Reklam
"Kərəm gələcək!" - Fərid Muradzadədən yeni hekayə
23-06-2023 20:20
Fərid Muradzadə
Ağacın adamı var,
Yeməyə badamı var,
Qardaş, gəl qapımdan gir,
Desinlər: adamı var...
İnsanı saçlarının dibinə qədər üşüdən yanğılı səslə çağırdığı bayatıdan sonra dərin bir köks ötürüb qırış tutmuş üzünə yayılan göz yaşlarını silib inamla dedi: "Kərəm gələcək!"
Ana babamgilə gedirdim. Yolum kəndimizin sinəsi sözlə dolu, zəngin folklor nümunələri bilən, lakin bildikləri o zamanlar uşaq olduğum üçün məni də o qədər cəlb etməyən Yaxşı nənənin evinin qarşısından keçirdi. Yaxşı nənənin ürək dağlayan bayatıları ilk dəfə o gün məni cəlb etdi.
Mən ilk dəfə məhz həmin gün sözə, sözün qüdrətinə, kəramətinə və Yaxşı nənənin yaddaşına vurğun oldum. Yaxşı nənə gözdən əlil idi. Oxuyub-yazmağı bacardığını dəqiq bilmirdim, amma zəngin folklor nümunələrini heç yerə qeyd etmədən əzbər deyən bu yaşlı qadının yaddaşı məni valeh etmişdi. Asta-asta üzüyuxarı ana babamgilə qalxırdım. Ana tərəfdən ilk nəvə olduğum üçün onlar məni lap çox istəyirdilər. Xüsusən də ana nənəm- Şahlıq nənə. Nənəm məni qucaqlayıb özünə sıxdı. Nəvaziş görən körpələr kimi nədənsə nənəmə daha çox qısılmışdım.
Fikrim hələ də Yaxşı nənənin və üzünü görmədiyim "gələcək"Kərəmin yanında qalmışdı. Mən Kərəmi tanımırdım, kim olduğunu da bilmirdim. Heç şəklini belə görməmişdim. Amma o gündən etibarən nədənsə Kərəmi hündürboy, enlikürək, nazik bığlı və boz atlı igid kimi təsəvvür etməyə başladım. Tez-tez Kərəmi yuxuda görməyə başlamışdım. Həmişə döyüşən görürdüm. Əlində bayraq, iri, ağappaq ,uzun yalmanlı atın belində döyüşə-döyüşə kəndə girirdi (döyüşdüyü tərəfin kim olduğunu bilməzdim) Amma nə sirr idisə həmişə Yaxşı nənənin evinin bir
addımlığında Kərəmi itirirdim. Bu bəlkə də hansısa gələcək neyro-psixoloji problemlərin başlanğıcı idi, və yaxud nəyinsə baş vecəyinə işarə idi o vaxtlar, bilmirdim. Sonralar anladım, amma lap sonralar. İllər sonra.
Xarakter etibarı ilə çılğın, cəld və bir dəqiqə yerində duran uşaq deyildim. Bu gün isə dinməz- söylənməz nənəmin yanında dayanmışdım. Qəfildən nənəmə -"Nənə, Kərəm kimdir? Yaxşı nənənin qohumudur, nəyidir? O nə vaxt gələcək?!"- kimi suallar ünvanladım. Nənəmin bir anda
üzü dəyişdi, gözləri doldu. Başımı tumarlayıb dedi: "Qadan alım, Kərəm qağa Yaxşı bacının qardaşı idi. İgid, yaraşıqlı, mərd cavan idi. Yaxşı bacını çox sevərdi. Yetimliyin yükünü kiçik yaşlarından birlikdə çəkmişdilər. Yaxşı bacının bu dünyadakı tək ümid yeri idi Kərəm. Onu da deyim ki, Yaxşı nənən bu kəndin ən yaraşıqlı qızı olub. Kərəm müharibədə- 44-cü ildə itkin düşüb. Kərəm əsgərliyə gedəndə müharibə başlamamışdı. 1940-cı ildə getmişdi. Qızlar bulağından su içib daha da gözəlləşmiş gənc Yaxşı tək hamisi, ümid yeri, dağ kimi güvəndiyi bircə qardaşının yolunu səbirsizliklə gözləyirdi. Kərəm onun təkcə qardaşı deyildi. Kərəm onun həm də böyüyü idi. Yaxşının gözəlliyi, ədəbi, mərifəti dillərdən düşmürdü. Onu sevən gənc oğlana da yalnız Kərəm gələndən sonra "hə"deyəcəyini bildirmişdi. Yaxşı altdan-altdan bulaq başında kəndin ən yaraşıqlı, ağır təbiətli qızlarını müşahidə edir, Kərəmə gözaltı seçirdi. Həyətdə yekə bir cöngə də bəsləmişdi. Kərəm gələndə qurban kəsəcəkdi. Lakin amansız müharibə başladı. 44-cü ilə qədər Kərəmin məktubları əskik olmadı. Lakin birdən-birə məktublarına ardı kəsildi. Poçtalyon Yaxşının üzünə baxa bilmirdi. Tədricən hamı Kərəmin itkin düşdüyünü qəbul etdi. Bircə Yaxşı bacı bununla barışmadı. Sevgisindən, sevdiyindən vaz keçdi. Gücünü göz yaşlarına verdi. Yollarda qalan gözlərinə qaranlıq toru çəkildi. Gözləri tutuldu, yaşlandı, gəncliyi solub getdi. Yaxşı özünü itirdi bircə inamını itirmədi. O həyətin sağ küncündə bağlanmış öküzü görürsən? Bax o öküzü də Kərəm üçün bəsləyir. Onun qəlbinə kimsə dəymək istəmir. Amma hamı bilir ki 47 ildir ki, Yaxşı bacı o ümidlə yaşayır. İnandığı tək bir şey var o da Kərəmin gəlməsidir. Uşaq idim, amma insandakı bu inanca məəttəl qalmışdım.
Mənfur qonşularımızın torpaqlarımızda muxtariyyət və daha sonra da ərazi iddialarının qızğınlaşıb müharibəyə apardığı dövr idi. Geniş arenada yenicə yaranmış müstəqil Azərbaycanın haqq sözünü deyən, onun tərəfini tutan yox idi. Düşmən tərəfin etnik təmizləmə planı havadarları tərəfindən qüsursuz həyata keçirilirdi. Qərbi Azərbaycanda bir azərbaycanlı belə qalmamışdı. Əl-qolları daha geniş açılan, silah-sursat və yaxşı cəbbəxanaya malik olan erməni quldurları artıq Azərbaycan ərazilərinə də iddia etməyə başlamışdılar. Sakit və gözəl təbiətə malik kəndimizin sakitliyi də gözəlliyi də pozulmuşdu. Quşların nəğməsini, qurbağaların qurultusunu, cırcıramaların, çaqqal və tülkülərin, hətta canavarların səsini və gecələrin lal sükunətini mərmi səsləri pozmağa başlamış, səliqəli həyətyanı sahələri, bağ və bostanları, hərəsi bir biçimdə özünəməxsus tikili üslubu olan kənd evlərini raket və ağır artilleriya qəlpələri darmadağın etməyə başlamışdı. Cansız, qansız güllələr, mərmilər canlar alır, qanlar tökür, insanların sağlamlığına ziyan vururdu. Ən çox da psixoloji sarsıntı insanları usandırırdı. 1993-cü ilin avqust ayı idi. İş-gücün qızğın olduğu bu ərəfədə kənddə elə bil həyat sönmüşdü. Hamının üzündən kədər yağırdı. Heç kimin əli işə yatmırdı. Kənddə hər şeyin bar-bərəkəti
artmışdı, bircə insanların həvəsi yox idi. İnsanlar aşkar şəkildə gördükləri işi candərdi edir, axşamlar xəbər saatlarında cınqırını çıxarmadan hamı nəfəsini içinə çəkib xəbərləri seyr edirdi. Xəbərlər isə yaxşı deyildi və ötən hər gün insanları daha dərin psixoloji sarsıntıya və inamsızlığa
sürükləyirdi. İnsanlar harasa getməyə, bir-birini ziyarət etməyə belə qorxurdular. Qorxu ürəklərə hakim olmuşdu. Hər kəs öz ailəsini düşünürdü. Bircə uşaqlar dəcəllik edirdilər, amma onların hay-küyünün də bir sərhəddi vardı. Mərmi uğultusu eşidən kimi qorxudan gözləri böyüyür, əl-ayaqları əsir və gündəlik alışdıqları hərəkətləri instinkt olaraq icra edirdilər. (Yerə uzanmaq, zirzəmilərə doluşmaq və.s) O il kəndə son gedişim oldu. (Artıq ikinci il idi ki, mən şəhərdəki evimizdə qalırdım) Bu gedişin son olduğunu bilmirdim, amma kəndin hər qarış yerini yaddaşıma həkk edirdim. Mən bir az da böyümüşdüm. Özünəməxsus fikirlərim formalaşmağa başlamışdı. Atam tarix müəllimi olduğu üçün kənd məktəbində zəngin bir tarixi guşə yaratmışdı.
Mən də kənddəki yaşlı insanlardan folklor nümunələrini toplamaq istəyirdim. Hələ məktəblərin başlanmasına 40 gündən çox vaxt qalmışdı. Düşmən hədəfində olan kənddə rahatçılıq qalmamışdı. Valideyinlər övladlarını göz önündən kənarda qoymaq istəmirdilər. Odur ki, vaxt
tapan kimi gizlincə Yaxşı nənəgilə getdim. Yenə üzü qibləyə durmuşdu. Dua edirdi. Hətta Yaxşı nənə namaz da qılırdı. Görünür i̇ndi də i̇kindi namazını bitirib dua edirdi. Duasını bitirib dedi "Kimsən, a bala? "
Tanışlıq verdim. Sevindi. İnstiktiv olaraq dayandığım yerə doğru qollarını açıb məni qucaqladı. Hal-əhval tutdu. Atamı ayrıca olaraq soruşdu. Mən də elə yaranmış fürsətdən istifadə edib niyyətimi ona bildirdim. Cansız şüşə kimi gözlərinə, üzünə elə bil parıltı gəldi. Fəhmlə əlini irəli
uzadıb saçlarımı sığalladı. "Bala, bunları gərək ki, çoxdan edəydilər. Mən çox şeylər bilirəm. Bayatı, nağıl, holavar, dastan və s.Amma görə bilmədiyim üçün bunları bir yerə köçürə bilmirəm. Bəzən uzun qış gecələri səhərə qədər bildiklərimi təkrarlayıram. Artıq yaşlanmışam.
Yaddaşım da əvvəlki kimi deyil. Güclü partlayış səsi söhbətimizi kəsdi. Mənfur düşmənlər yenə kəndimizi mərmi "yağışı"na tutmuşdular. Yaxşı nənəyə necə kömək edəcəyini bilməsəm də etiraz etməsinə baxmayaraq onu yerdən tikilmiş yığcam evində də qoymadım. Yavaş-yavaş
üzüyuxarı-babamgilə qalxırdıq. Düzü Yaxşı nənənin evi daha əlverişli yerdə-çökəkdə idi. Yəni atılan top mərmilərin o dərinliyi vurma ehtimalı çox az idi. Amma mən nəsə uşaq ağlımla onu tək qoymaq istəməmişdim. Babamgilin evi hündürdə yerləşirdi. Kəsə, uzun, dar cığırı aşıb həyətdəki meydançaya keçdik. Durdu. Mən də dayandım. Yenə də görən adamlar kimi rahat şəkildə üzü düşmən kəndlərinə sarı döndü. Bir xeyli lal-dinməz dayandı. Dərin bir köks ötürüb "a köpək uşağı dığalar, Kərəm sizin topanıza dov gəlirdi. Yenə də gələcək . Elə bu obanın Kərəmləri
də sizin axırınıza çıxacaqlar. Sonra dönüb mənə dedi "bala, bunlara urus kömək edir. Yoxsa bunlar heç kimdirlər. Mən bunların necə alçaq , namərd və qorxaq millət olduqlarını yaxşı bilirəm. Hardasan, ay Kərəm.(Mənə elə gəlirdi ki, Yaxşı nənə illərin hesabını itirib. İndiyə Kərəm
qalardı?) Elə bil ağlımdan keçənləri oxudu. "Bax, görərsən. Ya tez, ya da gec Kərəm gələcək!
Ağrılı-acılı günlər idi. Şəhərdə gözüm yollarda qalmışdı. Hər gün avtovağzala gedib valideyinlərimi gözləyirdim. Məktəb açılana qədər gəlib mənə əyin-baş alacaqlarına söz vermişdilər. İlk dəfə idi ki, onları sözlərinin üstündə duran görmürdüm. Vəziyyət çox gərgin idi. Ard-arda düşmən tərəfindən rayonlarımızın işğal olunması hamını sarsıtmışdı. Daha məni pal- paltar maraqlandırmırdı. Ata-anam, qardaş-bacım üçün narahat idim. Bəzən heç kim görməsin deyə gecələr məktəbimizin yanındakı küknar ağaclarının arasında gizlənib ağlayardım. Axı mən də uşaq idim. Boyundan böyük yüklərə gücü çatmayan, düşdüyü vəziyyətdə çarəsiz qalan uşaq!
Qara xəbərlər gəlirdi. Artıq bizim rayon da işğal olunmuşdu. Dəli kimi olmuşdum. Əzizlərimdən xəbər-ətər yox idi. Məktəb açılmışdı. İlk dəfə idi ki, dərsə müqəvva kimi gedirdim. Heç nəyə marağım yox idi. Bulud kimi dolmuşdum. İşin mahiyyətindən xəbərsiz insanların ağına-bozuna baxmadan yersiz danışmaqları, həqarət etməkləri də mənə çox pis təsir edirdi. Amma kimsəyə cavab verəcək halda deyildim. Nəhayət bizimkilər də gəldilər. Hər şey bitdiyi kimi də yenidən başladı. Rayonumuzun işğalı mənim də arzularımın, xəyallarımın dəfn olunduğu gün oldu.
Aradan bir neçə ay keçmişdi. O il qış da tez gəlmişdi. İndiki kimi yadımdadır. Noyabr ayının 4-ü qar yağmışdı. Çox soyuq idi. Evimizdə yataq yox idi. Beton döşəmənin üstündən açılmış döşəkdə yatırdım. Yer beton, ev soyuq, əyin nazık. Üşüyürdüm, amma bunu valideyinlərimə bildirmirdim.
Onların qayğıları çox idi deyə artıq qayğılar da əlavə etmək istəmirdim. Nəhayət yuxu mənə güc gəldi. Tüstü-duman, qarmaqarışıq yerlər görürdüm. Toz-duman içərisindən Yaxşı nənənin səsi gəlirdi"Qorxma bala, qorxma! Az qalıb. Kərəm gələcək! " Yuxudan dik atıldım. Yaxşı nənənin
səsindən əvvəl tam olaraq nə gördüyümü xatırlamırdım, amma qorxmuşdum. Eşitmişdim ki, kənd camaatı, Yaxşı nənəni tək qoymayıb, kənddən çıxarıb şəhərə gətirmiş və burda yeganə simsarının evinə yerləşdiriblərmiş. Bit neçə dəfə də ağ atlı döyüşən Kərəmi yuxuda gördüm. Ondan sonra nə Kərəm oldu, nə də o yerlərə bağlı yuxular…
İkinci Qarabağ müharibəsi başlamışdı. Ordumuz tarix yazırdı. Oktyabr ayı idi. Təkcə bizim kiçik binaya 3 şəhid gəlmişdi. Mikrorayonun hər tərəfinə gələn şəhid üçün gedirdik. Gecələri 2-3 saat yatırdım. Çox yorğun idim. Xəbərlərdən sonra oturduğum yerdə yuxulamışdım. Yuxu görürdüm.
27 il sonra Kərəmi görürdüm. Əlində üçrəngli bayraq, ağ atın belində cəngi sədaları altında kəndə girirdi. Yanında kəndimizin şəhidləri -Zahid, Zöhrab, Bəhruz, Hikmət, Əsədulla, Nəbi .Onların da ardınca bir dəstə üzlərindən nur yağan igid əsgərlər. Hamısı gülərək gedirdilər!
Oxuyurdular. Hamısından adını soruşurdum Kərəm deyirdi. Səs eşidirdim. Kimdə deyirdi ki, Yaxşı nənəyə muştuluq verin. Deyin gözləri aydın olsun. Kərəm gəldi. Daha sonra Yaxşı nənə göründü. Əlində nəsə bağlama vardı. Bu dəfə özü sərbəst yeriyirdi. Gözü görürdü. Qolumdan
tutub dedi"Sənı demişdimmi ki, ya gec , ya da tez, Kərəm gələcək! Bax! Kərəmlər gəldi! Gözümüz aydın. Elimiz , evimiz, yurdumuz azad oldu!
Yenə məni kimsə çağırırdı. Gözümü açdım. Oğlum idi. Əlində mənim telefonum vardı. Ata, zəng gəlir-dedi. İş yoldaşım Asif idi. "Gözünüz adın! Təbrik edirəm. Rayonumuz işğaldan azad oldu.Tez televizoru yandırdım. Komandir Ali Baş Komandana məruzə edirdi. Öz-özümə pıçıldadım "Kərəm gəldi!" Məkanın cənnət olsun, Yaxşı nənə! O yerlərin azad olunacağına və Kərəmlərin gələcəyinə inana tək insan sən idin. İnamının qarşısında baş əyirəm. Ruhun şad olsun!
Dalidag.az

Kateqoriya: Poeziya-nəsr
Tarix: 23-06-2023 20:20
Baxış sayı: 3427
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02