“Sağlam həyat naminə erkən nikaha və zərərli vərdişlərə "YOX" deyək!” devizi altında tədbir keçirib -ŞƏKİLLƏR

23-08-2023 20:02

Bu gün Gəncə şəhəri, Yeni qəsəbədə yerləşən Kəlbəcər rayon Uşaq incəsənət məktəbinin akt zalında Kəlbəcər  rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı və Kəlbəcər rayon İcra Hakimiyyətinin dəstəyi  ilə “Sağlam həyat naminə erkən nikaha və zərərli vərdişlərə YOX deyək!” devizi altında tədbir keçirildi.

 Dalidag.az xəbər verir ki, tədbirdə Ombudsman Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Faiq Mehdiyev, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hikmət Bağırov, Kəlbəcər rayonunun millət vəkilinin köməkçisi Zahir Əliyev, ictimaiyyət nümayəndələri və fəal gənclər iştirak etdilər. 
Tədbiri açıq elan edən sektorun baş məsləhətçisi Hikmət Şahmuradov qonaqları salamladı və tədbirin mövzusunu iştirakçıların diqqətinə çatdırdı və cəmiyyətdə sağlam mühiti formalaşdırmaq, erkən nikahın, zərərli vərdişlərin və eləcə də zərərli informasiyaların qarşısının alınması üçün həyata keçirilən profilaktik tədbirlərin daha təsirli olması və nəticə verməsi üçün bu tərz maarifləndirmə işlərinin mütəmadi aparılmasının vacib olduğunu bildirdi.  Daha sonra çıxış edən Ombudsman Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov auditoriyanı salamladı və cəmiyyətdə baş verən erkən nikahların, məşiət zorakılığının və eləcə də zərərli vərdişlərin qurbanına çevrilən yeniyetmə və gənclərin bu bəladan xilas olmaları üçün geniş və ətraflı şəkildə çıxış etdi. Digər çıxış edən RİH aparatının hüquq şöbəsinin müdiri Faiq Mehdiyev çıxış edərək rayonumuzda bu cür halların statistik göstəricilərin digər illərə nisbətən tədricən azaldığını qeyd etdi, bildirdi ki, zərərli vərdişlərin törətdiyi fəsadlar nəinki həmin gəncin eləcə də ailəsinin, ətrafının və bütövlükdə cəmiyyətin inkişafına öz təsirini göstərir. Bu kimi halların baş verməməsi üçün hər bir vətəndaşı bu istiqamətdə fəal və diqqətli olmağa çağırdı. Daha sonra çıxış edən sektorun baş məsləhətçisi Lalə Həsənli çıxış edərək bildirdi ki,Beynəlxalq standartlara görə uşaqların-yeni yetmələrin ailə qurması insan hüquqlarının pozulmasıdır. Təəssüfki, bu mövzü digər ölkələrdə olduğu kimi ölkəmizdə də hələki mövcuddur və narahatlıq doğuran bir məsələdir.İnsan alveri, erkən nikah və qan qohumları arasında bağlanan nikahların yaratdığı fəsadlar barəsində və sağlam həyat tərzinin təbliği istiqamətində tədbirdə iştirak edən ictimaiət nümayəndələrini, tələbə gəncləri bu problemlərlə mübarizə aparmağa və fəal olub cəmiyyətimizə kömək etməyə  çağırış etdi. 
Çıxışlardan sonra tədbirdə iştirak edən gənclərin sualları cavablandırıldı və onların fikirləri dinlənildi. Belə tədbirlərin mütəmadi keçirilməsi və insanlara düzgün məlumatlarının çatdırılmasının vacibliyi qeyd edildi.

Dalidag.az









Kateqoriya: Kəlbəcər
Tarix: 23-08-2023 20:02
Baxış sayı: 2282
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını