Reklam
İrandakı etirazlarda 30 min nəfər öldürülüb - ŞOK İDDİA
25-01-2026 21:20

İranda dekabr-yanvar aylarında keçirilən kütləvi etirazlar zamanı ölənlərin sayı ilə bağlı dəhşətli rəqəmlər açıqlanıb.
Dalidag.az xəbər verir ki, bu barədə “Time” jurnalı məlumat yayıb.
Nəşr İran Səhiyyə Nazirliyinin yüksəkvəzifəli şəxslərinə istinadən yanvarın 8-i və 9-da baş verən toqquşmalarda ölənlərin sayının 30 min nəfərə çata biləcəyini yazıb.
Məqalədə qeyd olunur ki, həmin 2 gün ərzində təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı tətbiq etdiyi zorakılıq nəticəsində xəstəxanalarda cəsəd torbaları tükənib. Şahidlərin və rəsmilərin sözlərinə görə, meyitlərin daşınması üçün təcili yardım maşınları kifayət etmədiyindən traktor qoşqularından və böyük yük avtomobillərindən istifadə olunub.
Qeyd edək ki, sözügedən rəqəmlər İran hökumətinin rəsmi statistikası ilə kəskin ziddiyyət təşkil edir. Belə ki, İranın xarici işlər naziri Seyid Abbas Araqçı iğtişaşlar zamanı 3.117 nəfərin öldüyünü, onlardan 690-nın isə “terrorçu” kimi qeyd edildiyini bildirib.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 25-01-2026 21:20
Baxış sayı: 331Yazı axını
19 / 02 / 2026
19 / 02 / 2026
18 / 02 / 2026
18 / 02 / 2026
18 / 02 / 2026
17 / 02 / 2026
17 / 02 / 2026
17 / 02 / 2026
15 / 02 / 2026
14 / 02 / 2026
14 / 02 / 2026
13 / 02 / 2026
13 / 02 / 2026
12 / 02 / 2026
12 / 02 / 2026
12 / 02 / 2026
11 / 02 / 2026
11 / 02 / 2026
10 / 02 / 2026
09 / 02 / 2026
09 / 02 / 2026
08 / 02 / 2026
07 / 02 / 2026
06 / 02 / 2026
Ən çox oxunanlar










.jpg)
















