"Apar məni Başlıbelə, amandı..."
03-04-2021 17:11

"...Hər səhər görürəm uca Murovu,
Hicran yaman əyib qoca Murovu,
Qəmli görməmişdim bunca Murovu,
Ötən günlər xəyalımda canlandı,
Apar məni Başlıbelə, amandı..."
Dalidag.az Birinci Qarabağ müharibəsinin iştirakçısı Qoşqar Tağıyevin şeirini təqdim edir:
Apar məni Başlıbelə, amandı...
1995-ci ildə Ağdam cəbhəsində olan zaman səhərlər Murovu aydın görə bilirdim... Qardaşım Mətləbin "Apar məni Başlıbelə, amandı" şeiri məni çox təsirləndirmişdi. Bu şeirin təsirindən eyni adlı şeirim yarandı. Belə demək olarsa, nəzirə yazdım. Kasıbın olanından...
Qardaş şerin yaman gəldi xoşuma,
Qar düşübdü Murovdağın başına.
Qurban olum Barıtlının daşına,
Ağ qayadan ellər köçüb, dumandı,
Apar məni Başlıbelə, amandı.
Hər səhər görürəm uca Murovu,
Hicran yaman əyib qoca Murovu,
Qəmli görməmişdim bunca Murovu,
Ötən günlər xəyalımda canlandı,
Apar məni Başlıbelə, amandı.
Biz vaxtında qalmamışıq qeydinə,
Su tökmüşük dəyirmanın üstünə.
Daha bəsdir, boş sözlərin yerinə,
Qisas alaq, çünki axır zamandı,
Apar məni Başlıbelə, amandı.
Başımızı necə tutaq uca biz,
"Didərgin"dir, "qaçqın"dır ləqəbimiz.
Qorumadıq, çatmadı qeyrətimiz,
Vətən üçün bu canım da qurbandı,
Apar məni Başlıbelə, amandı.
Tarixlərin sınağından çıxaq biz,
Ayaq altda qalmasın vətənimiz.
Qoy yayılsın dünyaya haqq səsimiz,
Qanımızla vətənimiz sulandı,
Apar məni Başlıbelə, amandı.
Özgə kölgəsində daldalananlar,
Nə elinə yanar, nə yurda yanar.
Min bir alçaq yolla şöhrət qazanar,
Bununçün torpağım qana boyandı,
Apar məni Başlıbelə, amandı.
Günlərim nə qədər xoş keçsə mənim,
Vətən həsrətilə çırpınır qəlbim.
Vətənə getməmiş kaş ölməyəydim,
Vətənsizə halal çörək haramdı,
Apar məni Başlıbelə, amandı.
Qoşqarın gözləri qanlı yaş tökür,
Bu hicran belimi yamanca bükür.
Əmimin vətəndə gözü yol çəkir,
Yəqin o dağları bizsiz dolandı,
Apar məni Başlıbelə, amandı.
Qoşqar TAĞIYEV
20 noyabr 1995-ci il
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 03-04-2021 17:11
Baxış sayı: 4635Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















