1993-cü il aprelin 1-də Başlıbeli tərk etməyə məcbur olduq. İndiki saatlarda, yəni 2 apreldə təxminən bu saatlarda körpə, uşaq, qoca və qadınlar da daxil olmaqla minlərlə insan ünidsiz halda Murov dağının sərt aşırımı ilə yaxasını qurtarmağa çalışırdı... Başlıbel faciəsi haqqında 2012-ci ildə çap olunmuş yazını oxucularımla bölüşməklə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Müəllif Bir faciənin xronikası Ermənilərin xalqımıza qarşı həyata keçirdikləri işğalçılıq niyyətlərindən irəli

Kəlbəcər rayonunun işğalı günü qeyd edilib. Dalidag.az -ın xəbərinə görə, tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər RİH-nin məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak edib.Əvvəlcə Göygöl rayon şəhidlər xiyabanı, Murovdağ şəhidlər xiyabanı,Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə Kəlbəcər şəhidlərinin abidə kompleksi ziyarət olunub. Daha

Namiq Dəlidağlı Ta yaranışdan yağılara göz dağı olan Azərbaycan adlı ulu türk məmləkətinin yaxın-uzaq keçmişində az qala bütün təqvimi qara rəngə boyayan günlər tarixin yaddaşında unudulmaz iz buraxıb. 30 ilə yaxın təsəllisi olmayan Qarabağ və işğal olunmuş digər torpaqların dərdi ilə yaşayan millətin çəkmədiyi zillət, ağrı-acı qalmadı. Hər nə qədər tarix təzələnsə və torpaqlarımız azadlığına qovuşsa da dünən yaşadıqlarımız, yurd itkisinin ağrıları min illərlə sağalmayan yara kimi ürəyimizdə

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Ukraynadakı vəziyyətlə əlaqədar olaraq təxliyə olunmuş Kəlbəcər rayon sakinlərini qəbul edib. Görüş Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə bağlı qərarına əsasən, xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edilib.Qəbulda Ukrayna Respublikasında yaranmış mövcud vəziyyətlə əlaqədar olaraq Moldova Respublikasına gedərkən yolda naməlum silahlı şəxslərin hücumuna məruz qalaraq həyatlarını itirmiş

Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatı və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 Mart 2022-ci il tarixində I Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli kəşfiyyatçı şəhid Ülfət Kərimovun anım günü keçirildi. Dalidag.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov çıxış edərək, şəhid əfsanəvi kəşfiyyatçı Ulfət Kərimovun keçdiyi döyüş yolundan və dövlətimizin şəhid ailələrinə

Şəhidlər bizim qürurumuz və şərəfimizdir. 44 günlük Vətən müharibəsində işğalda olan torpaqlarımızı azad etməklə, biz bütün şəhidlərimizin ruhunu şad etmiş olduq həm də. Vətən onu qoruyan, uğrunda can verən qəhrəman oğullarının sayəsində var olur. Və Vətən oğullarına güvənir, var oluşunu, gələcəyini onların ixtiyarına verir. Zamanla tarixin yaddaş səhifələrində özünü doğruldan bir ifadə var dilimizdə:"xalqımız qəhrəman xalqdır". Torpaq uğrunda ölən varsa, Vətəndir, deyimi də var. Şəhidlik

Bu gün Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Sumqayıt şəhəri, 12-ci mikrorayon, Qubadlı rayon Çaytumas kənd tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan kəlbəcərli sakinlərlə səyyar-görüş keçirmişdir. Dalidag.az xəbər verir ki, qəbul mövcud pandemiya qaydalarına uyğun şəkildə təşkil olunmuş və görüş zamanı karantin qaydalarına riayət olunması təmin olunmuşdur. Səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH başçısının birinci müavini

Vəfa Əmiraslanova, İslam Əliyev Son günlər ümumtəhsil məktəblərində baş verən xoşagəlməz hallar ictimaiyyətdə narahatçılıq yaradır. Xüsusilə də, məktəb direktorları ilə müəllimlər arasında yaranan neqativ hallar, ictimai qınağa, eləcə də narazılıqlara səbəb olur. Hər kəsə məlumdur ki, ölkəmizdə bəzi məktəb direktorları öz işinin öhdəsindən layiqincə gəlmir, vəzifəyə təyin olunan kimi kollektivlə yola getmirlər. Onların əksəriyyəti təhsilin inkişafını deyil, daha çox şəxsi mənafelərini düşünür,

Kəlbəcərli alim ADPU-da dosent vəzifəsini tutub. Dalidag.az xəbər verir ki, ADPU-nun Ümumi pedaqogika kafedrasının pedaqogika üzrə fəlsəfə doktoru Əsmət İdris qızı İsmayılxanova elmi-pedaqoji fəaliyyətinə görə kafedrada dosent vəzifəsini tutub. Dalidag.az olaraq, həmyerlimizin bayram ərəfəsində dosentlik diplomu alması münasibəti ilə təbrik edirik!

22 yanvar 2020-ci ildə ADPU-nun doktoranturasına qəbul olmuş Kəlbəcərli alim Mirvari Verdiyeva Təhsil Nazirliyi tərəfindən mükafatlandırılıb. Dalidag.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrdə deyilir: “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.43-cü və 13.5-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05 may 2021-ci il tarixli F-203 nömrəli Əmri ilə təsdiq edilmiş Tədbirlər Planının 3-cü bəndinə əsasən
Yazı axını