Reklam
Kəlbəcərə gedən yollar...
19-01-2026 22:39
Vüsal KəlbəcərliKəlbəcər-abidələri, qəsr-qalaları, ziyarətgahları ilə daha da möqəddəsləşən baba yadigarı, ərənlər oylağı, isti ana qucağı cəvahirlər beşiyidir.
Sazın-sözün beşiyi olan Kəlbəcər mahalı ustad aşıqları, istedadlı şairləri ilə tanınıb. Kəlbəcər altmış min yaranı başlayan, yaralara məlhəm olan, bir güman şairini, bir elin ağlayan dili olan Sücaəti, dünyadan, Murovun zirvəsindən doğma yurda baxmaq həsrəti ilə köçən Məmməd Aslanı, ürəyini bir çoban tütəyinə tapşıran, dağların qoynunda gömülməyi özünə bəxtəvərlik sayan, özünə “bəxtəvər dustaq” deyən Ənvər Rzanı, ”dərd şəhidi “ Qəmkeş Allahverdini cahana bəxş edib. Dədə Ələsgər bihudə yerə deməmişdir :
Gəşt eylədim bu dünyanı dolaşdım, Kəlbəcərin xeyri-şəri yaxşıdır.
Kəlbəcərdə hər gülün, hər çiçəyin, hər otun bir loğman olduğunu da yaxşı bilirik. “İstisu” dərdlər çarəsi, çeşid-çeşid meyvələr isə bir məlhəmdir. Dəlisov dağ çaylarının şırıltısı layla, quşların səsi, bulaqların zümzüməsi isə şəfadır. Həm sazın, həm sözün beşiyidir Kəlbəcər. Neçə-neçə söz sərrafı, söz xridarı, hikmət sahibi, elm fədaisi bu beşikdən qanadlanıb. Hələ şir biləkli azman oğlullardan söz açmıram.
Düzdür, 1993-cü ildən bütün kəlbəcərlilərin qəlbində əzəli bir nisgil kök saldı : sinəmizə dağ çəkdilər, köksümüzdə od qaladılar, illər ərizində qurduğumuz xanimanları yağmalayıb atəşə verdilər. İsti ocağımızdan bizi perik salıb, zülmün, zillətin ağuşuna atdılar. Namuslu, kişi qeyrətli el qızlarımız əl-ələ verib qayalardan özünü atdı. O gündən Kəlbəcər şairlərinin, aşıqlarının, el sənətkarlarının şeirinin başlıca mövzusu Kəlbəcər dərdi, Kəlbəcər harayı oldu. Mərhum şairimiz Sücaət Kəlbəcərli öz şeirlərinin birində bu həsrəti elə yanıqlı bir dillə təsvir etdi ki, hər kəsin dilində əzbərə çevrildi bu misralar:
Mənim ürəyimdir, mənim canımdır,
Düşmən süngüsündə qalan Kəlbəcər.
İndi ondan, bundan imdad gözləyir,
Aqili nadandan seçən Kəlbəcər.
Sücaət, neyləyək baxt belə baxdır,
Darıxma, hər şeyi həll edən vaxtdır,
Bir gün gülə-gülə qayıdacaqdır,
Ağlaya-ağlaya köçən Kəlbəcər.
Bu günü təsvir edib, sabahı görən dağlar oğlu Sücaətin dediyi vaxt yetişdi, həqiqətən də. Düşmənə nifrət hissi və “dəmir yumruq” la silahlanan oğullar torpaqlarımızın bütövlüyünü bərpa etdi. O zaman Vüsal Kəlbəcərli Sücatin şeirinə cavab olaraq aşağıdakı misraları dilə gətirdi :
Sücaət, yatma dur, qalx məzarından,
Kəlbəcər alındı, gözlərin aydın.
Tərtər qəmli deyil, sevinclə axır,
Kəlbəcər alındı, gözlərin aydın.
Kəlbəcər artıq bizimdir, hər bir kəlbəcərli böyük qayıdışı səbirsizliklə gözləyir.
Kəlbəcərdən danışıb Dədə Şəmşir haqqında danışmamaq günah olar. Öz sazı ilə mahal-mahal, oba-oba gəzən Dədə Şəmşir Kəlbəcər elinin dəyərli aşığı, kamil söz sərrafı idi.
Qartal düşüncəli,şair xəyallı
Tərlan yuva salan dağlar oğluyam.
Anam “İstisu”dur,atam Dəlidağ
Mrov,LilparQonur,Qoşqar oğluyam, -deyirdi Dədə Şəmşir.
Öz şirin avazı, xoş səsi ilə şeirlərində Kəlbəcəri o ki var tərənnüm edirdi, misralara köçürürdü Kəlbəcərin gözəlliklərin:
Bir xoş guşə varsa, əgər
O da bizim Kəlbəcərdi.
Duyan könlüm, sevən qəlbim,
Görən gözüm Kəlbəcərdi.
Dədə Şəmşirdən sonra da onun nəvələri, oğlu bu irsi davam etdirirlər. Bu ocağın görkəmli nümayəndəsi Cavid Qənbəroğlunun ruhundan süzülən misraları dilə gətirəndə qulaqlar diqqət kəsilir sözün lətafətinə:
Canım, qəlbim, ruhum vətən
Sonuncu ünvanım vətən
Kəlbəcərim canım vətən
Dağlar bizim dağlar oldu.
Biz kəlbəcərlilər inanırıq ki, biz buz bulaqlardan doyunca içib o yerləri yenidən bizə bəxş eləyən əsgərlərimizin canına dualar oxuyacaq, şəhidlərimizi yad edəcəyik. Yaşasın, Kəlbəcər eli, Eşq olsun Azərbaycanımıza!
Dalidag.az
Kateqoriya: Kəlbəcər / Poeziya-nəsr
Tarix: 19-01-2026 22:39
Baxış sayı: 3235Yazı axını
08 / 02 / 2026
07 / 02 / 2026
06 / 02 / 2026
06 / 02 / 2026
05 / 02 / 2026
05 / 02 / 2026
04 / 02 / 2026
03 / 02 / 2026
03 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30











.jpg)
















