Reklam
![](/templates/Delidag25/images/rek.gif)
Kəlbəcər RİH-nin başçısı növbəti səyyar görüş keçirib - Şəkillər
19-09-2023 14:44
![](/uploads/posts/2023-09/1695120096_fb_mg_1695119558350.jpg)
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bakı şəhəri, Masazır qəsəbəsi, Kəlbəcər rayon 18 saylı orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib.
Dalidag.az-ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak ediblər.
RİH başçısı Azər Qocayev görüşdə öncə sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, həmçinin əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açıb.
Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırıblar.
Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülüb, RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilib.
Dalidag.az
![](/uploads/posts/2023-09/1695120124_fb_mg_1695119495056.jpg)
![](/uploads/posts/2023-09/1695120115_fb_mg_1695119498014.jpg)
![](/uploads/posts/2023-09/1695120090_fb_mg_1695119528046.jpg)
![](/uploads/posts/2023-09/1695120112_fb_mg_1695119531942.jpg)
![](/uploads/posts/2023-09/1695120167_fb_mg_1695119550513.jpg)
![](/uploads/posts/2023-09/1695120184_fb_mg_1695119584793.jpg)
![](/uploads/posts/2023-09/1695120172_fb_mg_1695119592227.jpg)
![](/templates/Delidag25/images/kat.png)
![](/templates/Delidag25/images/bol.png)
![](/templates/Delidag25/images/goz.png)
Yazı axını
26 / 07 / 2024
26 / 07 / 2024
25 / 07 / 2024
25 / 07 / 2024
25 / 07 / 2024
24 / 07 / 2024
23 / 07 / 2024
23 / 07 / 2024
22 / 07 / 2024
21 / 07 / 2024
20 / 07 / 2024
20 / 07 / 2024
19 / 07 / 2024
19 / 07 / 2024
18 / 07 / 2024
18 / 07 / 2024
17 / 07 / 2024
17 / 07 / 2024
16 / 07 / 2024
14 / 07 / 2024
12 / 07 / 2024
12 / 07 / 2024
10 / 07 / 2024
10 / 07 / 2024
10 / 07 / 2024
Ən çox oxunanlar