Vəfa Əmiraslanova, İslam Əliyev Son günlər ümumtəhsil məktəblərində baş verən xoşagəlməz hallar ictimaiyyətdə narahatçılıq yaradır. Xüsusilə də, məktəb direktorları ilə müəllimlər arasında yaranan neqativ hallar, ictimai qınağa, eləcə də narazılıqlara səbəb olur. Hər kəsə məlumdur ki, ölkəmizdə bəzi məktəb direktorları öz işinin öhdəsindən layiqincə gəlmir, vəzifəyə təyin olunan kimi kollektivlə yola getmirlər. Onların əksəriyyəti təhsilin inkişafını deyil, daha çox şəxsi mənafelərini düşünür,

Kəlbəcərli alim ADPU-da dosent vəzifəsini tutub. Dalidag.az xəbər verir ki, ADPU-nun Ümumi pedaqogika kafedrasının pedaqogika üzrə fəlsəfə doktoru Əsmət İdris qızı İsmayılxanova elmi-pedaqoji fəaliyyətinə görə kafedrada dosent vəzifəsini tutub. Dalidag.az olaraq, həmyerlimizin bayram ərəfəsində dosentlik diplomu alması münasibəti ilə təbrik edirik!

22 yanvar 2020-ci ildə ADPU-nun doktoranturasına qəbul olmuş Kəlbəcərli alim Mirvari Verdiyeva Təhsil Nazirliyi tərəfindən mükafatlandırılıb. Dalidag.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrdə deyilir: “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.43-cü və 13.5-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05 may 2021-ci il tarixli F-203 nömrəli Əmri ilə təsdiq edilmiş Tədbirlər Planının 3-cü bəndinə əsasən

Kəlbəcər rayon ümumtəhsil məktəblərində çalışan bir qrup məktəb direktoru səmərəli fəaliyyətinə görə təhsil şöbəsinin müdiri Namiq Rəcəbov tərəfindən təltif edilib. Dalidag.az xəbər verir ki, təltifetmə mərasimində çıxış edən ümumtəhsil məktəblərinin direktorları müəllim peşəsinin şərəfli peşə olduğu üçün müəllim adını daşıyanlara həmişə böyük hörmət və ehtiram göstərildiyini qeyd ediblər. Həmçinin onlara göstərilən diqqət və qayğıya görə təşəkkülərini bildirib, yaradılan geniş imkanlardan

Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Dalidag.az bildirir ki, Bakının Sabunçu rayon Məhkəməsinin inzibati binasında, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrlik etdiyi prosesdə vəkil Leyla Məmmədova müdafiə çıxışı edib. Vəkil çıxışında məhkəmədən təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin etməyi xahiş edib. Mahir Quliyev də son sözündə vəkilinin çıxışını müdafiə edib. Prosesdə hökm oxunub. Hökmə

XX əsr Azərbayca aşıq sənətinin görkəmli saz-söz ustadı Dədə Şəmşirin ozan aşıq mədəniyyətinin inkişafındakı əvəzsiz rolu çağdaş aşıqlığın irəlləməsində yenə də müstəsna tarixi rola malikdir. Yeni nəsil gənc və yeniyetmə ifaçılarının formalaşmasında onun qoyub getdiyi sənət mirası güclü enerji mənbəyidir. Bu səbəbdən yeniyetmə aşıqların sənət uğurlarını və axtarışlarını ortaya çıxarmaq məqsədi ilə indiyə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi və “Aşıq

Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov YAP Kəlbəcər rayon təşkilatı tərəfindən başladılan "Zəfər Müjdəli Novruz" bayramı münasibəti ilə Göygöl rayon Üçtəpə qəsəbəsində Vətən müharibəsi Şəhidi Tağıyev Eşqinin ailəsini ziyarət edərək İlaxır Çərşənbəsini təbrik edib və onlara bayram sovqatları çatdırıb. Həbib Misirov Dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı və hər zaman dövlətin şəhid ailələrinin yanında olduğunu bildirdi. Həbib Misirov

Yurd-yuvalarımızın yağı tərəfindən işğalı insanlarımızın ruhunu yaraladı, ömrünü qısaltdı, yaşamaq həvəslərini öldürdü. Həyatlarında aldıqları qəfil zərbə dərd oldu onlara, göynək ağrılara tab gətirmək məcburiyyətində qaldılar. Az-az adamlarımız oldu ki, bu ağrı-acıya dözüb müəyyən yaşa doldular. Bəlkə də nə vaxtsa yurda qovuşmaq ümidi, inam hissi güc verdi onlara. Alı baba Kəlbəcərsiz uzun ömür sürən həmin adamlardandı. Bu gün Kəlbəcərin Şahkərəm kındində doğulub-boya başa çatan, sonradan

Kəlbəcər dəmiryolu xəttinin peyk vasitəsilə topoqrafiya planlaması işləri başa çatdırılıb. Dalidag.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb. Hesabatda qeyd edilib ki, 88,08 km uzunluğunda yolun konseptual layihəsi hazırlanıb və dəmiryolu xətti üzrə təxminən 220-ə yaxın süni mühəndis qurğuların, o cümlədən 26 körpünün, 3 tunelin, 3 viadukun, 14 avtomobil alt keçidinin, 4 üst keçidinin layihələndirilməsi və tikintisi nəzərdə tutulub.

Kəlbəcər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının təşkilatçılığı ilə şəhid polkovnik-leytenant Zaur Cəfərovun anım günü keçirildi. Dalidag.az-ın xəbərinə görə, tədbirdə Kəlbəcər Rayon İcra Başçısının birinci müavini Eldəniz Mehdiyev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və doğmaları iştirak etdilər. Çıxış edənlər Dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdılar və hər
Yazı axını
 
 
 
 
 
29 / 04 / 2024