İsmayıl Şıxlının “Namərd gülləsi” əsərində mərdlik və namərdlik anlayışları

15-05-2023 20:47

İsmayıl Şıxlı 22-i mart 1919-cu ildə Qazaxın İkinci Şıxlı kəndində anadan olmuşdur. İsmayıl Şıxlının yaradıcılığı olduqca zəngindir. Onun “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerkləri Azərbaycan ədəbiyyatı nəsrinin zənginləşməsində birbaşa rol oynamışdır. Ədibin “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanları həm məzmun, həm də forma gözəlliyinə malikdir. İsmayıl Şıxlı Azərbaycan nəsrinin uğur qazanmasında əvəzsiz rola malikdir. İsmayıl Şıxlı 26 iyul 1995-ci ildə Bakıda vəfat etmişdir. Ədib Fəxri xiyabanda dəfn olunmuşdur. İsmayıl Şıxlının “Namərd gülləsi” əsərinin mövzusu mərdlik və  xeyirxahlığa qarşı edilən namərdlik və bədxahlıqdır.

Yazıçının əsərinin əsas qəhrəmanı olan  Niftalıkoxa xaraktercə çox mərdvə xeyirxahdır. İsmayıl Şıxlının “Namərd gülləsi” əsərinin baş qəhrəmanı olan  Niftalıkoxa xaraktercə Hüseyn Cavidin “Ana” pyesindəki Səlma ana obrazını xatırladır. Səlma anada xeyirxah bir insan olduğu üçün evinə pənah gətirən kimsəsiz, qərib qonağı qapıdan qovmur. Niftalıkoxada eyni ilə belə edir, heç tanımadığı gəlmə Mürşüdə evini açır, ona torpaq, at verir, onu qohum qızlardan biri ilə evləndirib, ev-eşik sahibi edir. Niftalıkoxa olandan sonra həyatı səksəkə içində keçirdi. O, istər-istəməz xətrə dəyməli olurdu. İsmayıl Şıxlı “Namərd gülləsi” əsərində Qaçaq Kərəmində obrazını yaradıb, onun xarakterindəki igidliyi, mərdliyi, qorxmazlığı, dürüstlüyü oxucuya çatdırmağa nail ola bilmişdir. Əsərdə Niftalıkoxa ilə Qaçaq Kərəmuşaqlıq dostu, sirdaşı kimi təqdim olunurlar. Ədib eyni zamanda Sovet hökumətinin Niftalıkoxadan Qaçaq Kərəmi hökumətə təhvil verməsini tələb etməsini çox böyük yazıçı ustalığı ilə qələmə almışdır. Sovet hökuməti Niftalıkoxadan nə qədər də Qaçaq Kərəmi tutub təhvil verməsini tələb etsələrdə, mərd insan olan Niftalıkoxa bunu etməmişdir. Çünki Niftalıkoxa yaxşı bilirdi ki, Qaçaq Kərəm kəndlərdə, şəhərlərdə haqqı, ədaləti bərpa etməyə çalışırdı. Yazıçı əsərdə igidlik, mərdlik, qorxmazlıq, dürüstlük kimi xüsusiyyətləri Niftalıkoxanın simasında təqdim edir. Əsərdə mərdlik və namərdlik, xeyirxahlıq və bədxahlıq anlayışlarıNiftalıkoxa və gəlmə Mürşid obrazlarının timsalında qarşılaşdırılır. Əsərdə Niftalıkoxa və gəlmə Mürşid obrazları əks qütblər kimi təqdim olunmuşdur.İsmayıl Şıxlı “Namərd gülləsi” əsərində namərdə arxa çıxmamağı, yaxa verməməyi, mərdə arxa olmağı təbliğ edir.Niftalının atasıhardansa azıb gəlmiş, bu Allah bəndəsini təpədən-dırnağa diqqətlə süzəndən sonra, oğlanın çuxura düşmüşgözlərindən xoşu gəlməmişdi.Lakin Niftalının ona çox yazığı gəldi və yırtıq çarığındanbarmağı çıxmış gəlmə Mürşidə arxa-dayaq oldu. Gəlmə Mürşüd diribaşlıq edib, tez bir vaxtda əlinə maya salıb, Tiflisə, Gəncəyə ayaqaçdı. Evinə getməməyə, şəhərdə kefdə-damaqda olmağa, uşaqlarına baxmamağa başladı. Gəlmə Mürşüd xaraktercə çox nadürüst, namərd adam idi. O, Niftalıkoxanın məsləhətlərinə qarşı onun üzünə ağ olub, cavab qaytarır.  Niftalıkoxanında işi çətin idi. O, koxalığa keçəndən sonra istəsə də, istəməsə də xətrə dəyməli olurdu.Divan-dərədən nə qədər uzaq gəzsə də, onların gözünə sataşmamağa çalışsa daolmurdu, axtarıb tapır, üzünü danlayırdılar ki, filan oğrunu niyə tutmamısan,filan qaçağa niyə çörək veriblər, niyə qoyubsan Qaçaq Kərəm Kürdən keçibyaylağa qalxıb? Niftalıkoxa çarəsiz idi ya gərək dözərdi, ya dagərək onları da özü ilə bərabər sürüyüb boyunduruqlu-moyunduruqlu tökərdi Kürə. Onun artıq başqa çarəsi yox idi. Yazıçı “Namərd gülləsi” əsərində əslində vəzifənin, rütbənin necə ağır bir yük olduğunu oxucuya çatdırır. Hələdəki bu rütbədə olan Niftalıkoxa kimi igid, mərd, qorxmaz, dürüst adam idisə. İsmayıl Şıxlı “Namərd gülləsi” əsərində Niftalıkoxanın gəlmə Mürşüd tərəfindən öldürülməsi səhnəsini təsvir edərkən “Kövşənlərin xışıltısı, yarpaqların pıçıltısı, arxınşirıltısı, cırcıramaların səsi birdən-birə zəiflədi, uzaqlaşdı və eşidilməz oldu.Havanı qarsalayan ilğım elə bir qor kimi gözünə doldu, bəbəklərinin önündədalğalandı və dumana çevrildi, hər şey bu dumana büründü…”
İsmayıl Şıxlının  “Namərd gülləsi” əsərində Niftalıkoxa can verərkən, onun yanında uşaqlıq dostu, sirdaşı Qaçaq Kərəm var idi. Yazıçının Niftalıkoxaya elə bil ki, yazığı gəlirdi. Belə bir igid, mərd, qorxmaz, dürüst adamı namərd gülləsi ilə öldürsə də, canını mərd qollarında aldı, gözlərini özü kimi igidə bağlatdırdı. Namərd Mürşidin gülləsi Niftalı koxanın kürəyindən dəyib sinəsindən çıxmışdı.
İsmayıl Şıxlı “Namərd gülləsi” əsərində Niftalıkoxa ilə Qaçaq Kərəmin dostluğunu və bir-birində ayrı düşməklərinin səbəbini “Çox-çox əvvəl bir yerdə oynadıqları, Kürü üzüb Qarayazıyakeçdikləri, atları yalmanlayıb kənd arası ilə çapdıqları, gözaltı elədikləri qızlarıngörüşünə bir yerdə getdikləri uşaqlıq dostu, uşaqlıq sırdaşı idi. İndi isə bir-birlərininüzünə həsrət qalmışdılar. Yaraqlı-yasaqlı idilər. O, Kərəmə yaxın düşəbilmirdi, Kərəm də ona. Kərəm tüfəng götürüb dağlara-daşlara düşmüşdü. Atbelində ömür keçirirdi. Başının dəstəsi ilə Tiflisdən vurub, Gəncədən çıxır,Dilican dərəsində haqq-ədalət divanı qurur, dağları aşıb Arazı keçir, sorağı gah İrəvandan gəlirdi, gah da İrandan. Niftalı koxa isə evində, qohum-qardaşınınəhatəsində səksəkə içində yaşayırdı. Koxa olandan sonra dəyişmişdi. Kərəm onabir-neçə dəfə ismarış eləmişdi ki, kənd adamlarına dəyib-dolaşmasın, amma xeyri olmamışdı. Kərəmonu axtarırdı, çoxdan axtarırdı qulaqburması vermək üçün” belə aydın təsvir etmişdir.
İsmayıl Şıxlı “Namərd gülləsi” əsərində Qaçaq Kərəmin  igidliyini, mərdliyini, qorxmazlığını, dürüstlüyünü onun Niftalıkoxanı gəlmə Mürşüdün öldürdüyünü biləndə onu azad buraxmağı səhnəsinin təsvirində görürük. Çünki o çox yaxşı bilirdi ki, onsuz da Niftalınınqohumları onu sağ buraxmayacaqlar. O, əlini belə xainin qanı ilə murdarlamaq istəmirdi. Beləliklə də, o, Gəlmə Mürşüdün tüfəngini də, atını da əlindən alıb, aralarından qovur. Qaçaq Kərəmin digər igidliyi, mərdliyi, qorxmazlığı onun Niftalıkoxanın meyitini kəndə özünün aparmağı idi. Qaçaqlarcənazənin ardınca dinməz-söyləməz addımlayırdılar. 
İsmayıl Şıxlının“Namərd gülləsi” əsərində “Namərd gəlib mərd olmaz, boyunca qızıl qala”, “Namərdə tuş gələnin işi düyünə düşər”, “Mərddən bir xəta, namərddən min”, “Mərdin gözü tox olar, namərdin gözü ac”, “Mərd gördüyün deməz”, “Mərd mərdi qanar, bərkdə oduna yanar”, “Mərd özündən bilər, namərd yoldaşından”, “Namərdə yaxa vermə, mərdə arxa ol” və s. kimi atalar sözlərinin hikməti özünü göstərmişdir.
İsmayıl Şıxlını“Namərd gülləsi” əsəri özünün yığcamlığı, dilinin obrazlılığı, rəvanlığı, təsvirlərinin əlvanlığı ilə ədibin ən dəyərli əsərlərindəndir. Bu əsər yazıçının nəsrinin gücünü özündə ehtiva edə bilir. Yazıçı əsəri ilə Azərbaycan ədəbiyyatına yeni nəfəs vermiş, poetik, oxunaqlı bir formaya malik əsər yaratmışdır. Əsər Azərbaycan dilinin, eləcə də söz sənətinin imkanları baxımından olduqca qiymətlidir və Azərbaycan nəsrinin zənginləşməsinə xidmət edir.


























Həcər Atakişiyeva

Dalidag.az



Kateqoriya: Poeziya-nəsr
Tarix: 15-05-2023 20:47
Baxış sayı: 3853
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını