Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən silsilə aksiyaların nəticə verəcəyinə heç kəs inanmır. Dalidag.az xəbər verir ki, nəinki əcnəbi politoloqlar, Ermənistan daxilində də Nikol Paşinyana qarşı ciddi müqavimətin olmadığı düşünülür. Müxalifətin Nikol Paşinyanın öz taktikasına – yolların bloklanması və nəqliyyatın iflic edilməsinə əl atması da əbəsdir. Çünki yolları bloklamaq üçün etirazçılar kifayət qədər deyil. Erməni politoloq Suren Surenyan bildirib ki, hazırkı

Türkiyənin NATO müttəfiqi olacaq istənilən ölkə terror təşkilatı PKK/YPG-yə dəstək verməməlidir. Bu iki ölkə isə (İsveç və Finlandiya - red.) PKK və YPG terror təşkilatlarını açıq şəkildə dəstəkləyir. Dalidag.az bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavşuoğlu Almaniyanın paytaxtı Berlində NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı başlamazdan əvvəl mətbuata açıqlamasında deyib. Türkiyənin NATO-ya yeni üzvlərin qəbulu məsələsində mövqeyinin səbəbinin aydın olduğunu

"Bildiyimiz kimi 44 günlük müharibə ərzində əldə olunmuş qələbə ilə 30 illik fasilədən sonra Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçən il Cıdır düzündə Xarıbülbül festivalına start verildi. Ölkə başçısı cənab Prezident İlham Əliyev festivalın açılış mərasimində iştirak etdiyi zaman adət-ənənələrimizi bərpa etdiyimizi, bundan sonra da Xarıbülbül festivalının keçirilməsinə davam edəcəyimizi vurğuladı". Dalidag.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında deputat Aqil Məmmədov deyib.

Deputat Aqil Məmmədov parlamentin dünən keçirilən iclasında işğaldan azad edilən Kəlbəcər rayonuna mövsümü köçürülən təsərrüfatla bağlı məsələyə toxunub. Aqil Məmmədov bildirib ki, "seçicilərlə görüşlərdə qaldırılan məsələlər içərisində daha çox arıçılıq və qoyunçuluq təsərrüfatlarının işğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisinə buraxılması istənilir. Keçən il də, bu il də təsərrüfatların rayon ərazisinə buraxılması üçün xüsusi kvota müəyyən edilib. Bu arı ailəsi sayına və qoyun

May ayının ilk günündəcə səksən ilin dizlərini qatlayıb, qamətini gənclik çağlarında olduğu kimi şux salamağı bacaran tanınmış şair Məhyəddin Məhərrəmoğlu, istedadlı olduğu qədər də sadə-səmimi, nikbin əhval-ruhiyyəli söz adamıdır. Həftə sonu AYB Mingəçevir bölməsinin xəttiylə keçirilən 80 illik yubileyində də şair öz mənəvi dəyərlərinə sadiq qaldığını bir daha nümayiş etdirdi. Səksən il qabaq Kəlbəcər rayonunun Bağlıpəyə kəndində dünyaya göz açan şairin ömür yolu enişli-yoxuşlu olsa da, bir

Mayın 14-ü saat 11:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. "Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb", - deyə qurumdan bildirilib. Dalidag.az

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyaların 9-cu iclası Şuşada keçiriləcək. Bu barədə Azərbaycanın UNESCO-dakı Milli Komissiyasından bildirilib. "Qürur hissi ilə bildiririk ki, TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyaların 9-cu iclası 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçiriləcək”, - deyə məlumatda bildirilir. Bildirilir ki, bu barədə qərar Bursada, TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyaların 8-ci iclasında verilib. Dalidag.az

Ukrayna Kiyevdə bir milyon insanı səfərbər etmək istəyir. Bu barədə Ukrayna müdafiə naziri Oleksiy Reznikov “Facebook” səhifəsində yazıb. “Ukraynanın müdafiə potensialının artırılmasını təmin edəcək proseslərə başlanılıb. Biz Rusiyaya müqavimət göstərəcək bir milyon insanı səfərbər etməyə fokuslanmışıq”, - deyə Reznikov bildirib. “Strana.ua” nəşri qeyd edir ki, Ukrayna hakimiyyəti ilk dəfə olaraq orduya səfərbər etmək istədiyi vətəndaşların sayını açıqlayıb.

Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas Kəlbəcərdə qoyunçuluq təsərrüfatının yerləşdirilməsi ilə bağlı məsələyə toxunub: “Kənd Təsərrüfatı Nazirliyi kvota qoyub ki, 200 baş qoyunu olmayan Kəlbəcərə gedə bilməz. Bu nə deməkdir? İnsanlar kəndinə, yurduna getmək istəyir”, deyə o vurğulayıb.

Bu gün Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin istehkam və pirotexniki hazırlıq şöbəsinin rəisi kapitan Süleyman Vaqif oğlu Heydərov piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb. Dalidag.az bildirir ki, bu barədə FHN-dən məlumat verilib. Qeyd olunub ki, təcili olaraq həkim nəzarətinə götürülən yaralıya bütün lazımi tibbi yardım göstərilir.
Yazı axını