Bakı Mühəndislik Universitetində Kəlbəcər rayonunun Başlıbel kəndindən olan ziyalıların bir qrupu ilə Milli Məclisin deputatı Aqil Məmmədovun görüşü keçirilib. Dalidag.az Koordinat.az istinadla xəbər verir ki, işğaldan azad edilmiş Başlıbel kəndinin bərpasına və quruculuğuna həsr olunmuş görüşdə Kəlbəcər İcra Hakimiyyəti Başçısının birinci müavini Eldəniz Mehdiyev, YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov da iştirak edib. Görüşün təşəbbüskarı və təşkilatçısı, Başlıbel kənd orta

Bu torpağı Vətən edən oğullardı. O oğullar ki, yeri gələndə bir qarış torpaq üçün canını əirgəməz, qanıyla suvarar müqəddəs Vətən torpağını. Düşmənə aman verməz, bayrağını uca tutar. Minlərlə oğulun qanı hopmuş torpağın bir adı da Şəhiddir. Müqəddəs şəhid ruhlarının pərvaz etdiyi Vətən göyləri illərdir canını sıxan qara buludlardan azad olub indi. Birliyin, Vətən sevgisinin, qisas hissinin bir yumruğa çevirdiyi ulu millətin Qələbəsi Kəlbəcər dağlarında da əks-səda verdi. Yüzlərlə oğulun şəhid

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bərdə şəhərində yerləşən Ağac Emalı Zavodunun ərazisi, Kəlbəcər rayon 41 saylı tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir. Dalidag.az xəbər verir ki, qəbul mövcud pandemiya qaydalarına uyğun şəkildə təşkil olunmuş və görüş zamanı karantin qaydalarına riayət olunması təmin olunmuşdur. Səyyar qəbulda RİH başçısı ilə yanaşı rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının

Kəlbəcər və Laçın rayonlarında yeni hərbi obyektlər tikilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər və Laçın rayonlarında tikintisi davam edən bir neçə hərbi obyektdə aparılan inşaat işlərinin gedişatını yoxlayıb. Nazir tikinti işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib. Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dövlət sərhədinin

Bu gün Kəlbəcər rayonunun bir qrup sakini 30 ildən sonra ilk dəfə Ağdaban kəndini ziyarət ediblər. Dalidag.az xəbər verir ki, onlar ermənilərin Ağdabanda qətliam törətdikləri ərazilərə baş çəkiblər. Daha sonra Ağdaban qətliamı zamanı həlak olan şəxslərin məzarları ziyarət olunub. Bundan əlavə, səfər iştirakçıları Ağdaban kənd şəhidlərinin dəfn olunduğu Şəhidlər xiyabanında olublar. Səfərdə iştirak edən ziyarətçilər ermənilərin Ağdaban kəndində və Kəlbəcər rayonunda törətdikləri vəhşilikləri öz

Zülm çəkib qala qurdum – qaldı viran, talan yurdum. “Bahar fəsli - yaz ayları gələndə süsənli-sünbüllü, lalalı dağlar” kəlbəcərlilərin gözlərində dumana-çənə bürünür. Çünki 28 il idi ki, Kəlbəcərə yaz gəlmirdi. Sazın-sözün beşiyi olmuş Kəlbəcərdə özgə dilində danışırdılar. Çal-çağırlı günlərini də itirmişdi bu ulu yurd doğma kəlbəcərliləri kimi... O baharda da beləcə qan-yaş axıtdı dağ-daşlarımız, bacı-qardaşlarımız. O baharda da çəməndəki gül-çiçəklərimiz şəhid qanına bələndi, inlədi...

Şahin Zülfiqar oğlu Babaxanov 1965-ci il aprelin 5-də Kəlbəcərin Sarıdaş kəndində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra 1983-85-ci illərdə Əfqanıstanda hərbi xidmətdə olmuşdur. 1985-86-cı illərdə Bakı «Telefontikinti»də fəhlə işləmiş, 1986-87-ci illərdə Azərbaycan Politexnik İnstitutunun hazırlıq şöbəsində oxumuş, 1992-ci ildə Azərbaycan Politexnik Universitetini bitirmişdir. Universitetdə hərbi kafedrada hərb sənətinin sirlərini öyrənərək zabit rütbəsi almışdır. 1993-cü il aprelin 4-də

1993-cü il aprelin 1-də Başlıbeli tərk etməyə məcbur olduq. İndiki saatlarda, yəni 2 apreldə təxminən bu saatlarda körpə, uşaq, qoca və qadınlar da daxil olmaqla minlərlə insan ünidsiz halda Murov dağının sərt aşırımı ilə yaxasını qurtarmağa çalışırdı... Başlıbel faciəsi haqqında 2012-ci ildə çap olunmuş yazını oxucularımla bölüşməklə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Müəllif Bir faciənin xronikası Ermənilərin xalqımıza qarşı həyata keçirdikləri işğalçılıq niyyətlərindən irəli

Kəlbəcər rayonunun işğalı günü qeyd edilib. Dalidag.az -ın xəbərinə görə, tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər RİH-nin məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak edib.Əvvəlcə Göygöl rayon şəhidlər xiyabanı, Murovdağ şəhidlər xiyabanı,Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə Kəlbəcər şəhidlərinin abidə kompleksi ziyarət olunub. Daha

Namiq Dəlidağlı Ta yaranışdan yağılara göz dağı olan Azərbaycan adlı ulu türk məmləkətinin yaxın-uzaq keçmişində az qala bütün təqvimi qara rəngə boyayan günlər tarixin yaddaşında unudulmaz iz buraxıb. 30 ilə yaxın təsəllisi olmayan Qarabağ və işğal olunmuş digər torpaqların dərdi ilə yaşayan millətin çəkmədiyi zillət, ağrı-acı qalmadı. Hər nə qədər tarix təzələnsə və torpaqlarımız azadlığına qovuşsa da dünən yaşadıqlarımız, yurd itkisinin ağrıları min illərlə sağalmayan yara kimi ürəyimizdə
Yazı axını