Reklam
"Müqəddəsdir, baş əyək bu torpağa, bu daşa!.."- Vaqif Hüseyinoğlu
09-12-2020 11:56
Dalidag.az Kəlbəcərli şair Vaqif Hüseyinoğlunun Qələbə sevincini ifadə edən fikirlərini və şeirini təqdim edir:
Gözünüz aydın olsun, əziz xalqım və bütün azərbaycanlı xalqlarımız, hər an bizə mənəvi dayaq olan QARDAŞLARIMIZ !..
Gözünüz aydın olsun, iki böyük döyüş cəbhəsinin birində təkbaşına, rəşadətlə döyüşən ölkə rəhbərimiz, digərində isə sıravi əsgər, zabit və genrallarımız və bütün döyüş iştirakçılarımız!..
Gözünüz aydın olsun, xalqıma minlərlə şir ürəkli övladlar bəxş edən ANAlar, onları bələyib, böyüdən əllərinizdən öpür və qarşınızda baş əyirəm!..
Gözünüz aydın olsun, hər an, hər yerdə gözlərimiz axtaran, aramızda görmək istədiklərimiz, nədənsə, qarşılaşa bilmədiklərimiz, bizə 30 illik itirdiyimiz ömrü, inamı və başlıca olaraq qürurumuzu qaytaranlarımız, nə qədər ki, həyat var -- sizə borcluyuq, yeriniz ürəyimizdir!..
G Ö Z Ü N Ü Z A Y D I N O L S U N!..
Gözünüz aydın olsun,
Arzunuza çatmısız!..
Ayılın, şəhidlərim,
Nə hüzünlü yatmısız?!.
Sizinkidir bu bayram,
Bu qələbə sizindi...
Biz gedək arxanızca;
Ön cərgədə siz indi...
Sizi qurban demişdik --
Yurdumuzu almağa...
İndi də mən gəlmişəm;
Sizə qurban olmağa...
Müqəddəsdir, baş əyək
Bu torpağa, bu daşa!..
Qanınızla sulanıb;
Gül açar başdan-başa!..
Bir baxın, yer də, göy də
Gülümsəyir üzümə...
Korudum... otuz ildi...
Nur gəlibdi gözümə!..
Nə gizlədim, yenə də,
Bir az kəm düşüb payım...
Siz bəxş edən sevinci
Sizsiz necə yaşayım?!.
Hələ çox uzun illər
Gözümüz yolda qalar...
Çox yaralar görmüşük;
Yəqin bu da sağalar...
Millətim yasdan çıxıb;
Bayram libası geyir...
ANALAR ağlamır ki;
ANALAR layla deyir...
Qucaqlayıb bala tək
Hərə bir məzar daşın...
Göz dikirlər göylərə--
Görməyəsiz göz yaşın...
Yox, yox, kimsə ağlamır;
Bu yaş -- sevinc yaşıdı!..
Bu bayram, bayram deyil;
Bayramların başıdı!!!
Qalsa da, neçə-neçə
Oğul toyu, qız toyu --
Biz -- bir ömür yaşarıq,
Sizsə -- min illər boyu !..
Qarşınızda baş əyir
Bütöv Azərbaycanım...
Sizinlə qürur duyur
Ali Baş Komandanım!..
Qoy dünyaya yayılsın
Xalqımızın haqq səsi!..
Sizin tək -- əsgəri var,
İlham tək -- sərkərdəsi!..
Qanla yazılan tarix --
Tarix boyu qalacaq...
Qarabağ bizim olub;
Bizimki də olacaq!!!
***
Sizin qarşınızda VƏTƏN baş əyir;
Qoruya bilədik, darda, çətində...
Özgə söz deməyə dilim gəlməyir,
Uyuyun, Allahın əmanətində!!!
Vaqif Hüseyinoğlu
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 09-12-2020 11:56
Baxış sayı: 4370
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02