Reklam
"Səcdəndəyən unutmuşam bu qəmli dünyanı mən..." - Fərid Muradzadə
28-01-2026 09:58
Fərid Muradzadə***
Gəlmişəm hüzuruna dostu-mehriban, bu gecə,
Göstər camalinı, ey afəti-canan bu gecə.
Ey gül,cənnət deyilən yer mənə qəlbindir sənin
Olaram səndə olan cənnətə rizvan bu gecə.
Səcdəndəyən unutmuşam bu qəmli dünyanı mən
Vallahi döndərə bilməz məni şeytan bu gecə.
Ayrıla bilmirəm ey can,ənbəri-müşk ətrindən,
Çarpışar subhə qədər nəfs ilə iman bu gecə.
Sən mənim hər iki dünyadaki qibləmsən axi
Gəl sənə fəda qılım canımı ehsan bu gecə.
Ayrılıq əzabını qılma rəva Zülfüqara
Həsrətin, iztirabın gözümdə zindan bu gecə.
***
Səni ürəyimdə daşıyıram mən,
Hər sözü kəlməsi bir şeir qadın .
Cənnət çicəyi tək qoxlayıram mən
Məni ovsunlayan a sehir qadın.
Səni ürəyimdə daşıyıram mən
Gah mərcan, mirvari, gah da dürr qadın.
Sən ey ürəyimin varı, sərvəti,
Ən zəngin xəzinə, cəvahir qadın.
Səni ürəyimdə daşıyıram mən
Ey yarı möcüzə, yarı sirr qadın.
Yeri də, göyü də özünə çəkən,
Hekayə, əfsanə, əsatir qadın.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 28-01-2026 09:58
Baxış sayı: 365Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























