Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların məsuliyyət zonasında yerləşən Ağdərə rayonunda Azərbaycana aid yük maşını erməni taksisi ilə toqquşub. Dalidag.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Qəza nəticəsində taksi dərəyə düşüb, “Tumo” mərkəzinin əməkdaşı olduğu bildirilən şəxs isə yaralanıb. Qəza ilə bağlı araşdırmanı rus sülhməramlıları aparır. Qeyd olunub ki, Azərbaycan yük avtomobilini rus sülhməramlıları müşayiət edirmiş. Qeyd edək ki, Qarabağ

Rusiyanın Ukraynaya işğal hücumunda beynəlxalq ictimaiyyət Moskvaya dəstəyə görə Belarusu qınadığı, Çinə, yaxud Hindistan kimi ölkələrə xəbərdarlıqlar etdiyi vaxt işğala əməli və informasiya olaraq dəstək verən ölkəyə diqqət yetirilmir. Ermənistan – Rusiyanın Ukraynanın işğal edilməsi planının ən real ortağı: ermənilərin sərgilədiyi mövqe və rəsmi İrəvanın müharibədə iştirakına dair faktlar çılpaqlığı ilə ortadadır. Və bu dəstək təkcə Ermənistanın ən azı beynəlxalq hüququ əsas gətirərək,

Bu gün Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Mingəçevir şəhəri, Məcburi köçkün qəsəbəsi, Kəlbəcər rayon 35 saylı tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir. Dalidag.az xəbər verir ki, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı Kəlbəcər rayon Polis Şöbəsinin rəisi, RİH-in məsul əməkdaşları rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının məsul işçiləri və həmin ərazidə müvəqqəti

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Kəlbəcər rayonunda dislokasiya olunan hərbi hissələrin döyüş hazırlığını yoxlayıb. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Baş Qərargah rəisi qoşun xidmətinin və döyüş növbətçiliyinin təşkili, eləcə də hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olub. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab

2021-ci ildə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən 90-cı illərdə münaqişə nəticəsində itkin düşmüş 316 nəfərin ailəsindən insan qalıqlarının gələcək identifikasiyalarına şərait yaratmaq məqsədilə 793 bioloji istinad nümunəsi götürülüb. Dalidag.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin 2021-ci il fəaliyyəti ilə bağlı keçirilən tədbirdə bildirilib. Qeyd olunub ki, BQXK-nın neytral vasitəçi qismində iştirakı ilə 2020-ci ildə döyüşlərin getdiyi ərazilərdə insan

10 noyabr bəyanatından keçən son 17 ayda bölgədə Ermənistanın qarşılıqlı etimadın artırılması üçün lazımi addımlar atmalı olduğunu dəfələrlə qeyd etdik. Lakin Ermənistan dövlətini vahid şəkildə görmək son dərəcə yanlış olar. Dalidag.az xəbər verir ki, bu sözləri Kəlbəcərdəki mövqelərimizin atəşə tutulmasını və İrəvanda davam edən mitinqləri axar.az-a şərh edən Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib. Generalın sözlərinə görə, Ermənistanın daxilindəki müəyyən

Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian Rusiya XİN rəhbəri Sergey Lavrovun İkinci Dünya müharibəsi ilə bağlı açıqlamalarını pisləyib və onları iyrənc manipulyasiya adlandırıb. Dalidag.az xəbər verir ki, bu barədə Fransa XİN rəhbəri Tvitter səhifəsində məlumat verib. “Cənab Lavrovun və onun nazirliyinin İkinci Dünya müharibəsinin vəhşilikləri ilə bağlı tarixi manipulyasiyası sadəcə olaraq iyrəncdir. Mən bu qəbuledilməz və iyrənc ritorikanı qınayıram. Biz Rusiyanın Ukraynadakı müharibəylə

ABŞ-da Hüseyn Cavidin büstünün açılışı olub. Dalidag.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov öz Tvitter səhifəsində paylaşım edib. "Azərbaycan xalqının görkəmli yazıçı-dramaturqu və qəhrəman oğlu Hüseyn Cavidin 140 illik yubileyi münasibətilə onun büstünü ABŞ-Azərbaycan Ticarət Palatasına hədiyyə etdik və H.Cavidin irsinin həm ölkəmizdə, həm də ABŞ-da öyrənilməsinin vacibliyindən danışdıq", - deyə paylaşımda qeyd edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Laçın rayonunun Qorçu qəsəbəsinin, Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin, Cəbrayıl rayonunun Şükürbəyli kəndinin, Qubadlı rayonunun Zilanlı, Xanlıq və Mahruzlu kəndlərinin, Laçın rayonunun Güləbird kəndinin, Zəngilan rayonunun Məmmədbəyli və Cahangirbəyli kəndlərinin, Cəbrayıl rayonunun Horovlu kəndinin və Şuşa rayonunun Daşaltı kəndinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması

Mayın 2-i saat axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Yazı axını
 
 
 
29 / 04 / 2024