Mayın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyindən verilən xəbərə görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur. Hazırda qeyd olunan

Dövlət sərhədinin Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod mədənində mülki erməni işçilərə qarşı atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Bu xəbəri qəti surətdə təkzib edirik

Bu gün Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Mingəçevir şəhəri, Məcburi köçkün qəsəbəsi, Kəlbəcər rayon 35 saylı tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir. Dalidag.az xəbər verir ki, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı Kəlbəcər rayon Polis Şöbəsinin rəisi, RİH-in məsul əməkdaşları rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının məsul işçiləri və həmin ərazidə müvəqqəti

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Kəlbəcər rayonunda dislokasiya olunan hərbi hissələrin döyüş hazırlığını yoxlayıb. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Baş Qərargah rəisi qoşun xidmətinin və döyüş növbətçiliyinin təşkili, eləcə də hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olub. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab

10 noyabr bəyanatından keçən son 17 ayda bölgədə Ermənistanın qarşılıqlı etimadın artırılması üçün lazımi addımlar atmalı olduğunu dəfələrlə qeyd etdik. Lakin Ermənistan dövlətini vahid şəkildə görmək son dərəcə yanlış olar. Dalidag.az xəbər verir ki, bu sözləri Kəlbəcərdəki mövqelərimizin atəşə tutulmasını və İrəvanda davam edən mitinqləri axar.az-a şərh edən Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib. Generalın sözlərinə görə, Ermənistanın daxilindəki müəyyən

Mayın 2-i saat axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Mayın 1-i saat 13:40-dan 17:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini qumbaraatan və pulemyotlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur. Hazırda qeyd olunan istiqamətdə

Aprelin 30-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Kəlbəcər rayon Ağcakənd kənd sakini, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində müvəqqəti məskunlaşmış Birinci Qarabağ müharibəsində şəhidi olan Məhərrəmov Yadigar Mirzə oğlunun 92 yaşlı anası Minə Məhərrəmovanı evində ziyarət edib. Dalidag.az xəbər verir ki, rayon rəhbəri şəhid anasının qayğıları ilə maraqlanıb, Şanlı Zəfər tariximizdən söz açılıb. Bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir yumruğu altında

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdirma Mərkəzi Füzuli rayonunun Dədəli və Pirəhmədli, Kəlbəcər rayonunun Zallar, Yanşaq və Zar, Xocavənd rayonunun Tuğ və Hadrut, Cəbrayılın Xudafərin, Laçın rayonunun Şəlvə kənd və qəsəbələrində yaşayış məntəqələrinin salınmasının əsaslandırılması işləri ilə ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Dalidag.az xəbər verir ki, tenderlərin qalibi “BİMD” QSC (1-4-cü tenderlər), "REM Mimarlık Dekorasyon Restorasyon Proje ve
Yazı axını