Reklam
Yevlaxda məskunlaşan kəlbəcərlilərin bu promlemi həll olundu - Şəkil
09-09-2023 16:05

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev 25 avqust 2023-cü ildə Yevlax rayonu Malbinəsi kəndində həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar qəbul keçirib.
Dalidag.az-ın xəbərinə görə, rayon sakinləri Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevə müraciət edərək, Yevlax rayon, 40-evlər məcburi köçkün qəsəbəsində sakinlərin 160 kilovat gücündə yeni transformatorun quraşdırılmasına ehtiyac olduğunu vurğulayıblar. Rayon rəhbərliyi sakinlərin müraciətinə qanunamüvafiq qaydada baxılacağını bildirərək məsələnin həllinə nail olunmasına çalışacağını bildirmişdir. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin müvafiq tapşırığına uyğun olaraq Yevlax rayon, 40-evlər məcburi köçkün qəsəbəsində məskunlaşmış rayon sakinlərinin tələbi ödənilərək 160 kilovat gücündə yeni transformator quraşdırılımış və sakinlərin istifadəsinə verilmişdir.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Dalidag.az

Kateqoriya: Kəlbəcər
Tarix: 09-09-2023 16:05
Baxış sayı: 3374Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























