Reklam
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı şəhid Taleh Muxtarovun ailəsini ziyarət edib
27-01-2026 13:30
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər RİH-in məsul əməkdaşları şəhid Muxtarov Taleh Həşim oğlunun ailəsini ziyarət edib.Dalidag.az-ın xəbərinə görə, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, 44 günlük şərəfli zəfər tarixmizə nəzər salaraq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Muxtarov Taleh Həşim oğlu 01 dekabr 1985-ci ildə Kəlbəcər rayonunun Kəndyeri kəndində anadan olub. 1991-ci ildə Kəlbəcər rayon Kəndyeri kənd tam orta məktəbin 1-ci sinifinə daxil olub. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Muxtarovlar ailəsi Goranboy rayonunun Xanqərvənd kəndində yaşamağa başlayıblar. Orta təhsilini Goranboy rayonunun Xanqərvənd kəndində davam etdirib. 2003 ildə həmin məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vuran Taleh Muxtarov hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarına könüllü olaraq qatılıb. Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 07 oktyabr 2020-ci il tarixdə Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəli idi. 07 oktyabr 2020-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” , “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Dalidag.az


Kateqoriya: Kəlbəcər
Tarix: 27-01-2026 13:30
Baxış sayı: 3123Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























