Reklam
Nazilə Gültac- Stabilizator(Hekayə)
17-11-2019 19:29
Dalidag.az Nazilə Gültacın bir hekayəsini təqdim edir:
STABİLİZATOR
Evdəki 200 manatı pəncərənin ağzındakı jurnalın altından götürüb çantasına qoydu. Pulunu həmişə o jurnalın arasına niyə qoyurdu, özü də bilmirdi. Evdə ən güvəndiyi, ona yaxın olan o jurnal idi. Ondan başqa o jurnalı heç kim oxumurdu. Ucqar bir məhəllədə yaşayırdı.
Əynini geyinib evdən çıxdı. Sədərək ticarət mərkəzinə gedən avtobusa mindi. Düsunurdü ki, 120 manata stabilizator, özunə də ucuz bir çəkmə alar. Havalar soyumusdu. Ayağındakı ayaqqabı yay ayaqqabısı idi. Ticarət mərkəzinə gedən avtobusun içi çox köhnə və çirkli idi. Adamlar bir-birinə pərçim olmusdu, gedən çox idi. Hamı da ümid edirdi ki, oradan istədiyini ucuz alar. Gəlib ticarət mərkəzinə çatdı.
Burada nələr yox idi. Nə istəsən tapmaq olardı. Baxdı ki , 2 man 50 qəpiyə əl-üz dəsmalı var. Yadına düşdü ki, təzə dəsmal qalmayıb evdə, işlədib. İki ayrı – ayrı rəngdən bir cüt aldı. Əsas məqsədi stabilizator almaq idi. Məhəllədə işıq çox zəif idi. Soyuducu, kondinsioner işləyə bilmirdi. Kondinsioneri kreditlə yeni almışdı. Qorxurdu mühərriki yanar, işləməz. Ona görə də evdəki son yemək pulunu götürüb gəlmişdi.Təsərrüfat malları satılan tərəfə keçdi. İlk qarşısına çıxan mağazaya girdi, soruşdu. Satici oğlan ona yanaşaraq, hansından istədiyini öyrənmək istədi.
Bildirdi ki, 5000 kvt olandan lazımdır.
Oğlan,- eləsinin qiyməti 220 manatdır,-dedi.
Məəttəl qaldı. İcində narahatlıq yarandı. Basqa marka yoxdurmu? Bir az ucuz, -deyə tərəddüdlə dilləndi.
-Xala, ən yaxşısı budur, mis dolaqlı, iki mühərrikli. İsiq 150-yə düşəndə 220-yə yüksəldir. Bir sıra əlavə üstünlüklərindən də dəm vurdu.
Qoy bir o biri mağazalara da dəyim-deyib çıxdı. Böyük mağazalarda nələr yox idi.
Gözqamaşdıran çilçıraqlar, bahalı qablar, servislər, guldanlar, televizorlar. Daha nələr, nələr. Butun bunları gördükcə içində balacalaşdı, qəmginləsdi. Hec bir vaxt bunlardan ala bilməyəcəyini düşündü. Kövrəldi. Kasıb evini gözünün önünə gətirdi, özünün ucuz geyiminə baxdı. Fikirləşdi ki, bu stabilizator da nə qədər bahaymış. Necə etsin?
Bir neçə mağazaya da baş vurdu.180 -220 manatliq stabilizatorlara xeyli baxdı, düşündü, daşındı. Qəti bir qərar verə bilmədi. “Alaram, birdən keyfiyyətsiz olar, birdən aldadarlar. Ən yaxşısı oğlum gəlib özü seçsin”. Qanıqara halda mağazadan çıxdı. Artıq yorulmuşdu. Cibindəki 190 manatı da bərk -bərk tutub avtobus dayanacağına tərəf getdi. Çəkmə də almadı, yəqin o da baha olar, -dedi. Avtobusa mindi, yungulləsdi. Bu böyük, zəngin bazarda özünü çox cılız və yoxsul hiss etmişdi. Aldığı iki dəsmalla avtobusun arxa qoltuqlarının birində oturdu. Ətrafına göz gəzdirdi. Əyin başları özü kimi olanlara baxdı. Xeyli baxdı. Dəsmalları sinəsinə sıxıb gözlərini yumdu...
Nazilə Gültac
Dalidag.az

Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 17-11-2019 19:29
Baxış sayı: 3786
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02