Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Kəlbəcər rayon Ağcakənd kənd sakini, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində müvəqqəti məskunlaşmış Birinci Qarabağ müharibəsində şəhidi olan Məhərrəmov Yadigar Mirzə oğlunun 92 yaşlı anası Minə Məhərrəmovanı evində ziyarət edib. Dalidag.az xəbər verir ki, rayon rəhbəri şəhid anasının qayğıları ilə maraqlanıb, Şanlı Zəfər tariximizdən söz açılıb. Bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir yumruğu altında

Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ramazan bayramı ərəfəsində şəhid ailələri və qazilərlə görüş keçirildi. Dalidag.az-ın xəbərinə görə, tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib. Görüşdə Kəlbəcər rayon Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, RİH-in məsul əməkdaşları, rayon ictimaiyyətinin

Dünən Laçında minaya düşən fəhlə vəfat edib. Dalidag.az report-a istinadla xəbər verir ki, ağır dərəcəli bədən xəsarətləri diaqnozu ilə Bakıda xəstəxanada müalicə alan 1992-ci il təvəllüdlü Pərvin Salahov dünyasını dəyişib. Bildirilib ki, o, bu gün doğulduğu Ağstafa rayonun Dağ Kəsəmən kəndində dəfn olunacaq. Qeyd edək ki aprelin 29-u saat 14 radələrində Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində 1992-ci il təvəllüdlü Pərvin Salahovun piyada əleyhinə minaya düşməsi ilə bağlı

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaranma günüdür. Dalidag.az xəbər verir ki, XTQ-nin yaradılmasından 23 il ötür. XTQ Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelin 30-da qurulub. Qüvvələrin formalaşmasında birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. XTQ-nin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri xüsusi rol oynayıb. 29 aprel 2015-ci il tarixində quruluşunun 16-cı ildönümü münasibətilə yeni yaradılan

Dünya Azərbaycanlılarının I qurultayında çıxışı zamanı Ümummilli Lider Heydər Əliyev demişdir: “Əmin olduğumu bildirmək istəyirəm ki, biz bu münaqişənin də ləğv olunmasına, aradan götürülməsinə nail olacağıq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır, işğal olunmuş torpaqlar azad ediləcəkdir". Bəli, bu gün həmin gündür. Bu gün Azərbaycanlılar Qarabağda, işğaldan azad edilmiş Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçirir. Haqlı olaraq bu qurultay Zəfər qurultayı adlandırılır. Çünki

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdirma Mərkəzi Füzuli rayonunun Dədəli və Pirəhmədli, Kəlbəcər rayonunun Zallar, Yanşaq və Zar, Xocavənd rayonunun Tuğ və Hadrut, Cəbrayılın Xudafərin, Laçın rayonunun Şəlvə kənd və qəsəbələrində yaşayış məntəqələrinin salınmasının əsaslandırılması işləri ilə ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Dalidag.az xəbər verir ki, tenderlərin qalibi “BİMD” QSC (1-4-cü tenderlər), "REM Mimarlık Dekorasyon Restorasyon Proje ve

Kəlbəcər-Laçın yolunda ceyran görünüb. Baku TV ceyranın görüntülərini yayımlayıb. Sözügedən video həmin yoldan avtomobillə keçən şəxslər tərəfindən çəkilib. Görüntülərdə avtomobil yoluna çıxan ceyranın təpəni qalxaraq gözdən itdiyi anlar əks olunub. Həmin videonu təqdim edirik: Dalidag.az

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlığdan məhrum edilən Azərbaycanın sabiq baş prokuroru, ölkəmizin Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov 9 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Dalidag.az xəbər verir ki, bu barədə Teleqraf.com-a danışan Eldar Həsənovun vəkili Valeh Mehralıyev bildirib ki, müdafiə etdiyi şəxs hazırda cəzaçəkmə müəssisəsində karantində saxlanılır: “Bundan əvvəl Eldar Həsənov Dövlət

Rusiya Federal Təhlükəsizlik Xidməti Adolf Hitlerin intiharı ilə bağlı arxiv sənədlərini dərc edib. Bu sənədlər Hitlerin şəxsi pilotu Hans Baurun xatirəsi əsasında hazırlanıb. Baurun dediyinə görə, 1945-ci il aprelin sonlarına doğru Hitlerin ətrafı onun planları barədə məlumatı yox idi. Pilot deyir ki, intihara 2 saat qalmış Hitler Baurun Rembrandtın çəkdiyi bir tablo ilə mükafatlandırıb. Pilotun dediyinə görə, həmin vaxt Hitlerin əlləri əsirdi. O, Baura belə demişdi: “Əsgərlərim artıq vuruşmaq

Aprelin 29-u saat 14 radələrində Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində 1992-ci il təvəllüdlü Pərvin Salahovun piyada əleyhinə minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Laçın rayon prokurorluğundan verilən məlumata görə, İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışan Pərvin Salahovun minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir. Hazırda faktla
Yazı axını