"Kitablara sığışmayan xatirən var..."- Fərid Muradzadə
07-04-2021 18:25

"...Kitablara sığışmayan xatirən var
Nə olsun ki, ürəyimi tutub qübar,
Arada bir ürəyimdən biixtiyar
Yoxluğunu belə sevmək xoşdur mənə..."
Dalidag.az Fərid Muradzadənin şeirini təqdim edir:
***
Külək olub sənin qumral tellərini darayaydım,
Günəş olub gül çöhrəni oxşayaydım,
Bulaq təki gözlərinin xəyalını gözlərimdə
saxlayaydım yuxu kimi...
Əl uzadıb tuta bilsəm əllərindən
Ürəyimdə illər boyu saxladığım
oxunmayan nəğmələri
oxuyardım sənin üçün.
Keçdi qırx yaş,
iyirmi il səni görüm deyə-deyə
Bu şəhəri küçə-küçə gəzmişəm mən.
Gəzə- gəzə çox qadınlar görmüşəm ki,
Üzlərinə qırış kimi hopubdur qəm...
Bir şirin söz, bir təbəssüm yetər belə
Kədər tutmuş o üzləri güldürməyə,
Sevmək nədir yadırğamış
O qəlbləri sevdirməyə.
Aldadılmış qadınları,
tərk edilmiş qadınları
Məzarlıqda unudulmuş
qəbirlərə bənzədirəm.
Soyuq olur o qadınlar, qəbir kimi
Başdaşından cansız baxan
toz bağlamış şəkil kimi...
Sənsə unudulmamısan
Ürəyimdə yaşayırsan
özüm kimi, mənim kimi!
Kitablara sığışmayan xatirən var
Nə olsun ki, ürəyimi tutub qübar,
Arada bir ürəyimdən biixtiyar
Yoxluğunu belə sevmək xoşdur mənə
Vüsalına yetmədiyim
Ölənəcən dönər deyə, gələr deyə
Yollarını gözlədiyim.
Fərid Muradzadə
14.10.2020
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 07-04-2021 18:25
Baxış sayı: 3788Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















