Reklam
Sonda şahzadəni öpmək yerinə… - Məşhur nağıl niyə dəyişdi?- MARAQLI
12-12-2019 09:59
Dalidag.az xəbər verir ki, öz nağılında çarəsiz şahzadəni cəsur bir qəhrəmana çevirən yazıçı bütün cırtdanları fərqli etnik kimlikləri təmsil edən qadınlardan seçib.
Almaniyanın paytaxtı Berlində yaşayan 38 yaşlı yazıçı Stefan Kalınski klassik nağıldakı çarəsiz şahzadəni üç yaşlı qızı Lena üçün güclü qəhrəmana çevirdiyini bildirib.
Kalınskinin nağılında yaraşıqlı şahzadə ilə evlənərək sonsuza qədər xoşbəxt yaşayan bir qız yer almır. Bunun yerinə yaraşıqlı şahzadə ilə dost olan Ağbəniz onunla dünya səyahətinə çıxmaq qərarı verir.
Stefan Kalınski verdiyi qərarı belə izah edib:
“Yatmaq vaxtı gələndə üç yaşlı qızıma “Ağbəniz və yeddi cırtan”ı oxuyurdum, bunu çox xoşladı. Amma bir məsələ mənə pis təsir etdi. “Ağbəniz və yeddi cırtdan” şərin xeyirə qarşı mübarizəsidir. Mən bu nağlı ona oxumaqla qızıma bir gözəlliyin qadın üçün önəmli olduğunu, özünəhörmətin gözəllik ətrafında yarandığını, ev işləri ilə məşğul olmağı və xilas ediləcəyi günü gözləməyi öyrədirdim. Bu mənə özümü pis hiss etdirdi.
Buna görə də qızımın olduğu kimi böyüməyini istəyirəm. Bu səbəbdən də nağıldakı “gözəl” sözünü “cəsur” ifadəsi ilə dəyişib oxumağa başladım”.
Kreativ ata daha sonra qızının özünün də oxuması üçün nağılı kitab formasında çap etdirib. Kalınskinin yenidən yazdığı “Ağbəniz və yeddi cırtdan”da kraliça, alma, ovçu, cırtdanlar və şahzadə kimi detallar saxlanılıb, amma süjet fərqli istiqamətdə cərəyan edir.
Kalınskinin nağılında yüksəklik qorxusunu dəf edən Ağbəniz hamıdan cəsur olur, bu da kraliçanın paxıllığına yol açır, ovçudan Ağbənizi öldürüb ürəyini ona gətirməsini tələb edir. Ağbənizin dostu olan ovçu onu ələ keçirib ağaca bağlasa da, qaçmağı bacarır.
Ağbəniz qaçandan sonra cırtdanlarla tanış olur. Lakin Sabrina, Akaşi, Şakti, Leyla, Eqbo, Li və Tiaqo adı verilən cırtanların hamısı qadındır, hər biri də fərqli millətləri təmsil edir. Stefan Kalınski nağıllarda etnik kökənlərə kifayət qədər yer verilmədiyi üçün bu addımı atdığını bildirib.
“Zəhərli alma” hissəsində isə orijinal nağıldakı kimi, meyvəni dişlədikdən sonra huşunu itirən şahzadə şüşədən hazırlanmış tabuta qoyulur. Ağbənizi görən şahzadə isə onu öpərək oyatmır, şahzadə tabutu silkələyən kimi Ağbəniz gənziyinə ilişib qalan zəhərli alma dilimindən xilas olur.
Nağılın sonunda Ağbəniz və şahzadə romantik bir münasibət yerinə dünya səyahətinə çıxmaq qərarı verir.
Kitab gələn həftə oxuculara təqdim olunacaq.
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 12-12-2019 09:59
Baxış sayı: 4560
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02