Reklam
Mollabayramlı kənd sakinlərindən Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq
28-09-2023 22:38
MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN
İLHAM HEYDƏR OĞLU ƏLİYEV CƏNABLARINA
Kəlbəcər rayon Mollabayramlı kənd camaatı adından
MİNNƏTDARLIQ
HÖRMƏTLİ MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN!
Biz Azərbaycan xalqının kiçik bir toplumu olan Kəlbəcər rayon Mollabayramlı kənd cammatı olaraq bu minnətdarlığı yazmağı özümüzə borc bildik. Sizin rəhbərliyiniz altında Azərbaycan xalqı bu tarixi günlərin qürurunu yaşayır. Bu qürur hissinin yaşanmasında qəhrəman oğullarımızı Şəhid versək də, çoxsaylı qəhrəman əsgər və zabitlərimiz əlil olsa da ancaq Dövlətimizin ərazi bütövlüyü və suverenliyi bərpa olunduğu üçün Onların qanı yerdə qalmadı. Belə bir xalq bayatımız var;
Əzizim, Ordubada,
Səlmasdan Ordubada.
Sərkərdə qoçaq olsa,
Heç verməz ordu bada.
Azərbaycan Əsgəri nə qədər şücaətlidirsə Siz də bir o qədər məğrur Sərkərdəsiniz. Bu qalibiyyətin əsas memarı Ali Baş Komandan kimi Sizsiniz. Bizlər Sizlərə ürək sözlərimizi çatdırmaq üçün zəngin dilimizin sözləri inanın ki, azlıq edir. Ölkəmizin və dünyanın əziyyət çəkdiyi separatizm və terrorizmin ölkəmizdə sonunu gətirə bilən yeganə Dünya Liderisiniz. Ona görə də biz hesab edirik ki, dünyanın ən ali mükafatı belə Sizin xidmətləriniz qarşısında çox kiçik qalır. Dünyanın ən ali mükafatı Sizə verilməlidir ki, o ali mükafat daha şərəfli görsənsin. Biz Mollabayramlı camaatı olaraq hesab edirik ki, Nobel Sülh Mükafatı Sizə verilərsə həmin mükafat daha nüfuzlu ola bilər.
Sizə Mollabayramlı camaatı olaraq Türk Dünyası tarixinin növbəti qızıl səhifəsini yazdığınız üçün çox dərin minnətdarlığımızı bildirərək Sizi və Xalqımızı bu möhtəşəm qələbə münasibəti ilə təbrik edirik, Allahdan Sizə uzun ömür, möhkəm cansağlığı və daim müzəffər olmağı arzu edirik. Hörmətlə! Mollabyaramlı kənd camaatı
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 28-09-2023 22:38
Baxış sayı: 2829Yazı axını
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30








.jpg)




















