Reklam
Aqil Məmmədov: "Kvota aşağı salınsın ki, təsərrüfatlar Kəlbəcər torpaqlarının bərəkətindən yararlana bilsinlər"
14-05-2022 19:20
Deputat Aqil Məmmədov parlamentin dünən keçirilən iclasında işğaldan azad edilən Kəlbəcər rayonuna mövsümü köçürülən təsərrüfatla bağlı məsələyə toxunub. Aqil Məmmədov bildirib ki, "seçicilərlə görüşlərdə qaldırılan məsələlər içərisində daha çox arıçılıq və qoyunçuluq təsərrüfatlarının işğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisinə buraxılması istənilir. Keçən il də, bu il də təsərrüfatların rayon ərazisinə buraxılması üçün xüsusi kvota müəyyən edilib. Bu arı ailəsi sayına və qoyun təsərrüfatında qoyun sayına əsasən müəyyən edilir. Kvotanın tələbinə cavab verməyən, yəni nisbətən az arı ailəsi və qoyun sürüsü olan təsərrüfatlar bu imkandan kənarda qalırlar.
Bu baxımdan, mən müvafiq qurumlara, o cümlədən, Kənd Təsərrüfatı Nazirliyinə təklif edərdim, hər iki təsərrüfat üzrə kvotanı aşağı salsınlar ki, daha çox təsərrüfatlar Kəlbəcər torpaqlarının bərəkətindən yararlana bilsinlər.
Əlbəttə, burada əsas diqqət əhalinin təhlükəsizliyi ilə bağlıdır. Mina partlaması nəticəsində bədbəxt hadisələr bu gün də yaşanır. Ərazilərin minalardan təmizlənməsi işi hesab edirəm ki, Kəlbəcər rayonu ərazisində də geniş şəkildə aparılmalıdır. Bu, həm orada xidmət keçən hərbçilərimizin, həm də ərazidə çalışan, işləyən vətəndaşlarımızın təhlükəsizliyi, həmçinin, böyük qayıdışın sürətləməsi üçün əhəmiyyətlidir", - deyə o bildirib.
Nigar Nəriman
Dalidag.az
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 14-05-2022 19:20
Baxış sayı: 2597Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























