyil
adam təkcə.
Bir az yuxarıdı,
bir az aşağı.
Doğulmasa yaxşıdı...
...Ayılır,
doğulanda ayrılır bütövlüyündən,
ancaq bir şey gəlmir
əlimizdən.
Yol qurtarır
yaşamağın yolunu tapanda,
hislər ayrı şəklə düşür yazılanda,
olmuşlar olmamış kimi
gəlir adama.
Yer də dəyişir yerini
günahlar öz küncünü tapmayanda.
Ən günahsız gün
yaşanılmamış gündü.
Yaşamağa,
günaha batmağa dəyər.
Bağışlanmağın
sevincini,
dadını,
ləzzətini yalnız
günahkar yaşaya bilər.
Suç işləmədən
Allaha əl açanda
ibadətin də ləzzəti,
dadı olmur.
Olmayanın adı olmur...
İzaha nə ehtiyac?
Olmur,
doğulmayanın davamı,
ardı olmur...
Necə olum?..
Gördüyün hələ
gördüyün deyil.
Qəbul olunmayan duaların
səbəbi bizdədi,
dərindədi.
Gördüyün
görmədiyindədi, sonum...
***
...İki səsə oturmayıb,
yarıda kəsildi duet.
Rəngimin
yüz çalarından
diş ağartdı bu portret.
Dəyişdi
vurğunun yeri,
suala çevrildi nida.
Çatışmayan sözü bulub,
qoydum yerinə:"Əlvida".
Keçib paralel məqama,
yox oldu saat qurşağı.
Adım şeir məhləsinin
ən tərs
ortalıq uşağı.
Bu avqust
cəhənnəminə
gəlişim yolka bayramı.
Seçildim vaxt çoxluğuyla
ilin zamansız adamı.
Cəm olammadım
bir küncə,
hər şeyi tək-tək istədim.
Hamıdan
fərqlənim deyə,
yazdım,
görünmək istədim.
KARNAVAL TERAPİYASI
Yıxılıb, o biri ÜZümdə qalxdım,
bu ÜZdən düşməyin gəldi sırası.
Ən uzaq şəhərsən yaxınlığında,
mən də səndən
keçən ŞƏHƏRARASI...
Yaman oyunbazam, səndən də betər,
hər gün yerişimdə düşürəm itgin.
Çıxar, at əynindən, oynama məni,
geyin, öz dərini
dostum ARLEKİN.
Bir üzdə görükür məndə min sifət,
öz qatında deyil, bu bədəndə baş.
Əlçatmaz oluram
yaxınlaşdıqca,
çatmaq istəyirsən, bir az uzaqlaş.
Toxun, hər köşəmə, ÇİNlilər kimi
hissə-hissə ayılt, bir də iynələ.
TƏRPƏT MƏNİ,
OYAT, YATAN NÖQTƏDƏ,
bəlkə də ayıldım, yenə cəhd elə...
Bir toxunuş yetər, bir baxış bəsdi,
bu bədəni dartıb, söz-söz sökməyə.
Yerləşə bilmədim bu vərəqlərə,
mənə bir kətan ver,
ŞEİR ÇƏKMƏYƏ....
***
...Ayrı adamam
görəndə,
görükəndə başqası.
Geyindiyim bu boş sifət
arxasız söz maskası.
Küçələr bircə kəlməlik
uzun,
absurd tamaşa.
Uşaqlığım məni keçib,
yetdi durduğum yaşa.
Hamı girdi boşluğuna,
çatdı çatışmayanlar.
Bu birotaqlı bədəndə
məndən başqa,
hər şey var.
Ütüləyib qırışını,
sözlərdə qaldım diri.
Sürə bilmədim
bu ömrü,
saxlayıb, verdim geri.
Anladım
heç nə bilmədən,
olanacan yaşadım.
Özümü bütöv alsam da,
hissə - hissə boşadım.
Mahir Mehdi
Dalidag.az
fikirlərin ən qısası.
Yazdığın
beş - altı şeir
sözlərin abort masası..."
Dalidag.az Mahir Mehdinin şeirlərini təqdim edir:
Noyabrlı dərs
Susduqlarımın
açması
qədim çin heroqlifi.
Kəsilib dörd
üzündən də,
keçmədim bu sinifi.
İrəli çəkildi geri,
qıraq qopdu ortadan.
Kağız bir eşq quşu
uçdu
ortaya dal partadan.
Sözsüz oxuduq,
qurtardı
son dərsin son bölümü.
Hər gün yaşayıb,
özümə
öyrəşdirdim ölümü.
Çölü birləşdirib içə,
iki ömrü
bir sürdüm.
Əzbərləyib yerişini,
səni zildən
yüyürdüm...
***
.. Gecənin içində
son şəhər,
şəhərdə sonsuz mən...
Məndə dolu bir sükut,
sükutda susdurulmuş
qışqırıq -
qırıq - qırıq...
Qışqırıqda axsayan yol,
yolda
yüyürə - yüyürə
arxamca səpələnən
məğlub baxışlar,
lampasız işıq dirəkləri
və gecələməyə
yer gəzən yağışlar...
***
... Dekabr belə başladı -
səssiz - küysüz,
dəvətsiz - fılansız
doldu otağa.
Boyayıb hər şeyi
qış rənginə,
qar ritminə
oturtdu səsimi...
Əynimə çəkib
söz gödəkçəsini,
özgə bədəndə,
dikdaban bir ümidlə
pillələri üç - üç enib,
küçə işıqlarından
girdim gecəyə -
dekabra...
***
... Burda hər kəs
bir adamın
kopyasıdı, əsli deyil.
Bu boş ömrü
məndən qabaq
kimsə işlədib elə bil.
Sevgi, min birin içindən
birində üzünü bulmaq.
Çətin peşəymiş
hər dəfə
yuxudan durub
mən olmaq...
Barmaqlarım
sevə - sevə
tapdı zəif yerlərini.
İlk dəfə ayaqlarında
yüyürdüm
şeirlərimi...
Bircə giriş qalıb mənə,
yoxdu
çıxışım - fılanım.
Nəyim varsa, üstümdədi,
götür,
özüməm olanım.
***
...Hərdən
mənim dilimdə danış,
yürü ayaqlarımla,
gözlərimdən gör.
Hərdən də
təpədən - dırnağacan
əvəz elə -
sev,
düşün,
yaşa yerimə.
Dolu saxla məni...
***
... Əvvəlki şəklini tərk eləyəsən,
yerinə yuxudan başqası dura.
Köhnəni dəyişib
təzə baxışla,
ayrı bir adamda
dönəsən bura...
Sevəcəyin
üzü yapasan
özün:
uzun yox, cəmisi ikicə sətir,
Şeirləri daha sən yazmayasan,
səni şeirlərin yazalar bir - bir...
Baxıb çoxaldıqca gördüklərində,
kecəsən ən uzun
sıfırlı saya.
satıla biletlər bütün günlərə,
dolasan, özünə yerin qalmaya...
***
...Ayağın
yola dartılıb,
uzandı qulağın səsə.
Sayıb çoxaltdın üzünü,
demədim,
səni heç kəsə.
Uzun oldu bu qafaya
fikirlərin ən qısası.
Yazdığın
beş - altı şeir
sözlərin abort masası.
İşıqlaşdı hər yan gecə,
qaranlıq
açıldı səhər.
Sözlərin boyda kiriyib,
danışdın
sükutun qədər.
... Yığışdır,
olanlarını
bir - bir elə özünə cəm.
Ayaqlarımı geyinib,
ötür məni
özüməcən...
***
... Olmayan bir şeyi
qəfil itirmək qorxusudu
qorxun.
Sevgin sevirmiş kimi görünmək.
Yaşamağın
minillik bir ölünü diriltməkdi
hər gün,
hər gecə...
Görməkçün baxmağa
ehtiyac duymadın,
hiss etməklə
kifayətləndin həmişə.
Çatmadın,
heç vaxt
bəs eləmədin özünə...
***
...Çıxarıb
gecə donunu
çökdü
diz üstdə səhər.
Ən yüngül çəkidə belə,
ağır oldu bu xəbər.
İki cümlə əvəzinə,
çaşıb yüz söz danışdım.
Nə yalan söyləyə bildim,
nə də ki,
düz danışdım.
Ayaqlar durub
yüyürdü
irəliyə gerini.
Yerdə özüm qalanacan
soyundum
söz dərimi.
Sərxoş olub, vərəqlərim
kəlmə - kəlmə uğundu.
Bu roman
yazdığım deyil,
sənin oxuduğundu...
***
... Keşik çəkib
hər üzünə,
qaldı oyaq dörd tərəfin.
Özünü güzgüdə görüb,
qəşş elədi dərd tərəfin.
Axıb,
qoşuldun beynimə
çölümdəki nazik simdən.
Üfürüb gətirdim nitqə,
formalaşdın
nəfəsimdən.
Enişini,
şərhsiz - zadsız,
anlaya bildim bir təhər.
Doldun yerdə qalanıma
anlamının həcmi qədər.
Çəkisizlikdən qurtulub,
qayıtdın Yer sürətinə.
Ayrı şəkildəydin,
səni
saldım qadın surətinə...
***
...Büründüyü deyil...
Göründüyü də deyil
adam təkcə.
Bir az yuxarıdı,
bir az aşağı.
Doğulmasa yaxşıdı...
...Ayılır,
doğulanda ayrılır bütövlüyündən,
ancaq bir şey gəlmir
əlimizdən.
Yol qurtarır
yaşamağın yolunu tapanda,
hislər ayrı şəklə düşür yazılanda,
olmuşlar olmamış kimi
gəlir adama.
Yer də dəyişir yerini
günahlar öz küncünü tapmayanda.
Ən günahsız gün
yaşanılmamış gündü.
Yaşamağa,
günaha batmağa dəyər.
Bağışlanmağın
sevincini,
dadını,
ləzzətini yalnız
günahkar yaşaya bilər.
Suç işləmədən
Allaha əl açanda
ibadətin də ləzzəti,
dadı olmur.
Olmayanın adı olmur...
İzaha nə ehtiyac?
Olmur,
doğulmayanın davamı,
ardı olmur...
Necə olum?..
Gördüyün hələ
gördüyün deyil.
Qəbul olunmayan duaların
səbəbi bizdədi,
dərindədi.
Gördüyün
görmədiyindədi, sonum...
***
...İki səsə oturmayıb,
yarıda kəsildi duet.
Rəngimin
yüz çalarından
diş ağartdı bu portret.
Dəyişdi
vurğunun yeri,
suala çevrildi nida.
Çatışmayan sözü bulub,
qoydum yerinə:"Əlvida".
Keçib paralel məqama,
yox oldu saat qurşağı.
Adım şeir məhləsinin
ən tərs
ortalıq uşağı.
Bu avqust
cəhənnəminə
gəlişim yolka bayramı.
Seçildim vaxt çoxluğuyla
ilin zamansız adamı.
Cəm olammadım
bir küncə,
hər şeyi tək-tək istədim.
Hamıdan
fərqlənim deyə,
yazdım,
görünmək istədim.
KARNAVAL TERAPİYASI
Yıxılıb, o biri ÜZümdə qalxdım,
bu ÜZdən düşməyin gəldi sırası.
Ən uzaq şəhərsən yaxınlığında,
mən də səndən
keçən ŞƏHƏRARASI...
Yaman oyunbazam, səndən də betər,
hər gün yerişimdə düşürəm itgin.
Çıxar, at əynindən, oynama məni,
geyin, öz dərini
dostum ARLEKİN.
Bir üzdə görükür məndə min sifət,
öz qatında deyil, bu bədəndə baş.
Əlçatmaz oluram
yaxınlaşdıqca,
çatmaq istəyirsən, bir az uzaqlaş.
Toxun, hər köşəmə, ÇİNlilər kimi
hissə-hissə ayılt, bir də iynələ.
TƏRPƏT MƏNİ,
OYAT, YATAN NÖQTƏDƏ,
bəlkə də ayıldım, yenə cəhd elə...
Bir toxunuş yetər, bir baxış bəsdi,
bu bədəni dartıb, söz-söz sökməyə.
Yerləşə bilmədim bu vərəqlərə,
mənə bir kətan ver,
ŞEİR ÇƏKMƏYƏ....
***
...Ayrı adamam
görəndə,
görükəndə başqası.
Geyindiyim bu boş sifət
arxasız söz maskası.
Küçələr bircə kəlməlik
uzun,
absurd tamaşa.
Uşaqlığım məni keçib,
yetdi durduğum yaşa.
Hamı girdi boşluğuna,
çatdı çatışmayanlar.
Bu birotaqlı bədəndə
məndən başqa,
hər şey var.
Ütüləyib qırışını,
sözlərdə qaldım diri.
Sürə bilmədim
bu ömrü,
saxlayıb, verdim geri.
Anladım
heç nə bilmədən,
olanacan yaşadım.
Özümü bütöv alsam da,
hissə - hissə boşadım.
Mahir Mehdi
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 03-12-2019 22:17
Baxış sayı: 32 126
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23