Reklam
Kəlbəcərdə ağır yol qəzası baş verdi: iki nəfər öldü
25-08-2023 09:58
Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.Dəlidag.az-ın məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Ömər aşrımı hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mitsubishi" markalı minik maşını idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq dərəyə aşıb.
Dərhal hadisə yerinə FHN-in Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin və Kəlbəcər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.
Qəzada ölənlərin meyiti FHN-in əməkdaşları tərəfindən dərədən çıxarılaraq adiyyatı üzrə təhvil verilib.
Ölən şəxslər Türkiyə vətəndaşları, 1977-ci il təvvəllüdlü İ.Cörgülüoğlu, 1995-ci il təvəllüdlü S.Çelikdir.
Xəsarət alan şəxsin isə 1993-cü il təvəllüdlü M.Okumuş olduğu bildirilir.
Qeyd edək ki, qəzaya düşənlər Kəlbəcərdə fəaliyyət göstərən şirkətlərdən birinin əməkdaşlarıdır.
Faktla bağlı araşdırma aparılır.
Dəlidağ.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 25-08-2023 09:58
Baxış sayı: 3596Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























