Reklam

Azər Qocayev Sumqayıtda məskunlaşan kəlbəcərlilərin problemləri ilə tanış olub - Şəkillər
11-09-2023 15:43

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Sumqayıt şəhər Mədəniyyət evində həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib.
Dalidag.az-ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, idarə, müəssisə rəhbərləri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak etmişdir.
RİH başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, həmçinin əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açmışdır.
Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırmışlar.
Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüş, RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilmişdir.
Dalidag.az


















Yazı axını
27 / 09 / 2023
26 / 09 / 2023
26 / 09 / 2023
26 / 09 / 2023
24 / 09 / 2023
24 / 09 / 2023
24 / 09 / 2023
24 / 09 / 2023
23 / 09 / 2023
23 / 09 / 2023
23 / 09 / 2023
23 / 09 / 2023
23 / 09 / 2023
22 / 09 / 2023
21 / 09 / 2023
21 / 09 / 2023
20 / 09 / 2023
19 / 09 / 2023
19 / 09 / 2023
18 / 09 / 2023
18 / 09 / 2023
17 / 09 / 2023
Ən çox oxunanlar