Reklam
“Azərişıq” Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
19-01-2026 11:30

Dalidag.az xəbər verir ki, sərt iqlimi və yüksək dağlıq relyefi ilə seçilən Kəlbəcərin də elektrik təsərrüfatı yenidən qurulur.
Qarlı-şaxtalı hava şəraitinə baxmayaraq “Azərişıq” ASC 3000 metrdən yüksək ərazilərdə fasiləsiz çalışır.
Kəlbəcər şəhəri 18 iyul 2021-ci ildən elektrik enerjisi ilə təmin olunub.
Kəlbəcərin ən ucqar dağ kəndlərinə 35 kV-luq izolyasiyalı hava xətləri çəkilir, yeni güc mərkəzləri yaradılır. Alagöllər, Zəylik və Zod kəndlərində yerləşən strateji obyektlərə və “İstisu” mineral su zavoduna 35 kV-luq ikidövrəli Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib, transformator məntəqələri quraşdırılıb.
Həmçinin Zallar, Yanşaq, Keşdək, Zar, Qamışlı və Çaykənd kəndlərinə də 35 kV-luq xətlərin çəkilişi başa çatıb. İstisu qəsəbəsində inşa olunan 110/35 kV-luq “İstisu” yarımstansiyasının 2024-cü il sentyabrın 2-də Cənab Prezident İlham Əliyevin iştirakı ilə açılışı baş tutub. Kəlbəcərə köç edən ailələrin dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün 0.4 kV-luq elektrik şəbəkəsi yenidən qurulub.
“Azərişıq” ASC ölkənin bütün regionlarında bir sıra kənd və qəsəbələrdə elektrik təsərrüfatını yeniləyir. Görülən işlər vətəndaşların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 19-01-2026 11:30
Baxış sayı: 385Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























