Reklam
Günəbaxanın insanla söhbəti- Düşündürücü hekayə
15-11-2019 10:36
Günlərin bir günü Günəbaxan insanla söhbətə başlayır. Günəbaxan:"Mən gün işığından ilham alıb böyüyürəm, bəs sən?"İnsan:"Mən Allahın rəhmət və mərhəmətindən ilham alıb mənən yüksəlirəm."
Günəbaxan:"Əgər gündən üz çevirərəmsə, kimsə mənə günəbaxan deməz. Əkinçi toxumu yerə basdırdıqda onun böyüyüb günü tapacağına əmin olar və mən günü heç nə ilə səhv salmaram."
İnsan(təəssüflə):"Mən də Allahın əzəmətli varlıq olduğuna əmin olar, lakin Onu Ondan qeyri varlıqla səhv salaram"
Günəbaxan:"Mən yalnız günü sevər və onun işığına ümid bəsləyərəm."
İnsan(xəcalətli halda):"Mən isə Allahdan qeyrisinə də ümid bəsləyərəm."
Günəbaxan:"Mən gün işığı ilə cücərib yerdən boy verər, gün işığı ilə inkişaf edər, gün işığı ilə də solub gedərəm."
İnsan(utanaraq):"Mən Allahın nuru ilə dünyaya gələrəm, amma öz günahlarım ilə axirətimi zülmətə qərq edərəm."
Günəbaxan:"Mən günlə yaşayaram."
İnsan:"Mən Allahla yaşayaram."
Günəbaxan:"Zülmət məni məhv edər."
İnsan:"Məni isə günahlarım."
Günəbaxan:"Mən aradakı məsafəni işıqla qısaldaram, bəs sən?"
İnsan bir söz deyə bilmir. O, günəbaxanı əlinə alıb iyləyir. Allahın qoxusunu hiss edir. Günəbaxanın dediyi son sözlər qulağında sırğa olur. "Mənim adım çəkiləndə hamının yadına gün düşür. Bəs sən insanın adı çəkiləndə necə? İnsan deyildikdə kimsənin yadına Allah düşürmü?"
Bu sözləri eşitdikdə insan Allahdan xəcalət çəkir, üzünü günə tərəf tutub ağlayır.
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 15-11-2019 10:36
Baxış sayı: 31 221Yazı axını
06 / 11 / 2025
06 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
03 / 11 / 2025
03 / 11 / 2025
01 / 11 / 2025
01 / 11 / 2025
31 / 10 / 2025
30 / 10 / 2025
30 / 10 / 2025
29 / 10 / 2025
29 / 10 / 2025
28 / 10 / 2025
28 / 10 / 2025
27 / 10 / 2025
27 / 10 / 2025
26 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
23 / 10 / 2025
23 / 10 / 2025
22 / 10 / 2025
Ən çox oxunanlar




























