Reklam
Nuridə Misir:"Qaranquş xəyalım dolaylar keçir, Kəlbəcərə uçammıram nə vaxtdır..." -ŞEİRLƏR
07-05-2020 12:26
Azərbaycan ədəbi mühitində öz adı, imzası, fərqli yazı tərzi ilə seçilənlər arasında onun da yeri var. Kəlbəcər ədəbi mühitində formalaşmış, o yurdun, o ocağın havasını ruhunda, şeiriyyətində daşıyan Nuridə Misir oxucu qıtlığı çəkməyən şairlərdəndi.1975-ci ildən dövrü mətbuatda poetik nümunələri ilə nəzərləri cəlb edən N.Misir indi də eyni ahənglə yazır-yaradır. Şeirlərində həsrət, nisgil, ağrı izi, göynək rəngi böyük dərd acısının göstəricisidi. Kəlbəcər itkisi, yurd acısıdı şeirlərinə hopan, üzünə yaraşıq verən xoş təbəssümünün o üzündən görünən dərin kədər...
Bu gün onun doğum günüdür. Kəlbəcərsiz keçirdiyi 27- ci doğum günü. Gözəl günlər, sağlam ömür, tükənməyən sevgi, yaradıcılıq uğurları diləklərimizin ən önündə Kəlbəcərə qovuşmağı arzu edirik Nuridə xanıma. Diləklərimiz gerçəkləşən dua olsun Tanrı qatında...
Doğum gününüz mübarək, dəyərli Nuridə Misir!
Dalidag.az Nuridə Misirin şeirlərini təqdim edir:
Sevinc Qərib
***
Kəlbəcərin dağlarindan qopmuşam,
Bulaqlarin buz suyunda donmuşam,
O yerlərin ciyərinə hopmuşam,
Mən oradan cixammiram nə vaxtdir.
O zamandan ömür keçir, vaxt gedir,
Həyatın mənası günbəgün itir.
Qaranquş xəyalım dolaylar keçir
Kəlbəcərə uçammıram nə vaxtdır.
Bir qız keçdi, yanaqları qırmızı,
Yaylığının qıraqları qırmızı,
Səni tanımadım, a dağlar qizi,
Ağ-qaranı seçəmmirəm nə vaxtdır.
Buz üstə köz düşdü, nəm çəkdi, sondü,
Bu nece həyatdı, bu necə gündü?
Sevgim bir kəpənək, çəmənə döndü,
Dalısınca qaçammıram nə vaxtdır.
Kəpəzə boylandım, Murov goründü,
Murovun başında qırov göründü.
Qəlbimə od düşdü, alov göründü
Nuridəni tapammıram nə vaxtdir.
DARIXMAQ NECƏ OLUR
Nəfəsimi köynək elə, geyin, gəl.
Darıxmışam, uça-uça, yeyin gəl.
Bir az qışqır, bir az danış, deyin, gəl.
Gör darıxmaq necə olur mənimçün.
Xəyalımı bu payızdan as, gətir,
Acıqlanma, səbirini bas, gətir.
Kəlbəcərdə öldü sevgim, yas gətir,
Gör darıxmaq necə olur mənimçün.
Ömrü gödək, ömürlərə calan, ğəl.
Qəlbim olub torpağım tək talan, gəl.
Buz nəfəslim, küləklərlə dolan, gəl,
Gör darıxmaq necə olur mənimçün.
Kədərını bu dənizlə böl də gəl,
Dalğalarda surətimi gör də gəl.
Ləpələri qırçın-qırçın hör də gəl,
Gör darıxmaq necə olur mənimçün.
Körpə kimi basım səni bağrıma,
Məlhəm olum, azarına, ağrına,
Nuridəni istəsən heç arama,
Gör darıxmaq necə olur mənimçün
KƏLBƏCƏR
O soyuq küləklərin
Əlində əsir qalan,
Sinəsi tapdalanan,
Malı-mülkü talanan
Ürəyi parçalanan
Kəlbəcər.
Ruhumu sığallayıb,
Ağladıb güldürənim.
Məni ömrə bağlayıb
Həyata sevdirənim,
Cismımə toxunmayıb
Ruhumu öldürənim
Kəlbəcər.
Sənə övlad olmadım:
Külünü tök başıma.
Suyu "Timsah göz yaşı"
Inanma göz yaşıma!
Məmməd Aslanım demiş
"Daş vermə baş daşıma"
Kəlbəcər...
İÇİNDƏ
Dalğa kimi qayalara çırpılıb,
İtib getdim bir ünmanın içində.
Ayrılığı "sevə-sevə" yaşadım,
Ömür adlı xanimanın içində.
Yağış yağar, təzələnər çöl, çəmən.
Açılıbmı nərgizgülü, yasəmən,
O yerləri görərəmmi birdə mən,
Azıb qaldım bir gümanın içində.
Əllərimdə çiçəklərin nəfəsi,
Gözlərimdə yaşamağın həvəsi.
Əsir qaldı Nuridənin Kəbəsi
Ümid adlı asimanın içində.
YOX Kİ...
Ömür gedir addım-addım,
Doğmam getdi, qaldı yadım,
Dünyanı çox gec tanıdım,
Zəhəri var, qanı yox ki.
Ölüm gecə laylasıdır,
Əzrailin Leylasidir.
Əbədiyyət dünyasıdır,
Gecesi var, dani yox ki.
Heyat bir səhnə, gərəksiz,
Dünya sütunsuz, təkərsiz.
Bir gün qalar Nuridəsiz ,
Bunun özgə yanı yox ki...
DARIXDIM
Elsiz qalan kəndimizə yaz gəlib,
Yaşıl yarpaq, səndən ötrü darıxdım.
Viran qalan bağımızda göyərən,
Quzuqulaq, səndən ötrü darıxdım.
İllərlə gözünə nəfəs dəyməyən,
Hənirti duymayan, səs eşitməyən,
Bizə istisini verə bilməyən
Odsuz ocaq, səndən ötrü darıxdım.
Ayağına övladları getməyən,
Ayrılığı tükənməyən, bilməyən,
Əzablara, ağrilarda göynəyən
Anam Yanşaq*, səndən ötrü darıxdım.
Yad küləklər başı üstdən hey əsən,
Qovulmuş ruhları nigaran gəzən,
Nuridədir görüşünə tələsən
"Qəbir bucaq"**, səndən ötrü darıxdım.
HARDASAN?
Sən-sevən könlümdə əzabim, qəmim.
Sən- yarımçiq qalan sevgi aləmim,
Sən- sabah altinda qalan dünənim,
Şerimi sənsizlik alıb, hardasan?
Gözlərm yolundan göz cəkə bilmir,
Ürəyim ağlımdan söz çəkə bilmir.
Talehim xəttini duz çəkə bilmir,
Misralarım yetim qalıb, hardasan?
Sənsiz- bulaqları quruyub eşqin,
Sənsiz- budaqları quruyub eşqin.
Sənsiz- dodaqları quruyub eşqin,
Nuridənin gözü dolub, hardasan?
* * *
Günəş tək atəşim yandırar səni,
Meh olub saçına dola bilərəm.
Sanma qranitdi sinəmdə ürək,
Çəmən çiçəyi tək sola bilərəm.
İçimdə ağrılar baş alıb gedər,
Xəyallar qaçırar yuxularımı.
Göylər dilə gələr,ildırım çaxar
Oyadar o sənsiz duyğularımı.
Enib gecələrin dar yuxusuna,
Mən səni gizlicə süzüb gedərəm.
Düşərəm ömrümün qarlı qışına
Beyaz saçlarını öpüb gedərəm.
Həsrətim, həsrətin yanindan keçər
Üzümdə qırışlar naxışlanarlar.
Arzular damlaya, damcıya dönər
Qaynayan su kimi buxarlanarlar.
Bir də görərsənki durub yanından
Alib Nuridəni kecib gedərəm.
Xalli kəpənəyin tül qanadından
Pərvanə ömrünü seçib gedərəm.
BİLMƏDİN
Aramızı kəsdi yollar,
Uzanıqlı qaldı qollar,
Sən etdiyin sitəm ki var,
Dərdmi, yaramı, bilmədin.
Ver məni şerin cənginə,
Sarılım söz ahənginə.
Bu ayrılığin rəngi nə?
Ağmı,qaramı, bilmədin.
Getdin, sənlə ömür uçdu.
Elə bildim qaranquşdu,
Bəlkədə heç düşünmədən
Soydun yaramı,bilmədin.
Ayrılığı sən gətirdin,
Agrını dərman gətirdin,
Iti bir xəncər gətirdin,
Soydun yaramı, bilmədin.
Perik saldın sevgimizi,
Məhv elədin ikimizi.
Əlində bir çarıq bizi,
Oydun yaramı, bilmədin.
Nuridənin yönü yüzə,
Çətin sapa ömür düzə.
Qara,qırmanc iri duza
Qoydun yaramı, bilmədin.
GEDƏK MUROVA TƏRƏF
Sayıb ömrün naxışını,
Dəf eləyib qar qışını
Çıxıb sevgi yoxusunu,
Gedək Murova tərəf.
Qalaq-qalaq qara düşək,
Qoy uçquna, tara düşək,
İkimiz bir tora düşək
Gedək Murova tərəf.
Zirvəsindən aşaq gedək.
Gün tək işıq saçaq gedək.
Mənzil uzaq, ömür gödək,
Gedək Murova tətəf.
O dağlarda izimiz var,
Dolaylarda sevgi yaşar,
Nuridəni dağ yaşadar,
Gedək Murova tərəf.
KİMİ
Mən tel tapmayan daragam,
Gəzirəm divanə kimi.
Bir təşnəyəm, şam başına
Dolanan pərvanə kimi.
Solub sevgi yarpaqları
Quruyubdu budaqları.
Əyilib torpağa sarı
Susuz bir viranə kimi.
Ruhum, Tanrı nişanəsi,
Ömrüm, sirlər xəzinəsi.
Nuridənin konül səsi
Susub, məzarxanə kimi.
Nuridə Misir
Dalidag.az
Bu gün onun doğum günüdür. Kəlbəcərsiz keçirdiyi 27- ci doğum günü. Gözəl günlər, sağlam ömür, tükənməyən sevgi, yaradıcılıq uğurları diləklərimizin ən önündə Kəlbəcərə qovuşmağı arzu edirik Nuridə xanıma. Diləklərimiz gerçəkləşən dua olsun Tanrı qatında...
Doğum gününüz mübarək, dəyərli Nuridə Misir!
Dalidag.az Nuridə Misirin şeirlərini təqdim edir:
Sevinc Qərib
***
Kəlbəcərin dağlarindan qopmuşam,
Bulaqlarin buz suyunda donmuşam,
O yerlərin ciyərinə hopmuşam,
Mən oradan cixammiram nə vaxtdir.
O zamandan ömür keçir, vaxt gedir,
Həyatın mənası günbəgün itir.
Qaranquş xəyalım dolaylar keçir
Kəlbəcərə uçammıram nə vaxtdır.
Bir qız keçdi, yanaqları qırmızı,
Yaylığının qıraqları qırmızı,
Səni tanımadım, a dağlar qizi,
Ağ-qaranı seçəmmirəm nə vaxtdır.
Buz üstə köz düşdü, nəm çəkdi, sondü,
Bu nece həyatdı, bu necə gündü?
Sevgim bir kəpənək, çəmənə döndü,
Dalısınca qaçammıram nə vaxtdır.
Kəpəzə boylandım, Murov goründü,
Murovun başında qırov göründü.
Qəlbimə od düşdü, alov göründü
Nuridəni tapammıram nə vaxtdir.
DARIXMAQ NECƏ OLUR
Nəfəsimi köynək elə, geyin, gəl.
Darıxmışam, uça-uça, yeyin gəl.
Bir az qışqır, bir az danış, deyin, gəl.
Gör darıxmaq necə olur mənimçün.
Xəyalımı bu payızdan as, gətir,
Acıqlanma, səbirini bas, gətir.
Kəlbəcərdə öldü sevgim, yas gətir,
Gör darıxmaq necə olur mənimçün.
Ömrü gödək, ömürlərə calan, ğəl.
Qəlbim olub torpağım tək talan, gəl.
Buz nəfəslim, küləklərlə dolan, gəl,
Gör darıxmaq necə olur mənimçün.
Kədərını bu dənizlə böl də gəl,
Dalğalarda surətimi gör də gəl.
Ləpələri qırçın-qırçın hör də gəl,
Gör darıxmaq necə olur mənimçün.
Körpə kimi basım səni bağrıma,
Məlhəm olum, azarına, ağrına,
Nuridəni istəsən heç arama,
Gör darıxmaq necə olur mənimçün
KƏLBƏCƏR
O soyuq küləklərin
Əlində əsir qalan,
Sinəsi tapdalanan,
Malı-mülkü talanan
Ürəyi parçalanan
Kəlbəcər.
Ruhumu sığallayıb,
Ağladıb güldürənim.
Məni ömrə bağlayıb
Həyata sevdirənim,
Cismımə toxunmayıb
Ruhumu öldürənim
Kəlbəcər.
Sənə övlad olmadım:
Külünü tök başıma.
Suyu "Timsah göz yaşı"
Inanma göz yaşıma!
Məmməd Aslanım demiş
"Daş vermə baş daşıma"
Kəlbəcər...
İÇİNDƏ
Dalğa kimi qayalara çırpılıb,
İtib getdim bir ünmanın içində.
Ayrılığı "sevə-sevə" yaşadım,
Ömür adlı xanimanın içində.
Yağış yağar, təzələnər çöl, çəmən.
Açılıbmı nərgizgülü, yasəmən,
O yerləri görərəmmi birdə mən,
Azıb qaldım bir gümanın içində.
Əllərimdə çiçəklərin nəfəsi,
Gözlərimdə yaşamağın həvəsi.
Əsir qaldı Nuridənin Kəbəsi
Ümid adlı asimanın içində.
YOX Kİ...
Ömür gedir addım-addım,
Doğmam getdi, qaldı yadım,
Dünyanı çox gec tanıdım,
Zəhəri var, qanı yox ki.
Ölüm gecə laylasıdır,
Əzrailin Leylasidir.
Əbədiyyət dünyasıdır,
Gecesi var, dani yox ki.
Heyat bir səhnə, gərəksiz,
Dünya sütunsuz, təkərsiz.
Bir gün qalar Nuridəsiz ,
Bunun özgə yanı yox ki...
DARIXDIM
Elsiz qalan kəndimizə yaz gəlib,
Yaşıl yarpaq, səndən ötrü darıxdım.
Viran qalan bağımızda göyərən,
Quzuqulaq, səndən ötrü darıxdım.
İllərlə gözünə nəfəs dəyməyən,
Hənirti duymayan, səs eşitməyən,
Bizə istisini verə bilməyən
Odsuz ocaq, səndən ötrü darıxdım.
Ayağına övladları getməyən,
Ayrılığı tükənməyən, bilməyən,
Əzablara, ağrilarda göynəyən
Anam Yanşaq*, səndən ötrü darıxdım.
Yad küləklər başı üstdən hey əsən,
Qovulmuş ruhları nigaran gəzən,
Nuridədir görüşünə tələsən
"Qəbir bucaq"**, səndən ötrü darıxdım.
HARDASAN?
Sən-sevən könlümdə əzabim, qəmim.
Sən- yarımçiq qalan sevgi aləmim,
Sən- sabah altinda qalan dünənim,
Şerimi sənsizlik alıb, hardasan?
Gözlərm yolundan göz cəkə bilmir,
Ürəyim ağlımdan söz çəkə bilmir.
Talehim xəttini duz çəkə bilmir,
Misralarım yetim qalıb, hardasan?
Sənsiz- bulaqları quruyub eşqin,
Sənsiz- budaqları quruyub eşqin.
Sənsiz- dodaqları quruyub eşqin,
Nuridənin gözü dolub, hardasan?
* * *
Günəş tək atəşim yandırar səni,
Meh olub saçına dola bilərəm.
Sanma qranitdi sinəmdə ürək,
Çəmən çiçəyi tək sola bilərəm.
İçimdə ağrılar baş alıb gedər,
Xəyallar qaçırar yuxularımı.
Göylər dilə gələr,ildırım çaxar
Oyadar o sənsiz duyğularımı.
Enib gecələrin dar yuxusuna,
Mən səni gizlicə süzüb gedərəm.
Düşərəm ömrümün qarlı qışına
Beyaz saçlarını öpüb gedərəm.
Həsrətim, həsrətin yanindan keçər
Üzümdə qırışlar naxışlanarlar.
Arzular damlaya, damcıya dönər
Qaynayan su kimi buxarlanarlar.
Bir də görərsənki durub yanından
Alib Nuridəni kecib gedərəm.
Xalli kəpənəyin tül qanadından
Pərvanə ömrünü seçib gedərəm.
BİLMƏDİN
Aramızı kəsdi yollar,
Uzanıqlı qaldı qollar,
Sən etdiyin sitəm ki var,
Dərdmi, yaramı, bilmədin.
Ver məni şerin cənginə,
Sarılım söz ahənginə.
Bu ayrılığin rəngi nə?
Ağmı,qaramı, bilmədin.
Getdin, sənlə ömür uçdu.
Elə bildim qaranquşdu,
Bəlkədə heç düşünmədən
Soydun yaramı,bilmədin.
Ayrılığı sən gətirdin,
Agrını dərman gətirdin,
Iti bir xəncər gətirdin,
Soydun yaramı, bilmədin.
Perik saldın sevgimizi,
Məhv elədin ikimizi.
Əlində bir çarıq bizi,
Oydun yaramı, bilmədin.
Nuridənin yönü yüzə,
Çətin sapa ömür düzə.
Qara,qırmanc iri duza
Qoydun yaramı, bilmədin.
GEDƏK MUROVA TƏRƏF
Sayıb ömrün naxışını,
Dəf eləyib qar qışını
Çıxıb sevgi yoxusunu,
Gedək Murova tərəf.
Qalaq-qalaq qara düşək,
Qoy uçquna, tara düşək,
İkimiz bir tora düşək
Gedək Murova tərəf.
Zirvəsindən aşaq gedək.
Gün tək işıq saçaq gedək.
Mənzil uzaq, ömür gödək,
Gedək Murova tətəf.
O dağlarda izimiz var,
Dolaylarda sevgi yaşar,
Nuridəni dağ yaşadar,
Gedək Murova tərəf.
KİMİ
Mən tel tapmayan daragam,
Gəzirəm divanə kimi.
Bir təşnəyəm, şam başına
Dolanan pərvanə kimi.
Solub sevgi yarpaqları
Quruyubdu budaqları.
Əyilib torpağa sarı
Susuz bir viranə kimi.
Ruhum, Tanrı nişanəsi,
Ömrüm, sirlər xəzinəsi.
Nuridənin konül səsi
Susub, məzarxanə kimi.
Nuridə Misir
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 07-05-2020 12:26
Baxış sayı: 3810
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02