Reklam
Daşkəsəndə məskunlaşan kəlbəcərlilərin bu problemi həll olundu - Şəkil
28-08-2023 19:37
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev 16 iyun 2023-cü ildə Daşkəsən rayonu, Zəylik kəndi, Zəylik kənd Mədəniyyət evinin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar qəbul keçirib.
Dalidag.az-ın xəbərinə görə, rayon sakinləri Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevə müraciət edərək kənd sakinlərinin 250 kilovat gücündə yeni transformatorun quraşdırılmasına ehtiyac olduğunu vurğulayıblar.
Rayon rəhbərliyi sakinlərin müraciətinə qanunamüvafiq qaydada baxılacağını bildirərək məsələnin həllinə nail olunmasına çalışacağını bildirmişdir. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin müvafiq tapşırığına uyğun olaraq Daşkəsən rayonu, Zəylik kəndi ərazsində məskunlaşmış rayon sakinlərinin tələbi ödənilərək 250 kilovat gücündə yeni transformator quraşdırılımış və sakinlərin istifadəsinə verilmişdir.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Dalidag.az




Kateqoriya: Kəlbəcər
Tarix: 28-08-2023 19:37
Baxış sayı: 3497Yazı axını
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
Ən çox oxunanlar
18-05-2026 18:20

17-05-2026 13:15





























