Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri 80.7 km uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Dalidag.az xəbər verir ki, AAYDA-dan verilən məlumata görə, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu 2-3 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Kəlbəcər rayon İcra Hakimiyyətinin və YAP Kəlbəcər rayon Təşkilatının birgə təşkilatçılığı ilə Başlıbel faciəsinin 29-cu ildönümü qeyd edilib. Kəlbəcər rayon İcra Hakimiyyətinin və YAP Kəlbəcər rayon Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan anım mərasimində Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər rayon ictimaiyyəti, Başlıbel kənd

Ermənilərin xalqımıza qarşı törətdiyi amansız hərbi cinayətlərdən biri də 1993-cü ilin aprelində Kəlbəcərin Başlıbel kəndində baş verib. İşğal zamanı kəndin bütün yol keçidləri və cığırlarının ermənilər tərəfindən bağlanması 62 nəfər sakinin dağlarda gizlənməyə məcbur edir. Lakin həmin şəxslər cəmi 17 gün gizlənə biliblər. Onlar həmin günlər ərzində yalnız çay suları və təbii bitkilərlə qidalanmağa məcbur olurlar. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi

Bu gün Kəlbəcər rayonunun Başlıbel kəndində ermənilər tərəfindən törədilən qırğından 29 il ötür. Dalidag.az xəbər verir ki, 1993-cü ilin aprelin əvvəllərində Kəlbəcər ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 73 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınmışdılar. Onlar kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan

Bu gün Kəlbəcər rayonunun Başlıbel kəndində 1993-cü il aprel ayının 18-də ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş insanların - Başlıbel faciəsi qurbanlarının anım günüdür. Allahdan bütün şəhidlərə rəhmət diləyirəm! Şükürlər olsun, artıq doğmalarımız Başlıbeli ziyarət edə bilirlər. Qəhrəman Ordumuza, müzəffər Ali Baş Komandanımıza daha böyük zəfərlər arzu edirəm! Bu şeiri 2013-cü il aprelin 16-da paylaşmışdım. Allah bizi Başlıbelsiz qoymasın! Baslıbel bir dunyaydı, talan oldu dağıldı,

Kəlbəcər rayon İcra Hakimiyyətini təşkilatçılığı ilə Kəlbəcər rayon Mədəniyyət sarayında şəhid polkovnik-leytenant Rasim Abdullayevin "Son nida” kitabının təqdimatı keçirilib. Dalidag.az xəbər verir ki, Kəlbəcər rayon İcra Hakimiyyətini təşkilatçılığı ilə Kəlbəcər rayon Mədəniyyət sarayında baş tutan təqdimat mərasimində Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayonundan seçilmiş Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib

Təhməz Cəfərov Təhməz Cəfərovun şəkildəki gülümsər üzünə baxanda onunla onbeş ildən artıq birgə işlədiyim günlərim və ondan sonrakı qaçqınlıq illərində həsrətli görüşlərimiz yadıma düşdu. Aramızdan vaxtsız gedənlər haqqında danışmağımız həmin şəxsin özünü əks etdirməlidir. Amma bəzən elə təriflər olur ki, yerinə düşmür,yamaq olur. El-obası, xalqı üçün çalışmışlar haqqında isə nə qədər təriflər yazılsa onun şəxsiyyətində zər-ziba kimi tikilib qalır. İndiki nəsil üçün örnək, həyat məktəbi olur..

Bu gün Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Qəbələ rayonu, Zarağan-1 qəsəbəsi, Kəlbəcər rayon 31 saylı tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir. Dalidag.az -ın məlumatına görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı RİH-in məsul əməkdaşları rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının məsul işçiləri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak

Bakı Mühəndislik Universitetində Kəlbəcər rayonunun Başlıbel kəndindən olan ziyalıların bir qrupu ilə Milli Məclisin deputatı Aqil Məmmədovun görüşü keçirilib. Dalidag.az Koordinat.az istinadla xəbər verir ki, işğaldan azad edilmiş Başlıbel kəndinin bərpasına və quruculuğuna həsr olunmuş görüşdə Kəlbəcər İcra Hakimiyyəti Başçısının birinci müavini Eldəniz Mehdiyev, YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov da iştirak edib. Görüşün təşəbbüskarı və təşkilatçısı, Başlıbel kənd orta

Bu torpağı Vətən edən oğullardı. O oğullar ki, yeri gələndə bir qarış torpaq üçün canını əirgəməz, qanıyla suvarar müqəddəs Vətən torpağını. Düşmənə aman verməz, bayrağını uca tutar. Minlərlə oğulun qanı hopmuş torpağın bir adı da Şəhiddir. Müqəddəs şəhid ruhlarının pərvaz etdiyi Vətən göyləri illərdir canını sıxan qara buludlardan azad olub indi. Birliyin, Vətən sevgisinin, qisas hissinin bir yumruğa çevirdiyi ulu millətin Qələbəsi Kəlbəcər dağlarında da əks-səda verdi. Yüzlərlə oğulun şəhid
Yazı axını