Reklam
Sarıtorpaq şeirləri Dali tablolarına kommentlərdir - Famil Museyibov yazır
28-04-2021 21:23
Famil Museyibov
Famil Museyibov
Dalidag.az
Tanıdığım qələm, Söz, təfəkkür adamlarından heç kimə bənzədə bilmədiyim, digər tanıdığım(!) düşüncə, talant sahiblərindən olmayan, kimsəyə oxşada bilmədiyim, çox sevdiyim, əslində, özümün də yetərincə dərk edə bilmədiyim, ancaq Sözdən qurduğu möhtəşəm bir qalanın əzəməti önündə heyran qaldığım ZAHİD SARITORPAQ haqqında oxucu sözü demək istəyirəm. Amma, mənim buna mənəvi haqqım yoxdur. Zirvəyə məftun olmaq, vurulmaq olar. Amma onun ucaliq və əzəmətinin mahiyyətinə vara bilmək, hətta layiqincə tərənnüm etmək üçün özün də qənşər yüksəklikdə durmalısan, ən azından özün də bir təpə hündürlüyünda olmalısan!...
Dedim axı, Sarıtorpağı mən özüm anlamaq dərəcəsində deyiləm. O, başı buludlarda gizlənən bir zirvədir. O zirvəni bütün əzəmət və gözəllikləri ilə seyr etmək üçün, Homerdən buyana minlərlə dahidən xəbərin olmalıdır. Yeddi müdrikdən tutmuş, qədim Yunan filosoflarına, şərq dühalarına, xüsusən Füuli poeziyasının ecazına aşiq olmağı bacarmalısan! Dante, Petrarka, Balzak, Hüqo, Tolstoy, Dostoevski... və yüzlərlə ilahi təfəkkür sahibləri ilə, dünya ədəbiyyatı tarixinin SÖZ məbədində əbədi möhtəşəm dayanan yüz ölməz Şairə sevgilərlə itaətdə olmağı bacaran könlün olmalıdır....
Sarıtorpağın poetik, fəlsəfi könül əsintiləri ilə baş-başa qalarkən, istəsəm də, istəməsəm də, xəyal və təsəvvürlərim Salvador Dali tabloları ilə assoasiya olaraq, məni daha ecazkar, daha tilsimli bir aləmə sürükləyir. Hə, hə, məhz yaxamdan tutub sürükləyur! Bu aləm bir az da mücərrəddir!
Amma, gözəldir! O qədər gözəldir ki, bu sirli, aləmin tapmacalarını yozmaqdan öncə, hər şeyi könlünə köçürmək istəyirsən...
Ha çalışıram, anlaya bilmirəm:
—Salvador tablolarımı ilüstrasiyadır Sarıtorpaq şeirlərinə, yoxsa əksinə, Sarıtorpaq şeirləri Dali tablolarına kommentlərdir?...
Zahid SarıtorpaqHər iki sənətkarın böyüklüyüdür ki, onların intəhasız dədii təxəyyülləri daha dərin qatlarda qəffaslıq edir, daha uca ənginliklərdə cövlan edir ki, sıradan biri olan bizlərə o qüdrət və rüsxət verilməyib...
(Tanrının biz cılızlara verdiyi istedad yalnız ondan ibarətdir ki, təkcə özümüzü görək, özümüzə vurulaq, özümüzdən müştəbeh və məmnun olaq, özümüzü reklam edək, gözə soxaq, təriflətdirək...
Azərbaycanda on minlərlə şair var. Şair olmayan yoxdur, xalqımız şair xalqdır. Təkcə Kəlbəcərdə on minlərlə şair var.
Sücaətin, Bəhmənin, Məmmədin, Ənvərin... ucalığına yüksələsi deyilsənsə, gardaş, get özünə peşə tap. Şeir yazmaq hər kəsin haqqıdır, hamımız yazırıq, amma dəbdəbəli, təmtəraqlı təxəllüslərlə kitab çap etdirənlər, əndazəsiz iddialarla özünü dağ başında təsəvvür edənlər, sosial şəbəkələrdə əttökən, bayağı, savadsız şeir quraşdıranlar özlərinə hörmət goymalı, sənətə və sənətkara sayğılı olmalldır.
(Temadan çıxdığım üçün məzur tutun. Və hər bir talantlı yazara, qələmə, sözə müqəddəs baxan, Sözə ehtiramlı olan qələm əhlinə sevgilər, sayğılar olsun! Bu günkü Kəlbəcər poeziyasında da dəyərli nümunələr yaradan, yetkin, olduqca istedadlı şairlərimiz var. Hər birinə sayğı və salamlar olsun!)
Qayıdağ Sarıtorpaq dünyasına.
O, mənə elə gəlir ki, özu yer adamı olsa da, könlünü, gözünü, götürüb səmalara çəkilmiş, söz qalasını da göylərdə yapmış müdrik bir sahibi-hikmətdir. Parnas da onun ayaqları altındadır (Parnas “altımdadır, ən uca zirvədə mən...”) Peqası da özünə ram edən bu poeziya adamı göylərdən boylanır Yerə. Yer də, gözünün önündə bütün gözəllikləri və faciəvi təfərrüatları ilə fırlanmağında, nazlı bir mələk kimi əl eləməyində... Oğulsan , görə bilmə bu tərsinə axan zamanları, mahiyyətləri, mənaları... Çərxin minbir oyununa tamaşa eləyə bilmə, gəl!...
Mən bilə bilmərəm, Sarıtorpaq nə dərəcədə anlayır özünü... Fələyin sərsəmliyindən nə qədər “sərməst olsa da, idrak etmədədir dünya nədir!” Ona görə Sarıtorpaq Sözündə əbədinin-əzəlin minbir cavabsız sualına cavab axtarmadayıq. Oxucu düşünürsə, düşünə bilirsə, düşünməyə sövq edilirsə, möhtəşəm, nə möhtəşəm!
Söz adamının qayəsi—düşündürməkdir! Cəmiyyətı cahillikdən düşündürmək xilas edə bilər...
Düşünmək, heyran olmaq, Sözün qüdrərinə vurulmaq, Sözün cazibədar tilsimində sehrlənmək istəyənlər Zahid bəy Sarıtorpağın təxəyyül dünyasına, fəlsəfə, poeziya gülüstanına baş vursunlar.
Dahilər hamı kimi düşünmürlər, hamı kimi yazmirlar. Çox vaxt özləri də ozlərini anlamlrlar. Qəribədir ki, XX əsrin ən böyük dühalarından sayılan Salvador Dali özü səmimi etiraf edir ki, çəkdiyi tabloların məna və izahını heç özü də anlamır...
Və beləcə, nə yazdığımı və niyə yazdığımı dərk etmədən, bu rabitəsiz fikirlərimi bölüşməklə, Zahid bəyə, onun qələminə, sözünə, varlığına şad olmağımı ifadə etmək idi. İstedadlı, xeyirli, cəmiyyət üçün gərəkli adamlardan sevginizi gizləməyə çalışmayın.
Famil Museyibov
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 28-04-2021 21:23
Baxış sayı: 3672
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02