Reklam
Kəlbəcərli keçmiş məcburi köçkünlər Prezidentə şikayət etdi - SƏBƏB
22-01-2026 20:30
Mingəçevirdə "Şəfa bağıarı" deyilən ərazidə məskunlaşan kəlbəcərli keçmiş məcburi köçkünlər yollarının bərbad vəziyyətdə olması ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etdiklərini bildirirlər. Ərazidə məskunlaşan sakinlər Prezident İlham Əlievə yazılı və videomüraciət ünvanlayıb. Dalidag.az həmin yazılı və videomüraciəti təqdim edir, cavabdeh təşkilatlar tərəfindən problemin tezliklə həll olunacağına ümid edir:
"Hörmətli cənab Prezident!
Mingəçevir şəhəri, “Ertenin arxası – Şəfa bağları” adlanan yaşayış massivinin sakini olaraq, öz adımdan və bu ərazidə yaşayan sakinlər adından Sizə müraciət edirəm.
Yaşadığımız məhəllənin sosial-infrastruktur vəziyyəti uzun illərdir ki, son dərəcə acınacaqlı durumdadır. Ərazidə yollar tamamilə yararsız və bərbad vəziyyətdədir. Yağışlı və palçıqlı havalarda hərəkət etmək mümkün olmur. Xüsusilə məktəb yaşlı uşaqlarımızın dərsə gedib-gəlməsi böyük çətinliklərlə müşayiət olunur və bu, onların təhlükəsizliyinə ciddi təhdid yaradır.
Bundan əlavə, yaşayış massivində kanalizasiya sistemi ümumiyyətlə mövcud deyil. Bu isə sanitar-gigiyenik şəraitin pozulmasına, əhali arasında xəstəlik riskinin artmasına səbəb olur və insan ləyaqətinə uyğun olmayan bir vəziyyət yaradır.
Qeyd etmək istəyirik ki, dəfələrlə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova rəsmi və şifahi müraciətlər etmişik. Təəssüflər olsun ki, bu günə qədər qaldırdığımız problemlərlə bağlı heç bir real tədbir görülməmiş, məsələlər olduğu kimi qalmaqda davam etmişdir.
Artıq yerli icra orqanlarından ümidimizi kəsmişik. Ümid yerimiz yalnız Sizsiniz, cənab Prezident. Sizin daim regionların inkişafına, vətəndaşların rifahının yaxşılaşdırılmasına göstərdiyiniz diqqətə inanaraq, bu müraciəti Sizə ünvanlayırıq.
Sizdən xahiş edirik ki, yaşadığımız ərazinin problemlərinin yerində araşdırılması, yolların bərpası və kanalizasiya sisteminin qurulması üçün müvafiq dövlət qurumlarına tapşırıqlar verəsiniz.
Əminik ki, Sizin müdaxiləniz nəticəsində illərdir səsləndirdiyimiz bu haqlı tələblərimiz nəhayət ki, öz müsbət həllini tapacaqdır.
Əvvəlcədən diqqətiniz və qayğınız üçün təşəkkür edirik.
Hörmətlə,
Camal Zaman oğlu Bəşirov
Mingəçevir şəhəri,
“Ertenin arxası – Şəfa bağları” yaşayış massivi sakini"
Dalidag.az
Kəlbəcərli keçmiş məcburi köçkünlər Prezidentə şikayət etdi - VİDEO


Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 22-01-2026 20:30
Baxış sayı: 2370Yazı axını
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
16 / 01 / 2026
Ən çox oxunanlar







.jpg)



















