Kəlbəcər rayon İcra Hakimiyyətini təşkilatçılığı ilə Kəlbəcər rayon Mədəniyyət sarayında şəhid polkovnik-leytenant Rasim Abdullayevin "Son nida” kitabının təqdimatı keçirilib. Dalidag.az xəbər verir ki, Kəlbəcər rayon İcra Hakimiyyətini təşkilatçılığı ilə Kəlbəcər rayon Mədəniyyət sarayında baş tutan təqdimat mərasimində Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayonundan seçilmiş Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib

Təhməz Cəfərov Təhməz Cəfərovun şəkildəki gülümsər üzünə baxanda onunla onbeş ildən artıq birgə işlədiyim günlərim və ondan sonrakı qaçqınlıq illərində həsrətli görüşlərimiz yadıma düşdu. Aramızdan vaxtsız gedənlər haqqında danışmağımız həmin şəxsin özünü əks etdirməlidir. Amma bəzən elə təriflər olur ki, yerinə düşmür,yamaq olur. El-obası, xalqı üçün çalışmışlar haqqında isə nə qədər təriflər yazılsa onun şəxsiyyətində zər-ziba kimi tikilib qalır. İndiki nəsil üçün örnək, həyat məktəbi olur..

Bu gün Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Qəbələ rayonu, Zarağan-1 qəsəbəsi, Kəlbəcər rayon 31 saylı tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir. Dalidag.az -ın məlumatına görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı RİH-in məsul əməkdaşları rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının məsul işçiləri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak

Bakı Mühəndislik Universitetində Kəlbəcər rayonunun Başlıbel kəndindən olan ziyalıların bir qrupu ilə Milli Məclisin deputatı Aqil Məmmədovun görüşü keçirilib. Dalidag.az Koordinat.az istinadla xəbər verir ki, işğaldan azad edilmiş Başlıbel kəndinin bərpasına və quruculuğuna həsr olunmuş görüşdə Kəlbəcər İcra Hakimiyyəti Başçısının birinci müavini Eldəniz Mehdiyev, YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov da iştirak edib. Görüşün təşəbbüskarı və təşkilatçısı, Başlıbel kənd orta

Bu torpağı Vətən edən oğullardı. O oğullar ki, yeri gələndə bir qarış torpaq üçün canını əirgəməz, qanıyla suvarar müqəddəs Vətən torpağını. Düşmənə aman verməz, bayrağını uca tutar. Minlərlə oğulun qanı hopmuş torpağın bir adı da Şəhiddir. Müqəddəs şəhid ruhlarının pərvaz etdiyi Vətən göyləri illərdir canını sıxan qara buludlardan azad olub indi. Birliyin, Vətən sevgisinin, qisas hissinin bir yumruğa çevirdiyi ulu millətin Qələbəsi Kəlbəcər dağlarında da əks-səda verdi. Yüzlərlə oğulun şəhid

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bərdə şəhərində yerləşən Ağac Emalı Zavodunun ərazisi, Kəlbəcər rayon 41 saylı tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir. Dalidag.az xəbər verir ki, qəbul mövcud pandemiya qaydalarına uyğun şəkildə təşkil olunmuş və görüş zamanı karantin qaydalarına riayət olunması təmin olunmuşdur. Səyyar qəbulda RİH başçısı ilə yanaşı rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının

Kəlbəcər və Laçın rayonlarında yeni hərbi obyektlər tikilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər və Laçın rayonlarında tikintisi davam edən bir neçə hərbi obyektdə aparılan inşaat işlərinin gedişatını yoxlayıb. Nazir tikinti işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib. Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dövlət sərhədinin

Bu gün Kəlbəcər rayonunun bir qrup sakini 30 ildən sonra ilk dəfə Ağdaban kəndini ziyarət ediblər. Dalidag.az xəbər verir ki, onlar ermənilərin Ağdabanda qətliam törətdikləri ərazilərə baş çəkiblər. Daha sonra Ağdaban qətliamı zamanı həlak olan şəxslərin məzarları ziyarət olunub. Bundan əlavə, səfər iştirakçıları Ağdaban kənd şəhidlərinin dəfn olunduğu Şəhidlər xiyabanında olublar. Səfərdə iştirak edən ziyarətçilər ermənilərin Ağdaban kəndində və Kəlbəcər rayonunda törətdikləri vəhşilikləri öz

Zülm çəkib qala qurdum – qaldı viran, talan yurdum. “Bahar fəsli - yaz ayları gələndə süsənli-sünbüllü, lalalı dağlar” kəlbəcərlilərin gözlərində dumana-çənə bürünür. Çünki 28 il idi ki, Kəlbəcərə yaz gəlmirdi. Sazın-sözün beşiyi olmuş Kəlbəcərdə özgə dilində danışırdılar. Çal-çağırlı günlərini də itirmişdi bu ulu yurd doğma kəlbəcərliləri kimi... O baharda da beləcə qan-yaş axıtdı dağ-daşlarımız, bacı-qardaşlarımız. O baharda da çəməndəki gül-çiçəklərimiz şəhid qanına bələndi, inlədi...

Şahin Zülfiqar oğlu Babaxanov 1965-ci il aprelin 5-də Kəlbəcərin Sarıdaş kəndində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra 1983-85-ci illərdə Əfqanıstanda hərbi xidmətdə olmuşdur. 1985-86-cı illərdə Bakı «Telefontikinti»də fəhlə işləmiş, 1986-87-ci illərdə Azərbaycan Politexnik İnstitutunun hazırlıq şöbəsində oxumuş, 1992-ci ildə Azərbaycan Politexnik Universitetini bitirmişdir. Universitetdə hərbi kafedrada hərb sənətinin sirlərini öyrənərək zabit rütbəsi almışdır. 1993-cü il aprelin 4-də
Yazı axını