Kəlbəcərin bu kəndlərinin bərpası başlanır

29-04-2022 19:03


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdirma Mərkəzi Füzuli rayonunun Dədəli və Pirəhmədli, Kəlbəcər rayonunun Zallar, Yanşaq və Zar, Xocavənd rayonunun Tuğ və Hadrut, Cəbrayılın Xudafərin, Laçın rayonunun Şəlvə kənd və qəsəbələrində yaşayış məntəqələrinin salınmasının əsaslandırılması işləri ilə ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Dalidag.az xəbər verir ki, tenderlərin qalibi “BİMD” QSC (1-4-cü tenderlər), "REM Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited" şirkətinin yerli filialı (5-6-cı tenderlər), “Bureau Mühit” MMC (7-9-cu tenderlər)-dir.
Qalib şirkətlərə müvafiq olaraq 1,53 milyon manat, 4,366 milyon manat və 848 min manat, ümumilikdə isə 6,744 milyon manat ödəniləcək.

Dalidag.az



Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 29-04-2022 19:03
Baxış sayı: 2731
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını