Reklam
Media nümayəndələrinin akkreditasiyasına start verildi
17-01-2026 14:57
Birləşmiş Millətlər Təşkilatının dayanıqlı şəhərsalma üzrə ən böyük qlobal konfransı olan Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib.
Dalidag.az xəbər verir ki, mayın 17-dən 22-dək Bakı şəhərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək bu tədbir bütün dünyada təqribən üç milyard insanın üzləşdiyi mənzil böhranının həll yollarını müzakirə etmək məqsədilə qlobal liderləri bir araya toplayacaq.
BMT-Məskunlaşma Proqramının (UN-Habitat) və Azərbaycan Respublikasının Hökumətinin birgə təşkilatçılığı ilə keçiriləcək WUF13 tədbirində dövlət başçıları, nazirlər, şəhər merləri, şəhərsalma üzrə ekspertlər, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələri bir araya gələrək layiqli mənzil təminatı, inklüzivlik və iqlimə davamlılıq üzrə həll variantlarının formalaşdırılmasında şəhərlərin oynaya biləcəyi rolu müzakirə edəcəklər.
Jurnalistlər üçün qlobal platforma
WUF13 tədbiri media nümayəndələrinə şəhər və icmaların gələcəyini formalaşdıran yüksəksəviyyəli qlobal müzakirələri işıqlandırmaq üçün unikal platforma təqdim edir. WUF13-ə qatılan media nümayəndələrini aşağıdakı imkanlar gözləyir:
• müsahibə və şərhlər üçün nazirlər, şəhər merləri və BMT rəhbərliyi də daxil olmaqla, yüksəksəviyyəli spikerlərlə birbaşa əlaqə imkanı;
• canlı yayım və məsafədən reportajlar üçün xüsusi media-zonalar;
• milli və yerli hökumət nümayəndələri, eləcə də BMT rəsmiləri ilə mətbuat brifinqləri;
• əsas sessiya və müzakirələrə səhnəarxası giriş imkanı;
• innovativ şəhərsalma və mənzil həllərini nümayiş etdirən sərgi iştirakçıları ilə ünsiyyət imkanı.
Altı gün ərzində keçiriləcək WUF13 tədbiri açılış və bağlanış mərasimləri, assambleyalar, dialoqlar, xüsusi sessiyalar, dəyirmi masalar və “Urban Expo” sərgisi də daxil olmaqla yüzlərlə tədbiri əhatə edəcək. Tədbirdən əvvəl isə Yeni Şəhərsalma Gündəliyinə həsr olunmuş yüksəksəviyyəli sessiya təşkil olunacaq.
Media nümayəndələrinin akkreditasiyası
Bütün media nümayəndələri akkreditasiya üçün UN-Habitat təşkilatının rəsmi qeydiyyat sistemi olan //events.unhabitat.org/ veb-saytı üzərindən müraciət etməlidirlər. Elektron və ya adi poçtla təqdim olunan müraciətlər qəbul edilməyəcək.
Media akkreditasiyası BMT-nin üzv dövlətlərində qanuni şəkildə qeydiyyatdan keçmiş etibarlı media təşkilatlarını təmsil edən peşəkar jurnalistlər və media nümayəndələri üçün nəzərdə tutulur. Təqdim olunan bütün müraciət ərizələri nəzərdən keçiriləcək və təsdiqlənmiş namizədlərə rəsmi təsdiq məktubu göndəriləcək.
WUF13 haqqında daha ətraflı məlumat almaq və media akkreditasiyası ilə bağlı müraciət etmək üçün //wuf.unhabitat.org/wuf13 veb-saytına daxil ola bilərsiniz.
Dalidag.az

Kateqoriya: Media
Tarix: 17-01-2026 14:57
Baxış sayı: 342Yazı axını
25 / 03 / 2026
25 / 03 / 2026
24 / 03 / 2026
24 / 03 / 2026
23 / 03 / 2026
22 / 03 / 2026
21 / 03 / 2026
20 / 03 / 2026
19 / 03 / 2026
19 / 03 / 2026
18 / 03 / 2026
16 / 03 / 2026
16 / 03 / 2026
15 / 03 / 2026
14 / 03 / 2026
13 / 03 / 2026
13 / 03 / 2026
12 / 03 / 2026
11 / 03 / 2026
10 / 03 / 2026
08 / 03 / 2026
07 / 03 / 2026
06 / 03 / 2026
04 / 03 / 2026
27 / 02 / 2026
Ən çox oxunanlar

.jpg)