Daxili İşlər Nazirliyi ilə Mərkəzi Bankı arasında qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində kiber risklər sistemli şəkildə təhlil olunur, bank müştərilərinin məlumatlandırılması təmin edilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, ötən il görülən tədbirlər nəticəsində onlayn məkanda talama məqsədilə istifadə edilən şübhəli internet resurslarından 372 sayda saxta sayt, link və keçidlər müəyyən edilərək bloklanıb. Bu, bank kartlarına qanunsuz müdaxilə hallarının azalmasına mühüm təsir göstərib.
Aparılan təhlillər göstərir ki, bank kartı istifadəçiləri şübhəli əməliyyatlarla rastlaşdıqda vaxt itirmədən müştərisi olduqları bankı məlumatlandırdıqları hallarda qabaqlayıcı tədbirlər effektiv olur və kartdakı vəsaitin oğurlanmasının qarşısı alınır. Bu zaman bank kartına müdaxilənin istiqaməti operativ şəkildə müəyyən edilir və risklər neytrallaşdırılır.
Daxili İşlər Nazirliyi bir daha bank kartı istifadəçilərinə tövsiyə edir ki, hər hansı şübhəli əməliyyat, naməlum link və ya saxta internet resursu ilə qarşılaşdıqları zaman dərhal müştərisi olduqları bank və polis orqanları ilə əlaqə saxlasınlar və bu cür hallara biganə yanaşmasınlar. Bu, həm şəxsi maliyyə təhlükəsizliyinin, həm də ümumi kiber təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət daşıyır.
Reklam
DİN bank kartlarından oğurluqlarla bağlı məlumat yaydı
27-01-2026 12:31

Manevr.az
Kateqoriya: Sosium
Tarix: 27-01-2026 12:31
Baxış sayı: 475Yazı axını
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
07 / 05 / 2026
06 / 05 / 2026
05 / 05 / 2026
05 / 05 / 2026
05 / 05 / 2026
04 / 05 / 2026
04 / 05 / 2026
03 / 05 / 2026
02 / 05 / 2026
30 / 04 / 2026
29 / 04 / 2026
29 / 04 / 2026
28 / 04 / 2026
28 / 04 / 2026
27 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
Ən çox oxunanlar





























